KAFİRUN (KAFİRLƏR) SURƏSİ
Məkkədə nazil olmuşdur, altı ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ يٰۤاَيُّهَا الْكٰفِرُوْنَۙ(1)
(1) (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),
لَاۤ اَعْبُدُ مَا تَعْبُدُوْنَۙ(2)
(2) Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.
وَلَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ۚ(3)
(3) Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,
وَلَاۤ اَنَا عَابِدٌ مَّا عَبَدْتُّمْۙ(4)
(4) Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.
وَ لَاۤ اَنْتُمْ عٰبِدُوْنَ مَاۤ اَعْبُدُ ؕ(5)
(5) Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.
لَكُمْ دِيْنُكُمْ وَلِىَ دِيْنِ(6)
(6) Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».