ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
TİN (ƏNCİR) SURƏSİ
Məkkədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالتِّيْنِ وَالزَّيْتُوْنِۙ‏(1)
(1) And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).
وَطُوْرِ سِيْنِيْنَۙ‏(2)
(2) Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
وَهٰذَا الْبَلَدِ الْاَمِيْنِۙ‏(3)
(3) Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِىْۤ اَحْسَنِ تَقْوِيْمٍ‏(4)
(4) Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
ثُمَّ رَدَدْنٰهُ اَسْفَلَ سَافِلِيْنَۙ‏(5)
(5) Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُوْنٍؕ‏(6)
(6) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّيْنِ‏(7)
(7) Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
اَلَيْسَ اللّٰهُ بِاَحْكَمِ الْحٰكِمِيْنَ‏(8)
(8) Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?