ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
NAS (İNSAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, altı ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ اَعُوْذُ بِرَبِّ النَّاسِۙ‏(1)
(1) (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə).
مَلِكِ النَّاسِۙ‏(2)
(2) İnsanların hökmdarına və (mütləq) hakiminə.
اِلٰهِ النَّاسِۙ‏(3)
(3) İnsanların (həqiqi) məbuduna.
مِنْ شَرِّ الْوَسْوَاسِ  ۙ الْخَنَّاسِ ۙ‏(4)
(4) Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən.
الَّذِىْ يُوَسْوِسُ فِىْ صُدُوْرِ النَّاسِۙ‏(5)
(5) O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır,
مِنَ الْجِنَّةِ وَالنَّاسِ‏(6)
(6) İstər cinlərdən olsun, istərsə də insanlardan».