Allahdan başqa məbud yoxdur,
وَ اللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
وَ سُبْحَانَ اللّٰهِ
Allah pak və təmizdir,
وَ الْحَمْدُ لِلَّهِ
həmd olsun Allaha,
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Uca və Əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur.
Sonra dörd dəfə deyək:
اَللّٰهُ اَللّٰهُ رَبِّي لَا اُشْرِكُ بِهِ شَيْئًا۔
Allah, Allahdır mənim Rəbbim. Heç kimi Ona şərik qoşmuram.
Daha sonra dörd dəfə deyək:
لَا اُشْرِكُ بِرَبِّي اَحَدًا۔
Mən heç vaxt Rəbbimə heç kimi şərik qoşmaram.
6) On iki rəkət olan başqa bir namazı qılmaq: Şeyx Tusi Hüseyn ibn Ruhdan belə nəql edir: Bu gündə on iki rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə Fatihədən sonra Quranın istədiyin bir surəsini oxu. Hər iki rəkəti qılıb namazın salamını dedikdən sonra de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَمْ يَتَّخِذْ وَلَدًا
Həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad seçməmişdir,
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ
hökmdarlıqda şəriki yoxdur,
وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ
zəif və aciz olmadığı üçün hamisi yoxdur;
وَ كَبِّرْهُ تَكْبِيْرًا
Onu olduqca böyük san!
يَا عُدَّتِيْ فِي مُدَّتِيْ
Ey ömrüm boyu mənim azuqəm,
يَا صَاحِبِيْ فِي شِدَّتِيْ
ey çətinliklərdə mənim munisim,
يَا وَلِيِّيْ فِي نِعْمَتِيْ
ey mənim nemətimin sahibi (himayədarım),
يَا غِيَاثِيْ فِي رَغْبَتِيْ
ey arzuma (rəğbətimə) cavab verən,
يَا نَجَاحِيْ فِي حَاجَتِيْ
ey istəklərimi həyata keçirən,
يَا حَافِظِيْ فِي غَيْبَتِيْ
ey səfərdə (qiyabımda) məni qoruyan,
يَا كَافِيَّ فِي وَحْدَتِيْ
ey tənhalığımda mənim dayağım (kifayət edənim),
يَا اُنْسِيْ فِي وَحْشَتِيْ
ey qorxduğum vaxt mənim munisim!
اَنْتَ السَّاتِرُ عَوْرَتِيْ
Sənsən mənim eyiblərimi örtən,
فَلَكَ الْحَمْدُ
elə isə həmd-səna Sənə məxsusdur;
وَ اَنْتَ الْمُقِيْلُ عَثْرَتِيْ
Sənsən mənim sapqınlıqlarıma göz yuman,
فَلَكَ الْحَمْدُ
elə isə həmd-səna Sənə məxsusdur;
وَ اَنْتَ الْمُنْعِشُ صَرْعَتِيْ
Sənsən acizliyimdə mənə qüvvə verən,
فَلَكَ الْحَمْدُ
elə isə həmd-səna Sənə məxsusdur.
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اسْتُرْ عَوْرَتِي
eyiblərimi ört,
وَ اٰمِنْ رَوْعَتِي
qorxumu arxayınlığa çevir,
وَ اَقِلْنِيْ عَثْرَتِيْ
sapqınlıqlarıma göz yüm,
وَ اصْفَحْ عَنْ جُرْمِيْ
günahlarımdan keç,
وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِيْ
pis əməllərimi bağışla
فِي اَصْحَابِ الْجَنَّةِ
və mənə cənnətliklər arasında yer ver,
وَعْدَ الصِّدْقِ الَّذِيْ كَانُوْا يُوْعَدُوْنَ۔
cənnət əhlinə verdiyin doğru vədəyə xatir.
Namaz və dua tamamlandıqdan sonra
لَا اِلٰهَ اِلَّا اللّٰهُ
Allahdan başqa məbud yoxdur,
وَ اللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
وَ سُبْحَانَ اللّٰهِ
Allah pak və təmizdir,
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ۔
Allahdan başqa güc və qüvvət sahibi yoxdur.
Daha sonra yeddi dəfə de:
اَللّٰهُ اَللّٰهُ رَبِّي لَا اُشْرِكُ بِهِ شَيْئًا۔
Allah, Allahdır mənim Rəbbim. Heç kimi Ona şərik qoşmuram.
Sonra Allahdan öz istəklərini dilə.
7) Bu duanı İmam Musa ibn Cəfər (ə) hicri 179-cu il rəcəb ayının 27-də Mədinədən Bağdada aparılarkən oxumuşdur:
يَا مَنْ اَمَرَ بِالْعَفْوِ وَ التَّجَاوُزِ
Ey o kəs ki, əvf və güzəşt etməyi əmr etmisən,
وَ ضَمَّنَ نَفْسَهُ الْعَفْوَ وَ التَّجَاوُزَ
əvf və güzəşt etməyi də Özünə lazım etmisən;
يَا مَنْ عَفَا وَ تَجَاوَزَ
ey o kəs ki, əvf və güzəşt edirsən,
اعْفُ عَنِّيْ وَ تَجَاوَزْ يَا كَرِيْمُ
məni əvf et və mənə güzəşt et, ey Kərim!
اَللّٰهُمَّ وَ قَدْ اَكْدَى الطَّلَبُ
Ey Allahım, axtarış bir yerə varmadı,
وَ اَعْيَتِ الْحِيْلَةُ وَ الْمَذْهَبُ
qapılar və yollar bağlandı,
وَ دَرَسَتِ الْاٰمَالُ
arzular uzandı
وَ انْقَطَعَ الرَّجَاءُ اِلَّا مِنْكَ
və Səndən qeyrisindən ümid kəsildi;
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
Sən yeganəsən və şərikin yoxdur.
اَللّٰهُمَّ اِنِّي اَجِدُ سُبُلَ الْمَطَالِبِ اِلَيْكَ مُشْرَعَةً
Ey Allahım, istək yollarının Sənə tərəf uzandığını,
وَ مَنَاهِلَ الرَّجَاۤءِ لَدَيْكَ مُتْرَعَةً
ümid qaynaqlarının Sənin yanında ləbriz olduğunu,
وَ اَبْوَابَ الدُّعَاۤءِ لِمَنْ دَعَاكَ مُفَتَّحَةً
dua qapılarının Sənə dua edənlərin üzünə açıq olduğunu
وَ الْاِسْتِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِكَ مُبَاحَةً
və köməyə çağırışın Səndən kömək istəyənlər üçün azad olduğunu gördüm;
وَ اَعْلَمُ اَنَّكَ لِدَاعِيْكَ بِمَوْضِعِ اِجَابَةٍ
və bilirəm ki, həqiqətən Sən Səni çağıranlara icabət məqamındasan,
وَ لِلصَّارِخِ اِلَيْكَ بِمَرْصَدِ اِغَاثَةٍ
və Sənə fəryad edənlərə kömək (fəryadrəs) mövqeyindəsən;
وَ اَنَّ فِي اللَّهْفِ اِلٰى جُوْدِكَ وَ الضَّمَانِ بِعِدَتِكَ
heç şübhəsiz, Sənin bəxşişinə ümid bəsləmək və vədələrinə arxayın olmaq
عِوَضًا مِنْ مَنْعِ الْبَاخِلِيْنَ۔
paxılların paxıllığının əvəzidir
وَ مَنْدُوْحَةً عَمَّا فِيْ اَيْدِي الْمُسْتَاْثِرِيْنَ
və imkanlıların əlində olanlardan ehtiyacsızlıqdır;
وَ اَنَّكَ لَا تَحْتَجِبُ عَنْ خَلْقِكَ
mən bilirəm ki, həqiqətən Sən məxluqata gizli deyilsən,
اِلَّا اَنْ تَحْجُبَهُمُ الْاَعْمَالُ دُوْنَكَ
əlbəttə, əgər onların (nalayiq) əməlləri bu aşkarlığa pərdə salmasa;
وَ قَدْ عَلِمْتُ اَنَّ اَفْضَلَ زَادِ الرَّاحِلِ اِلَيْكَ
mən bildim ki, Sənə tərəf hərəkət edən yolcunun yol azuqəsi
عَزْمُ اِرَادَةٍ يَخْتَارُكَ بِهَا
ciddi istəkdir və o bu istəklə Səni seçmişdir;
وَ قَدْ نَاجَاكَ بِعَزْمِ الْاِرَادَةِ قَلْبِيْ
həqiqətən mənim ürəyim belə bir istəklə Səninlə nəcva edir (gizli danışır);
وَ اَسْاَلُكَ بِكُلِّ دَعْوَةٍ دَعَاكَ بِهَا رَاجٍ بَلَّغْتَهُ اَمَلَهُ
Səndən istəyirəm arzularına çatdırdığın ümidvarların Sənə etdikləri bütün dualara xatir,
اَوْ صَارِخٌ اِلَيْكَ اَغَثْتَ صَرْخَتَهُ
və ya harayına çatdığın haray salanların,
اَوْ مَلْهُوْفٌ مَكْرُوْبٌ فَرَّجْتَ كَرْبَهُ
və ya giriftarlığını aradan qaldırdığın ürəyidağlı giriftarların,
اَوْ مُذْنِبٌ خَاطِئٌ غَفَرْتَ لَهُ
və ya bağışladığın xətakar günahkarların,
اَوْ مُعَافًى اَتْمَمْتَ نِعْمَتَكَ عَلَيْهِ
və ya nemətini tamamladığın sağlamların,
اَوْ فَقِيْرٌ اَهْدَيْتَ غِنَاكَ اِلَيْهِ
və ya Öz ehtiyacsızlığını hədiyyə etdiyin möhtacların (dualarına xatir),
وَ لِتِلْكَ الدَّعْوَةِ عَلَيْكَ حَقٌّ وَ عِنْدَكَ مَنْزِلَةٌ
belə ki, bu dualar üçün Sənin üzərində haqq və Sənin yanında məqam vardır –
اِلَّا صَلَّيْتَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
(Səndən istəyirəm ki,) Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَ قَضَيْتَ حَوَآئِجِيْ حَوَآئِجَ الدُّنْيَا وَ الْاٰخِرَةِ
mənim dünya və axirət istəklərimi həyata keçirəsən.
وَ هَذَا رَجَبٌ الْمُرَجَّبُ الْمُكَرَّمُ
Bu ay böyük və girami rəcəb ayıdır;
الَّذِيْ اَكْرَمْتَنَا بِهِ اَوَّلُ اَشْهُرِ الْحُرُمِ
bu ay ilə bizi girami etmisən, bu ay "haram aylar"dan birincisidir,
اَكْرَمْتَنَا بِهِ مِنْ بَيْنِ الْاُمَمِ
və ümmətlər arasında bizi onunla girami etmisən,
يَا ذَا الْجُوْدِ وَ الْكَرَمِ
ey bəxşiş və kərəm sahibi!
فَنَسْاَلُكَ بِهِ وَ بِاسْمِكَ الْاَعْظَمِ الْاَعْظَمِ الْاَعْظَمِ
Elə isə, Səndən istəyirik bu aya xatir və çox-çox böyük və əzəmətli (adına xatir),
الْاَجَلِّ الْاَكْرَمِ
cəlalətli və ən kərim adına xatir –
الَّذِيْ خَلَقْتَهُ فَاسْتَقَرَّ فِي ظِلِّكَ
o ad ki, onu yaradıb ərşinin kölgəsində qərar verdin
فَلَا يَخْرُجُ مِنْكَ اِلٰى غَيْرِكَ
və yalnız Sənə layiqdir (Səndən qeyrisinə çıxmaz) –
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ الطَّاهِرِيْنَ
Məhəmmədə və onun pak Əhli-beytinə salam göndərəsən,
وَ تَجْعَلَنَا مِنَ الْعَامِلِيْنَ فِيْهِ بِطَاعَتِكَ
bizi bu ayda Sənin əmrlərinə əməl edənlərdən qərar verəsən,
وَ الْاٰمِلِيْنَ فِيْهِ بِشَفَاعَتِكَ۔
və Sənin şəfaətini arzu edənlərdən qərar verəsən.
اَللّٰهُمَّ وَ اهْدِنَا اِلٰى سَوَاءِ السَّبِيْلِ
Ey Allahım, bizi düz yola hidayət et
وَ اجْعَلْ مَقِيْلَنَا عِنْدَكَ خَيْرَ مَقِيْلٍ فِي ظِلٍّ ظَلِيْلٍ
və Öz yanında bizim yerimizi geniş kölgən altında ən yaxşı yer qərar ver,
فَاِنَّكَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيْلُ
çünki Sən bizə yetərsən və ən yaxşı vəkilsən;
وَ السَّلَامُ عَلٰى عِبَادِهِ الْمُصْطَفَيْنَ
salam olsun seçilmiş bəndələrə
وَ صَلَوَاتُهُ عَلَيْهِمْ اَجْمَعِيْنَ
və salam olsun onların hamısına.
اَللّٰهُمَّ وَ بَارِكْ لَنَا فِي يَوْمِنَا هٰذَا الَّذِيْ فَضَّلْتَهُ
Ey Allahım, bu günü bizə mübarək et: belə ki, bu günü üstün etmiş,
وَ بِكَرَامَتِكَ جَلَّلْتَهُ
kəramətinlə ona əzəmət bəxş etmiş,
وَ بِالْمَنْزِلِ الْاَعْلٰى اَنْزَلْتَهُ
onu əzəmətli və uca yerdə qərar vermisən;
صَلِّ عَلٰى مَنْ فِيْهِ اِلٰى عِبَادِكَ اَرْسَلْتَهُ
salam göndər o kəsə ki, bu ayda onu bəndələrinə göndərmisən
وَ بِالْمَحَلِّ الْكَرِيْمِ اَحْلَلْتَهُ
və onu kərim bir yerdə qərar vermisən.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ صَلَاةً دَاۤئِمَةً تَكُوْنُ لَكَ شُكْرًا
Ey Allahım, daim ona salam göndər, ta Sənə şükür səbəbi olsun
وَ لَنَا ذُخْرًا
və bizə azuqə olsun;
وَ اجْعَلْ لَنَا مِنْ اَمْرِنَا يُسْرًا
bizim işimizi asan et,
وَ اخْتِمْ لَنَا بِالسَّعَادَةِ اِلٰى مُنْتَهَىٰ اٰجَالِنَا
ömrümüzü xoşbəxtliklə başa çatdır,
وَ قَدْ قَبِلْتَ الْيَسِيْرَ مِنْ اَعْمَالِنَا
çünki Sən bizim dəyərsiz əməllərimizi qəbul etmisən;
وَ بَلَّغْتَنَا بِرَحْمَتِكَ اَفْضَلَ اٰمَالِنَا
Öz rəhmətinlə bizi ən üstün arzularımıza çatdır,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
çünki Sən hər şeyə qadirsən,
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ سَلَّمَ۔
Məhəmmədə və onun xanidanına salam göndər.
8) "İqbalul Amal" kitabında qeyd olunur ki, bu gün bu cümləylə başlayan duanı da oxuyun:
اَللّٰهُمَّ اِنِّىْ اَسْاَلُكَ بِالتَّجَلِّى الْاَعْظَمُ۔
Ey Allahım, bu əzəmətli ayın bu gecəsindəki əzəmətli təcəllana xatir (Səndən istəyirəm)...
Bu "Məbəs Gecəsinin Duası" bölümündə qeyd etdiyimiz duadır.
RƏCƏB AYININ AXIRINCI GÜNÜ
Bu gündə cənab Salmanın namazını qıl. Bu gündə oruc tutmağın da böyük savabı vardır. İmam Rza (ə) buyurmuşdur: "Hər kim rəcəb ayının axırıncı günü oruc tutsa, Allah onun günahlarını bağışlayar."