⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANDA HƏR VACİB NAMAZDAN SONRA OXUNAN DUA (2)
Seyid İbn Tavusdan nəql olunan və Ramazan ayında hər vacib namazdan sonra oxunan başqa bir dua:
يَا عَلِيُّ يَا عَظِيْمُ،
Ey uca, ey əzəmətli,
يَا غَفُوْرُ يَا رَحِيْمُ،
ey bağışlayan, ey rəhim!
اَنْتَ الرَّبُّ الْعَظِيْمُ
Sən əzəmətli Rəbbsən,
الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
belə ki, Sənin bənzərin yoxdur,
وَهُوَ السَّمِيْعُ الْبَصِيْرُ،
Sən eşidən və görənsən.
وَهٰذَا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهُ،
Bu, həmin aydır ki, Sən ona əzəmət və kəramət bəxş etmiş,
وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُوْرِ،
onu digər aylardan şərafətli və üstün etmisən;
وَهُوَ الشَّهْرُ الَّذِيْ فَرَضْتَ صِيَامَهُ عَلَيَّ،
bu, həmin aydır ki, onun orucunu mənə vacib etmisən;
وَهُوَ شَهْرُ رَمَضَانَ، الَّذِيْ اَنْزَلْتَ فِيْهِ الْقُرْاٰنَ،
bu, ramazan ayıdır, belə ki, Quranı bu ayda nazil etmisən:
هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
o Quran ki, insanların hidayət səbəbi, hidayət nişanəsi və haqqı batildən ayırandır;
وَجَعَلْتَ فِيْهِ لَيْلَةَ الْقَدْرِ،
Qədr gecəsini bu ayda qərar vermisən.
وَجَعَلْتَهَا خَيْرًا مِّنْ اَلْفِ شَهْرٍ،
min gecədən üstün olan
فَيَا ذَا الْمَنِّ وَلَا يُمَنُّ عَلَيْكَ،
Elə isə, ey o minnət sahibi ki, Sənin boynunda kimsənin minnəti yoxdur,
مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِيْ مِنَ النَّارِ فِيْمَنْ تَمُنُّ عَلَيْهِ،
minnət qoyduğun kəslərin arasında məni oddan xilas etməklə mənə minnət qoy;
وَاَدْخِلْنِى الْجَنَّةَ
məni Cənnətə daxil et,
بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ ۔
Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.