Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında qeyd edir ki, Əmirəl-möminin Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir:
Hər kim rəcəb, şaban və ramazan aylarının hər gecəsində və ya hər gündüzündə
Allah pak və təmizdir,
وَ الْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَ لَا اِلٰهَ اِلَّا اللّٰهُ
Allahdan başqa məbud yoxdur,
وَ اللّٰهُ اَكْبَرُ
Allah böyükdür.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Əzəmət və Cəlal sahibindən başqa güc və qüvvət sahibi yoxdur.
Sonra üç dəfə salavat desə:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Allahım, Məhəmmədə və onun ailəsinə xeyir-dua göndər
Daha sonra üç dəfə desə:
اَللّٰهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ۔
Allahım, mömin və möminələrin günahını bağışla.
Axırda dörd yüz dəfə:
اَسْتَغْفِرُ اللّٰهَ وَ اَتُوْبُ اِلَيْهِ۔
Allahdan bağışlanma diləyir və Ondan tövbəmi qəbul etməsini istəyirəm.
desə, Allah onun günahlarını bağışlayar (nə qədər çox olsa belə)." Sonra o həzrət buyurdu: "Hər kim ömrü boyu bu əməli bir dəfə yerinə yetirsə, Allah onun hər hərfinin müqabilində ona çoxlu savab əta edər..." Əllamə Məclisi həmçinin əlavə olaraq qeyd edir ki, Rəcəb ayının hər gecəsi min dəfə deyək:
لَا اِلٰهَ اِلَّا اللهُ۔
Allahdan qeyri ilah yoxdur.