EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZAN AYININ GECƏLƏRİNİN ƏMƏLLƏRİ (1)
Ramazan ayının gecələrinin müştərək əməlləri aşağıdakılardır:
1. Məğribin şəri vaxtı olduqda məğrib namazını qılıb iftar etmək müstəhəbdir. Lakin əgər oruc tutan şəxs zəif və gücsüz olduğuna görə namazı hüzuri-qəlblə qıla bilməyəcəksə, yaxud süfrə başında onu gözləyənlər varsa, namazı iftardan sonra da qıla bilər.
2. Pak yemək və içməklərlə, həmçinin haram və şübhəli olmayan yemək-içməklərlə iftar edin. Yaxşı olar ki, halal xurma ilə iftar edəsiniz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kim halal xurma ilə iftar etsə, namazının savabı artar." Həzrət Əli (ə) buyurub: "Süd ilə iftar etmək müstəhəbdir." Şərbət, halva, ilıq su ilə də iftar etmək yaxşıdır və Həzrət Rəsulallah (s) bunlarla iftar edərmiş.
3. İftar edərkən Məsumların (ə) buyurduqları kiçik duaları oxuyun: O cümlədən bu duanı oxuyun:
اَللّٰهُمَّ لَكَ صُمْتُ،
<font color="000000"><b>Ey Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzilərinlə iftar etdim, Sənə təvəkkül edirəm.</b></font>
وَعَلٰى رِزْقِكَ اَفْطَرْتُ،
وَعَلَيْكَ تَوَكَّلْتُ،
Seyid ibn Tavusun "Kəfəmi" kitabında bu cümləylə başlayan duanı oxumaq:
اَللّٰهُمَّ رَبَّ النُّوْرِ الْعَظِيْمِ
<font color="000000"><b>Ey əzəmətli nurun rəbbi...</b></font>
Əmirəl-möminin Əli (ə) iftar edərkən bu duanı oxuyardı:
بِسْمِ اللهِ
<font color="000000"><b>Allahın adı ilə. Ey Allahım, Sənin üçün oruc tutduq, Sənin ruzilərinlə iftar etdik, elə isə, bizdən qəbul et, çünki Sən eşidən və bilənsən.</b></font>
اَللّٰهُمَّ لَكَ صُمْنَا
وَعَلٰى رِزْقِكَ اَفْطَرْنَا
فَتَقَبَّلْ مِنَّا
اِنَّكَ اَنْتَ السَّمِيْعُ الْعَلِيْمُ۔
4. İftar edərkən birinci tikəni ağıza qoyduqda deyin:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ،
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə. Ey məğfirəti geniş olan, bağışla məni.</b></font>
يَا وَاسِعَ الْمَغْفِرَةِ اِغْفِرْ لِيْ۔
İmam Həsən Muctəba (ə) buyurub: "Hər kim bu kəlmələri desə, Allah onu bağışlayar."
5. İftar vaxtı <font><b><a href="https://www.divinepearls.com/surah97">Qədr</a></b></font> surəsini oxumağın böyük savabı vardır.
6. İftar vaxtı dua etmək tövsiyə olunur. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur: "İftar vaxtı oruc tutanın bir qəbul olunmuş duası vardır."
7. İftar vaxtı sədəqə verin, oruc tutanlara iftar verin. Hətta əgər imkanınız az olsa, bir neçə xurma və ya bir qab su ilə iftar verin. İftar vermək təkid olunan müstəhəb əməllərdəndir və yaxşı olar ki, möminlər buna əhəmiyyət versinlər. Bəzi müsəlman ölkələrində iftar vaxtı bütün məscidlərdə sadə süfrələr açılır.
Həzrət Rəsulallah (s) buyurmuşdur ki, hər kim ramazan ayında bir mömin oruc tutana iftar versə, bir mömin qulu azad etməyin savabını əldə edər və bu, onun günahlarının bağışlanmasına səbəb olar. Səhabələr: "Bizim buna imkanımız yoxdur" – dedikdə o həzrət buyurdu: "Kimin imkanı yoxdursa, bir qədər süd və ya su, yaxud bir neçə xurma versin, Allah ona bu savabı əta edər."
Mərhum Kuleyni, Şeyx Səduq və Şeyx Tusinin İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə buyurulur: "Hər kim oruc tutana iftar versə, onun savabı qədər savab əldə edər (oruc tutanın savabından heç nə azalmadan)."
8. Seyid İbn Tavus "İqbal" kitabında qeyd edir ki, hər kim ramazan ayının hər gecəsi bu duanı oxusa, onun çoxlu günahları bağışlanar:
اَللّٰهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ
<font color="000000"><b>Ey Allahım, ey ramazan ayının Rəbbi: o Rəbb ki, Quranı bu ayda nazil etdin və bu ayda bəndələrinə orucu vacib etdin, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, bu il və hər il Öz evinin həccini mənə ruzi et, böyük günahlarımı bağışla, çünki onları Səndən qeyrisi bağışlamır, ey Rəhman, ey çox elmli.</b></font>
الَّذِيْ اَنْزَلْتَ فِيْهِ الْقُرْاٰنَ،
وَافْتَرَضْتَ عَلٰى عِبَادِكَ فِيْهِ الصِّيَامَ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَارْزُقْنِيْ حَجَّ بَيْتِكَ الْحَرَامِ
فِيْ عَامِيْ هٰذَا وَفِيْ كُلِّ عَامٍ،
وَاغْفِرْ لِيْ تِلْكَ الذُّنُوْبَ الْعِظَامَ،
فَاِنَّهُ لَا يَغْفِرُهَا غَيْرُكَ
يَا رَحْمٰنُ يَا عَلَّامُ۔
9. Hər gecə məğrib namazından sonra "Həcc duası"nı oxuyun.