EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏCC DUASI
Mərhum Şeyx Kuleyni "Usuli-kafi" kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) ramazan ayında bu duanı oxuduğunu nəql etmişdir:
اَللّٰهُمَّ اِنّي بِكَ وَمِنْكَ اَطْلُبُ حَاجَتِيْ،
<font color="000000"><b>Ey Allahım, Sənə təvəssül edir və Səndən öz hacətimi diləyirəm; kim öz hacətini insanlardan diləsə də, mən öz hacətimi yalnız Səndən diləyirəm; Sən yeganəsən və şərikin yoxdur. Lütf və razılığına xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun Əhli-beytinə salam göndərəsən; (Səndən istəyirəm ki,) bu ildə yaxşı, qəbul olunmuş, pakizə və Sənin üçün xalis olan həcci yerinə yetirməkdən ötrü mənim üçün Öz evinə tərəf bir yol qərar verəsən, ta onunla gözlərim aydın olsun və rütbəm (Sənin yanında) yüksəlsin; günahlara göz yummağı, iffəti qorumağı, bütün günahlardan uzaqlaşmağı mənə əta et, ta mənim üçün Sənə itaət etmək və Səndən (Sənə qarşı çıxmaqdan) qorxmaq, Sənin üçün sevimli olan işləri yerinə yetirmək və Sənin bəyənmədiyin işləri tərk etməkdən mühüm heç nə olmasın; bütün bu istəklərimi asayiş, imkan və salamatlıqda qərar ver; mənə verdiyin nemətlərə şükür etməyi mənə ruzi et. Səndən istəyirəm ki, ölümümü Sənin yolunda şəhadət və Peyğəmbərinin bayrağı altında Öz dostlarınla birgə qərar verəsən. Səndən istəyrəm ki, mənim vasitəmlə Öz düşmənlərini və Peyğəmbərinin düşmənlərini məhv edəsən. Səndən istəyirəm ki, (xar olmasını) rəva gördüyün məxluqunu xar edib məni girami edəsən, dostlarını girami edib məni xar etməyəsən. Ey Allahım, elçin ilə birlikdə olmaqda mənə bir yol qərar ver. Allah mənə kifayət edir və Onun istədiyi olur.</b></font>
وَمَنْ طَلَبَ حَاجَةً اِليَ النَّاسِ
فَاِنِّي لَآ اَطْلُبُ حَاجَتي اِلَّا مِنْكَ
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ،
وَاَسْاَلُكَ بِفَضْلِكَ وَرِضْوَانِكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ،
وَاَنْ تَجْعَلَ لِيْ فِيْ عَامِيْ هٰذٰ اِلٰى بَيْتِكَ الْحَرَامِ سَبِيْلًا
حِجَّةً مَبْرُوْرَةً
مُتَقَبَّلَةً زَاكِيَةً
خَالِصَةً لَكَ
تَقَرُّ بِهَا عَيْنِيْ،
وَتَرْفَعُ بِهَا دَرَجَتِيْ،
وَتَرْزُقَنِيْ اَنْ اَغُضَّ بَصَرِيْ،
وَاَنْ اَحْفَظَ فَرْجِيْ،
وَاَنْ اَكُفَّ بِهَا عَنْ جَمِيْعِ مَحَارِمَكَ،
حَتّٰى لَايَكُوْنَ شَيْءٌ اٰثَرَ عِنْدِيْ مِنْ طَاعَتِكَ وَخَشْيَتِكَ،
وَالْعَمَلِ بِمَا اَحْبَبْتَ،
وَالتَّرْكِ لِمَا كَرِهْتَ وَنَهَيْتَ عَنْهُ،
وَاجْعَلْ ذٰلِكَ فِيْ يُسْرٍ وَيَسَارٍ
وَ عَافِيَةٍ وَمَآ اَنْعَمْتَ بِهِ عَلَيَّ،
وَاَسْاَلُكَ اَنْ تَجْعَلَ وَفَاتِيْ قَتْلًا فِيْ سَبِيْلِكَ،
تَحْتَ رَايَةِ نَبِيِّكَ مَعَ اَوْلِيَآئِكَ،
وَاَسْاَلُكَ اَنْ تَقْتُلَ بِيْ اَعْدَاۤءَكَ وَاَعْدَاۤءَ رَسُوْلِكَ،
وَاَسْاَلُكَ اَنْ تُكْرِمَنِيْ بِهَوَانِ مَنْ شِئْتَ مِنْ خَلْقِكَ،
وَلَا تُهِنِّي بِكَرَامَةِ اَحَدٍ مِنْ اَوْلِيَاۤءِكَ
اَللّٰهُمَّ اجْعَلْ لِيْ مَعَ الرَّسُوْلِ سَبِيْلًا،
حَسْبِيَ اللهُ مَا شَاۤءَ اللهُ۔
Seyid İbn Tavus "İqbal" kitabında qeyd edir ki, Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: "Allahın evini ziyarət etməyə müvəffəq olmaq üçün ramazan ayının gecələrində məğrib namazından sonra bu duanı oxuyun." Kəf'əmi "Bələdul-əmin" kitabında yazır: "Bu duanı ramazan ayının birinci gecəsi və ramazan ayının hər günü oxumaq müstəhəbdir."