⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
Ramazan ayının hər gecəsi bu duanı oxuyun:
اَللّٰهُمَّ بِرَحْمَتِكَ فِي الصَّالِحِيْنَ فَاَدْخِلْنَا،
Ey Allahım, Öz rəhmətinə xatir bizi salehlərin zümrəsinə daxil et,
وَفِي عِلِّيِّيْنَ فَارْفَعْنَا،
cənnət dərəcələrində yüksəlt,
وَبِكَاْسٍ مِنْ مَعِيْنٍ
suyu ləziz çeşmədən cam ilə
مِنْ عَيْنٍ سَلْسَبِيْلٍ فَاسْقِنَا،
səlsəbil çeşməsindən sirab et,
وَمِنَ الْحُوْرِ الْعِيْنِ بِرَحْمَتِكَ فَزَوِّجْنَا،
Öz rəhmətinə xatir hurul-eyni bizə zövcə et,
وَمِنَ الْوِلْدَانِ الْمُخَلَّدِيْنَ
əbədi yeniyetmələri
كَاَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُوْنٌ فَاَخْدِمْنَا،
sədəf içində gövhərə bənzər bizim xidmətimizdə et,
وَمِنْ ثِمَارِ الْجَنَّةِ وَلُحُوْمِ الطَّيْرِ فَاَطْعِمْنَا،
Cənnət meyvələrindən və quşların ətindən bizə təam ver,
وَمِنْ ثِيَابِ السُّنْدُسِ وَالْحَرِيْرِ وَالْاِسْتَبْرَقِ فَاَلْبِسْنَا،
bizə qızıl saplarla toxunmuş, ipək və diba parçadan olan geyimlər geyindir,
وَلَيْلَةَ الْقَدْرِ
Qədr gecəsini yaşamağa,
وَحَجَّ بَيْتِكَ الْحَرَامِ،
Öz evinin həccinə
وَقَتْلًا فِيْ سَبِيْلِكَ فَوَفِّقْ لَنَا،
və Sənin yolunda şəhid olmağa bizi müvəffəq et,
وَصَالِحَ الدُّعَاۤءِ وَالْمَسْاَلَةِ فَاسْتَجِبْ لَنَا،
bizim layiqli dua və istəklərimizi qəbul et,
وَاِذَا جَمَعْتَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ يَوْمَ الْقِيَامَةِ فَارْحَمْنَا
Qiyamət günü keçmiş və gələcək nəsilləri bir yerə cəm etdiyin zaman bizə rəhm et,
وَبَرَاۤءَةً مِنَ النَّارِ فَاكْتُبْ لَنَا،
cəhənnəm odundan qurtulmağı bizim taleyimizə yaz,
وَفِي جَهَنَّمَ فَلَا تَغُلَّنَا،
bizi Cəhənnəmdə giriftar etmə,
وَفِيْ عَذَابِكَ وَهَوَانِكَ فَلَا تَبْتَلِنَا،
bizi əzab və rüsvayçılığa düçar etmə,
وَمِنَ الزَّقُّوْمِ وَالضَّرِيْعِ فَلَا تُطْعِمْنَا،
acı və pis qoxulu "zəqqum" və "zəri" bitkilərindən bizə yedirtmə,
وَمَعَ الشَّيَاطِيْنِ فَلَا تَجْعَلْنَا،
bizi şeytanlarla birlikdə qərar vermə,
وَفِي النَّارِ عَلٰى وُجُوْهِنَا فَلَا تَكْبُبْنَا،
bizi üzüstə oda atma,
وَمِنْ ثِيَابِ النَّارِ وَسَرَابِيْلِ الْقَطِرَانِ فَلَا تُلْبِسْنَا،
odlu geyimləri və qaynar qırdan olan paltarları bizə geyindirmə,
وَمِنْ كُلِّ سُوٓءٍ يَا لَا اِلٰهَ اِلَّا اَنْتَ
ey o kəs ki Səndən qeyri ilah yoxdur, hər pisdən,
بِحَقِّ لَا اِلٰـهَ اِلَّا اَنْتَ فَنَجِّنَا۔
"Səndən qeyri ilah yoxdur" kəlməsinə xatir bizə nicat ver.
10. İmam Sadiq (ə) buyurmuşdur ki, ramazan ayının hər gecəsi bu duanı oxuyun:
اَللّٰهُمَّ اِنّي اَسْاَلُكَ اَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
Ey Allahım, Səndən istəyirəm ki, hökm verdiyin və müqəddər etdiyində,
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ فِى الْاَمْرِ الْحَكِيْمِ،
hikmətli əmrlərin qəti olanından,
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ
o hökm ki geri götürülmür və dəyişilmir,
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ،
məni Öz evinin hacılarından qərar verəsən,
الْمَبْرُوْرِ حَجُّهُمُ،
o hacılar ki həccləri qəbul olunmuş,
الْمَشْكُوْرِ سَعْيُهُمُ
səyləri qiymətləndirilmiş,
الْمَغْفُوْرِ ذُنُوْبُهُمْ،
günahları bağışlanmış
الْمُكَفَّرِ عَنْ سَيِّئَاتِهِمْ،
və pis əməllərinin üstü örtülmüşdür.
وَاَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ،
hökm verdiyin və müqəddər etdiyində qərar verəsən,
اَنْ تُطِيْلَ عُمْرِيْ فِيْ خَيْرِ وَعَافِيَةٍ،
xeyir, salamatlıq ilə uzun ömür verəsən,
وَتُوَسِّعَ فِيْ رِزْقِي،
və bol ruzi,
وَتَجْعَلَنِيْ مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِيْنِكَ
məni o kəslərdən qərar verəsən ki Öz dininə onun vasitəsilə kömək etmisən,
وَلَا تَسْتَبْدِلْ بِيْ غَيْرِيْ۔
və məni başqası ilə əvəz etməyəsən.
11. Mərhum Mühəddis Qummi nəql edir ki, "Ənisul-salihin" kitabında belə qeyd olunub: Ramazan ayının hər gecəsi bu duanı oxu:
اَعُوْذُ بِجَلَالِ وَجْهِكَ الْكَرِيْمِ
Kərim zatının cəlalətinə pənah aparıram ki,
اَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ،
məbada ramazan ayı ötüb keçsin,
اَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ،
və ya bu gecəm sübh olsun,
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُعَذِّبُنِيْ عَلَيْهِ۔
bir halda ki mənim tərəfimdən sorğu-suala səbəb olan bir əməl və ya bir günah baş versin, buna görə də Sən mənə əzab verəsən.
12. Ramazan ayının hər gecəsi iki rəkət namaz qılmaq müstəhəbdir: Hər rəkətdə Fatihə surəsi və üç dəfə İxlas surəsini oxu. Salamdan sonra de:
سُبْحَانَ مَنْ هُوَ حَفِيْظٌ لَا يَغْفُلُ،
Təsbih deyirəm o Allaha ki, qafil olmayan mühafizəçidir.
سُبْحَانَ مَنْ هُوَ رَحِيْمٌ لَا يَعْجَلُ،
Təsbih deyirəm o Allaha ki, tələsməyən rəhimlidir.
سُبْحَانَ مَنْ هُوَ قَآ ئِمٌ لَا يَسْهُوْ،
Təsbih deyirəm o Allaha ki, səhv etməyən qaimdir.
سُبْحَانَ مَنْ هُوَ دَاۤئِمٌ لَا يَلْهُوْ۔
Təsbih deyirəm o Allaha ki, bihudə vaxt keçirməyən daimidir.
Sonra "təsbihati-ərbə'ə"ni yeddi dəfə de:
سُبْحَانَ اللهِ
Allah pak və təmizdir,
وَالْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَلَآ اِلٰهَ اِلَّا اللهُ
Allahdan başqa məbud yoxdur,
وَاللهُ اَكْبَرُ۔
Allah böyükdür.
Daha sonra de:
سُبْحَانَكَ سُبْحَانَكَ سُبْحَانَكَ،
Təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə,
يَا عَظِيْمُ اغْفِرْ لِيَ الذَّنْبَ الْعَظيمَ۔
ey əzəmətli, mənim böyük günahımı bağışla.
Sonda Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) on dəfə salavat de:
اَللّٰهُمَّ صَلِّ عَلٰي مُحَمَّدٍ وَ عَلٰي اٰلِهِ۔
Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.
Hər kim bu iki rəkət namazı qılsa, Mütəal Allah onun çoxlu günahlarını bağışlayar.
13. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim ramazan ayının hər gecəsində müstəhəb namazda