Ey Allahım, bu, ramazan ayıdır:
الَّذِيْ اَنْزَلْتَ فِيْهِ الْقُرَاٰنَ
Quranı bu ayda nazil etmisən,
هُدَىً لِلنَّاسِ وَبَيِّنَاتِ مِنَ الْهُدٰى وَالْفْرْقَانِ،
insanları hidayət edən, hidayət dəlillərini özündə ehtiva edən və haqqı batildən ayıran;
وَهٰذَا شَهْرُ الصِّيَامِ،
bu, orucluq ayıdır;
وَهٰذَا شَهْرُ الْقِيَامِ،
bu, qiyam ayıdır;
وَهٰذَا شَهْرُ الْاِنَابَةِ،
bu, qayıdış ayıdır;
وَهٰذَا شَهْرُ التَّوْبَةِ،
bu, tövbə ayıdır;
وَهٰذَا شَهْرُ الْمَغْفِرَةِ وَالرَّحْمَةِ،
bu, məğfirət və rəhmət ayıdır;
وَهٰذَا شَهْرُ الْعِتْقِ مِنَ النَّارِ وَالْفَوْزِ بِالْجَنَّةِ،
bu, oddan qurtulmaq və Cənnətə çatmaq ayıdır;
وَهٰذَا شَهْرٌ فِيْهِ لَيْلَةُ الْقَدْرِ
bu, Qədr gecəsinin olduğu aydır:
الَّتي هِيَ خَيْرٌ مِنْ اَلْفِ شَهْرٍ،
o gecə ki, min aydan üstündür.
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى مُحَمَّدٍ واٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاَعِنِّي عَلٰى صِيَامِهِ وَقِيَامِهِ،
bu ayın orucunu tutmaq və gecələrini ibadət etməkdə mənə kömək et,
وَسلِّمْهُ لِي وَسَلِّمْنِيْ فِيْهِ،
bu ayı mənim üçün salamat et və bu ayda məni salamat et,
وَاَعِنِّي عَلَيْهِ بِاَفْضَلِ عَوْنِكَ،
bu ayda mənə ən yaxşı şəkildə kömək et,
وَوَفِّقْنِيْ فِيْهِ لِطَاعَتِكَ وَطَاعَةِ رَسُولِكَ واَوْلِيَآئِكَ
bu ayda məni Sənə itaət etməyə, Sənin elçinə və övliyalarına itaət etməyə müvəffəq et,
صَلَّى اللهُ عَلَيْهِمْ،
Allahın salamı olsun onlara,
وَفَرِّغْنِي فِيْهِ لِعِبَادَتِكَ وَدُعَاۤئِكَ وَتِلَاوَةِ كِتَابِكَ،
bu ayda Sənə ibadət və dua etmək, Sənin Kitabını tilavət etmək üçün vaxtımı asudə et,
وَاَعْظِمْ لِيْ فِيْهِ الْبَرَكَةِ،
bu ayda mənim üçün bərəkəti artır,
وَاَحْسِنْ لِي فِيْهِ الْعَافِيَةَ،
bu ayda salamatlığımı daha da yaxşılaşdır,
وَاَصِحَّ فِيْهِ بَدَنِيْ،
bu ayda bədənimi sağlam et,
وَاَوْسِعْ لِيْ فِيْهِ رِزْقِيْ،
bu ayda ruzimə vüsət ver,
وَاكْفِنِيْ فِيْهِ مَآ اَهَمَّنِيْ
bu ayda məni qəmləndirən işlərə kifayət et,
وَاسْتَجِبْ فِيْهِ دُعَاۤئِي،
bu ayda duamı qəbul et,
وَبَلِّغْنِيْ رَجَاۤئِيْ،
məni arzuma çatdır.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
واَذْهِبْ عَنِّي فِيْهِ النُّعَاسَ وَالْكَسَلَ وَالسَّامَةَ
bu ayda mürgüləməyi, yorğunluğu, darıxmağı məndən uzaqlaşdır,
وَالْفَتْرَةَ وَالْقَسْوَةَ وَالْغَفْلَةَ وَالْغِرَّةَ،
süstlüyü, rəhimsizliyi, qəfləti, səhlənkarlığı,
وَجَنِّبْنِيْ فِيْهِ الْعِلَلَ وَالْاَسْقَامَ
bu ayda ağrıları, xəstəlikləri,
وَالْهُمُوْمَ وَالْاَحْزَانَ
qüssələri, kədərləri məndən uzaq et,
وَالْاَعْرَاضَ وَالْاَمْرَاضَ
hadisələri, naxoşluqları,
وَالْخَطَايَا وَالذُّنُوْبَ،
səhvləri, günahları,
وَاصْرِفْ عَنِّيْ فِيْهِ السُّوْءَ وَالْفَحْشَاۤءَ
bu ayda pis olan hər şeyi, əxlaqsızlığı,
وَالْجَهْدَ وَالْبَلَاۤءِ
əzab-əziyyəti, giriftarlığı,
وَالتَّعَبَ وَالْعَنَاۤءَ
yorğunluğu, zəhməti məndən uzaq et,
اِنَّكَ سَمِيْعُ الدُّعَاۤءِ،
çünki Sən duaları eşidənsən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاَعِذْنِيْ فِيْهِ مِنَ الشَّيْطَانِ الرَّجِيْمِ
bu ayda mənə qovulmuş şeytandan pənah ver,
وَهَمْزِهِ وَلَمْزِهِ وَنُفْثِهِ وَنُفْخِهِ
onun eyib axtarmaq və dalda danışmağından, üfürmək və nüfuz etməyindən,
وَوَسْوَسَتِهِ وَتَثْبِيْطِهِ وَبَطْشِهِ وَكَيْدِهِ
vəsvəsə etmək və çəkindirməyindən, zülm, hiylə və məkrindən,
وَمَكْرِهِ وَحَبَآئِلِهِ وَخُدَعِهِ وَاَمَانِيِّهِ
tələlərindən və aldatmağından, arzularından,
وَغُرُوْرِهِ وَفِتْنَتِهِ وَشَرَكِهِ وَاَحْزَابِهِ
qəflətə salmağından, fitnə və tələlərindən, dəstə və ardıcıllarından,
وَاَتْبَاعِهِ واَشْيَاعِهِ وَاَوْلِيَآئِهِ وَشُرَكَآئِهِ
dostlarından, yavərlərindən və onunla əlbir olanlardan,
وَجَمِيْعِ مَكَآئِدِهِ،
bütün məkrlərindən mənə pənah ver.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
وَارْزُقْنَا قِيَامَهُ وَصِيَامَهُ
və ruzi et bizə onun gecə ibadətini və orucunu,
وَبُلُوْغَ الْاَمَلِ فِيْهِ وَفِيْ قِيَامِهِ،
bu ayda və onun gecə ibadətində arzuya çatmağı,
وَاسْتِكْمَالَ مَا يُرْضِيْكَ عَنِّيْ
Səni məndən razı salan şeylərin kamilləşməsini,
صَبْرًا وَاحْتِسَابًا وَاِيْمَانًا وَيَقيْنًا،
səbir, razılıq, imanı və yəqinimi,
ثُمَّ تَقَبَّلْ ذٰلِكَ مِنِّيْ بِالْاَضْعَافِ الْكَثِيْرَةِ،
sonra bunları neçə bərabər və böyük savabla məndən qəbul et,
وَالْاَجْرِ الْعَظيْمِ
böyük savabla
يَا رَبَّ الْعَالَمِيْنَ،
ey aləmlərin Rəbbi.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَارْزُقْنِي الْحَجَّ وَالْعُمْرَةَ
ruzi et mənə həcc və ümrəni,
وَالْجَدَّ وَالْاِجْتِهَادَ
çalışmağı, səy göstərməyi,
وَالْقُوَّةَ وَالنَّشَاطَ
qüvvəni və həvəsi,
وَالْاِنَابَةَ والتَّوْبَةَ
günahdan qayıdışı və tövbəni,
وَلِلتَّوْفِيْقِ وَالْقُرْبَةَ
müvəffəqiyyəti, yaxın olmağı,
وَالْخَيْرَ الْمَقْبُوْلَ وَالرَّغْبَةَ وَالرَّهْبَةَ
yaxşı əməllərin qəbul olunmasını, rəğbəti, qorxunu,
وَالتَّضَرُّعَ وَالْخُشُوْعَ
yalvarışı və boyun əyməyi,
وَالرِّقَّةَ وَالنِّيَّةَ الصَّادِقَهَ،
mehribanlığı, dürüst niyyəti,
وَصِدْقَ اللِّسَانِ،
doğru danışığı,
وَالْوَجَلَ مِنْكَ،
Səndən qorxmağı,
وَالرَّجَاۤءَ لَكَ،
Sənə ümid bəsləməyi,
وَالتَّوَكُّلَ عَلَيْكَ،
Sənə təvəkkül etməyi,
وَالثِّقَةَ بِكَ،
Sənə etimad etməyi,
وَالْوَرَعَ عَنْ مَحَارِمِكَ،
haramlardan çəkinməyi:
مَعَ صَالِحِ الْقَوْلِ،
layiqli danışıq,
وَمَقْبُوْلِ السَّعْيِ،
qəbul olunmuş səy və zəhmət,
وَمَرْفُوْعِ الْعَمَلِ،
ucalan əməl,
وَمُسْتَجَابِ الدَّعْوَةِ،
qəbul olunmuş dua ilə yanaşı;
وَلَا تَحُلْ بَيْنِي وَبَيْنَ شَيْءٍ مِنْ ذٰلِكَ
mənimlə bütün bunlar arasında ayrılıq salma,
بِعَرَضٍ وَلَا مَرَضٍ
bir hadisə, xəstəlik,
وَلَا هَمٍّ وَلَا غَمٍّ
qəm, qüssə,
وَلَا سُقْمٍ وَلَا غَفْلَةٍ وَلَانِسْيَانٍ،
naxoşluq, qəflət və unutqanlıq ilə;
بَلْ بِالتَّعَاهُدِ وَالتَّحَفُّظِ لَكَ وَفِيْكَ،
əksinə, Səninlə əhd-peyman bağlamağı, Sənin üçün və Sənin yolunda özümü qorumağı,
وَالرِّعَايَةِ لِحَقِّكَ، وَالْوَفَاۤءِ بِعَهْدِكَ وَوَعْدِكَ
Sənin haqqına riayət etməyi, Sənin əhd-peymanına və vədənə vəfalı olmağı,
بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ،
Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاقْسِمْ لِي فِيْهِ اَفْضَلَ مَا تَقْسِمُهُ لِعِبَادِكَ الصَّالِحِيْنَ،
bu ayda saleh bəndələrin üçün ayırdığın qismətlərin ən üstününü mənim üçün ayır,
وَاَعْطِنِيْ فِيْهِ اَفْضَلَ مَا تُعْطِيْ اَوْلِيَاۤءَكَ الْمُقَرَّبِيْنَ،
bu ayda müqərrəb dostlarına verdiyin ən üstün şeyi mənə əta et,
مِنَ الرَّحْمَةِ وَالْمَغْفِرَةِ وَالتَّحَنُّنِ وَالْاِجَابَةِ
rəhmət, məğfirət, mehribanlıq, duanın qəbulu,
وَالْعَفْوِ وَالْمَغْفِرَةِ الدَّآئِمَةِ، وَالْعَافِيَةِ وَالْمُعَافَاةِ،
əfv, daimi məğfirət, salamatlıq və bağışlanmadan,
وَالْعِتْقِ مِنَ النَّارِ، وَالْفَوْزِ بِالْجَنَّةِ،
oddan azad olmaq və Cənnətə çatmaqdan,
وَخَيْرِ الدُّنْيَا وَالْاٰخِرَةِ،
və dünya və axirət xeyrindən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاجْعَلْ دُعَاۤئِيْ فِيْهِ اِلَيْكَ وَاصِلًا،
bu ayda duamı Sənin dərgahına çatmış,
وَرَحْمَتَكَ وَخَيْرَكَ اِلَىَّ فِيْهِ نَازِلًا،
Sənin rəhmət və xeyrini mənə nazil olmuş,
وَعَمَلِيْ فِيْهِ مَقْبُوْلًا،
əməlimi qəbul olunmuş,
وَسَعْيِيْ فِيْهِ مَشْكُوْرًا،
səyimi qiymətləndirilmiş,
وَذَنْبِيْ فِيْهِ مَغْفُوْرًا،
günahımı bağışlanmış qərar ver;
حَتّٰى يَكُوْنَ نَصِيْبِيْ فِيْهِ الِاَكْثَرَ،
ta bu ayda mənim qismətim daha çox
وَحَظِّيْ فِيْهِ الْاَوْفَرَ،
və bəhrəm daha bol olsun.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَوَفِّقْنِيْ فِيْهِ لِلَيْلَةِ الْقَدْرِ
bu ayda məni Qədr gecəsini yaşamağa müvəffəq et,
عَلٰى اَفْضَلِ حَالٍ تُحِبُّ اَنْ يَكُوْنَ عَلَيْهَا اَحَدٌ مِنْ اَوْلِيَآئِكَ، وَاَرْضَاهَا لَكَ،
ən üstün tərzdə ki, övliyalarından hər biri üçün bunu bəyənirsən və bu Səni razı edir;
ثُمَّ اجْعَلْهَا لِيْ خَيْرًا مِنْ اَلْفِ شَهْرٍ،
sonra o gecəni mənim üçün min aydan üstün et;
وَارْزُقْنِيْ فِيْهَا اَفْضَلَ مَا رَزَقْتَ اَحَدًا مِمَّنْ بَلَّغْتَهُ اِيَّاهَا وَاَكْرَمْتَهُ بِهَا،
bu gecəyə çatdırdığın və bu gecə ilə girami etdiyin kəslərə ruzi etdiyinin ən üstününü bu gecədə mənə ruzi et;
وَاجْعَلْنِيْ فِيْهَا مِنْ عُتَقَآئِكَ مِنْ جَهَنَّمَ،
bu gecədə məni Cəhənnəmdən azad olanlardan,
وطُلَقَآئِكَ مِنَ النَّارِ،
oddan xilas olanlardan,
وَسُعَدَاۤءِ خَلْقِكَ بِمَغْفِرَتِكَ وَرِضْوَانِكَ
Öz məğfirətin və razılığınla məxluqatının xoşbəxtlərindən qərar ver,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
ey rəhimlilərin ən rəhimlisi.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَارْزُقْنَا فِيْ شَهْرِنَا هٰذَا الْجِدَّ وَالْاِجْتِهَادَ،
bu ayda bizə çalışmağı və səy göstərməyi,
وَالْقُوَّةَ وَالنَّشَاطَ،
qüvvə və həvəsi,
وَمَا تُحِبُّ وَتَرْضٰى،
sevdiyin və razı qaldığın hər şeyi ruzi et.
اَللّٰهُمَّ رَبَّ الْفَجْرِ وَلَيَالٍ عَشْرٍ، وَالشَّفْعِ وَالْوَتْرِ،
Ey Allahım, ey şəfəqin və on gecənin, cüt və təkin Rəbbi;
وَرَبَّ شَهْرِ رَمَضَانَ، وَمَا اَنْزَلْتَ فِيْهِ مِنَ الْقُرْاٰنِ،
ey ramazan ayının və bu ayda Qurandan nazil etdiyinin Rəbbi;
وَرَبَّ جَبْرَئِيْلَ وَمِيْكَاۤئِيْلَ واِسْرَافِيْلَ وَعِزْرَاۤئِيْلَ
ey Cəbrailin, Mikailin, İsrafilin, Əzrailin
وَجَمِيْعِ الْمَلَآئِكَةِ الْمُقَرَّبِيْنَ،
və bütün müqərrəb mələklərin Rəbbi;
وَرَبَّ اِبْرَاهِيْمَ وَاِسْمَاعِيْلَ
ey İbrahimin və İsmailin,
وَاِسْحَاقَ وَيَعْقُوْبَ،
İshaqın və Yəqubun Rəbbi;
وَرَبَّ مُوسٰى وَعِيْسٰی
ey Musanın və İsanın,
وَجَمِيْعِ النَّبِيِّيْنَ وَالْمُرْسَلِيْنَ،
bütün peyğəmbərlərin və elçilərin Rəbbi;
وَرَبَّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
ey peyğəmbərlərin sonuncusu Məhəmmədin Rəbbi,
صَلَوَاتُكَ عَلَيْهِ وَعَلَيْهِمْ اَجْمَعِيْنَ،
Sənin salamın olsun ona və onların hamısına;
وَاَسْاَلُكَ بِحَقِّكَ عَلَيْهِمْ وَبِحَقِّهِمْ عَلَيْكَ،
Sənin onların üzərində və onların Sənin üzərində olan haqqına xatir,
وَبِحَقِّكَ الْعَظِيْمِ لَمَّا صَلَّيْتَ عَلَيْهِ وَاٰلِهِ وَعَلَيْهِمْ اَجْمَعِيْنَ،
Sənin böyük haqqına xatir Səndən isətiyirəm ki, ona və onun xanidanına, onların hamısına salam göndərəsən,
وَنَظَرْتَ اِلَيَّ نَظْرَةً رَحِيْمَةً
mənə mərhəmətlə nəzər qıldığın zaman
تَرْضٰى بِهَا عَنِّي رِضىً لَا سَخَطَ عَلَيَّ بَعْدَهُ اَبَدًا،
onun vasitəsilə məndən razı qalasan; elə bir razılıq ki, ondan sonra əsla mənə qəzəb etməyəsən;
وَاَعْطَيْتَنِيْ جَمِيْعَ سُؤْلِيْ وَرَغْبَتِيْ وَاُمْنِيَّتِيْ وَاِرَادَتِيْ،
bütün isətklərimi, rəğbətimi, arzu və diləyimi mənə əta edəsən;
وَصَرَفْتَ عَنِّي مَا اَكْرَهُ وَاَحْذَرُ
xoşlamadığım və yan gəzdiyim,
وَاَخَافُ عَلٰى نَفْسِيْ وَمَا لَا اَخَافُ،
özüm üçün qorxduğum və qorxmadığım hər şeyi uzaq edəsən,
وَعَنْ اَهْلِيْ وَمَالِيْ وَاِخْوَانِيْ وَذُرِّيَّتِيْ،
ailəmdən, mal-mülkümdən, qardaşlarımdan və nəslimdən.
اَللّٰهُمَّ اِلَيْكَ فَرَرْنَا مِنْ ذُنُوْبِنَا فَـاٰوِنَا تَآئِبِيْنَ
Ey Allahım, günahlarımdan Sənin dərgahına fərar etmişəm, elə isə, biz tövbə edənlərə pənah ver,
وَتُبْ عَلَيْنَا مُسْتَغْفِرِيْنَ،
biz bağışlanma diləyənlərin tövbəsini qəbul et,
وَاغْفِرْ لَنَا مُتَعَوِّذِيْنَ،
biz pənah gətirənləri bağışla,
وَاَعِذْنَا مُسْتَجِيْرِيْنَ،
və biz pənah axtaranlara pənah ver,
وَاَجِرْنَا مُسْتَسْلِمِيْنَ،
biz tabe olanlara nicat ver,
وَلَا تَخْذُلْنَا رَاهِبِيْنَ،
biz qorxmuşları xar etmə,
واٰمِنَّا رَاغِبِيْنَ،
biz rəğbətlilərə aman ver,
وَشَفِّعْنَا سَاۤئِلِيْنَ،
biz möhtaclara şəfaət et,
وَاَعْطِنَا اِنَّكَ سَمِيْعُ الدُّعَاۤءِ قَرِيْبٌ مُجِيْبٌ،
bizə əta et, çünki Sən duaları eşidənsən, yaxın və qəbul edənsən.
اَللّٰهُمَّ اَنْتَ رَبِّيْ وَاَنَا عَبْدُكَ
Ey Allahım, Sən mənim Rəbbimsən və mən Sənin bəndənəm,
وَاَحَقُّ مَنْ سَاَلَ الْعَبْدُ رَبَّهُ
bəndənin dilək diləyəcəyi ən layiqli kimsə onun Rəbbidir,
وَلَمْ يَسْاَلِ الْعِبَادُ مِثْلَكَ كَرَمًا وَجُوْدًا،
bəndələr kərəm və səxavətdə Sənə bənzər bir kimsədən dilək diləməmişlər.
يَا مَوْضِعَ شَكْوٰيَ السَّاۤئِلِيْنَ،
Ey möhtacların şikayət yeri,
وَيَا مُنْتَهٰى حَاجَةِ الرَّاغِبِيْنَ،
ey rəğbətlilərin ehtiyacının nəhayəti,
وَيَا غِيَاثَ الْمُسْتَغِيْثِيْنَ،
ey çarəsizlərin köməyinə çatan,
وَيَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ،
ey dara düşənlərin səsinə cavab verən,
وَيَا مَلْجَاَ الْهَارِبِيْنَ،
ey qorxmuşların pənah yeri,
وَيَا صَرِيْخَ الْمُسْتَصْرِخِيْنَ،
ey dada çağıranların dadına çatan,
وَيَا رَبَّ الْمُسْتَضْعَفِيْنَ،
ey müstəzəflərin Rəbbi,
وَيَا كَاشِفَ كَرْبِ الْمَكْرُوْبِيْنَ،
ey giriftarların giriftarlığını aradan qaldıran,
وَيَا فَارِجَ هَمِّ الْمَهْمُوْمِيْنَ،
ey qəmlilərin qəmini aradan aparan,
وَيَا كَاشِفَ الْكَرْبِ الْعَظِيْمِ
ey böyük giriftarlığı aradan qaldıran,
يَا اَللهُ يَا رَحْمٰنُ يَا رَحِيْمُ
ey Allah, ey Rəhman, ey Rəhim,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
ey rəhimlilərin ən rəhimlisi!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاغْفِرْ لِيْ ذُنُوْبِيْ وَعُيُوْبِيْ
mənim günahlarımı, eyiblərimi bağışla,
وَاِسَاۤءَتِيْ وَظُلْمِيْ وَجُرْمِيْ
pis əməllərimi, zülmlərimi, cinayətlərimi,
وَاِسْرَافِيْ عَلٰى نَفْسِيْ،
özümə qarşı təcavüzkarlığımı,
وَارْزُقْنِيْ مِنْ فَضْلِكَ وَرَحْمَتِكَ
Öz fəzl və rəhmətindən mənə ruzi ver,
فَاِنَّهُ لَا يَمْلِكُهَا غَيْرُكَ،
çünki Səndən qeyri kimsə buna malik deyil;
وَاعْفُ عَنّي
məni əfv et,
وَاغْفِرْ لِيْ كُلَّ مَا سَلَفَ مِنْ ذُنُوْبِيْ،
mənim keçmiş günahlarımı bağışla,
وَاعْصِمْنِيْ فِيْـمَا بَقِيَ مِنْ عُمْرِيْ،
ömrümün qalan hissəsində məni qoru;
وَاسْتُرْ عَلَيَّ وَعَلٰى وَالِدَيَّ
məni, ata-anamı qoru,
وَوَلَدِيْ وَقَرَابَتِيْ وَاَهْلِ حُزَانَتِيْ
övladlarımı, qohumlarımı, ailəmi,
وَمَنْ كَانَ مِنِّي بِسَبِيْلِ مِنَ الْمُؤْمِنِيْنَ وَالْمُؤْمِنَاتِ فِيْ الدُّنْيَا وَالْاٰخِرَةِ
dünya və axirətdə mənimlə eyni yolda olan mömin və möminələri;
فَاِنَّ ذٰلِكَ كُلَّهُ بِيَدِكَ
çünki bunların hamısı Sənin əlindədir
وَاَنْتَ وَاسِعُ الْمَغْفِرَةِ،
və Sənin məğfirətin genişdir.
فَلَا تُخَيِّبْنِيْ يَا سَيِّدِيْ،
Ey Ağam, məni naümid etmə,
وَلَا تَرُدَّ دُعَاۤئِيْ وَلَا يَدِيْ اِلٰى نَحْرِيْ
mənim duamı geri qaytarma və əlimi sinəmə qaytarma,
حَتّٰى تَفْعَلَ ذٰلِكَ بِيْ، وَتَسْتَجِيْبَ لِيْ جَمِيْعَ مَا سَاَلْتُكَ،
ta bunları mənim üçün yerinə yetir və istəklərimi həyata keçir,
وَتَزِيْدَنِيْ مِنْ فَضْلِكَ
Öz fəzlini mənim üçün artır,
فَاِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ،
çünki Sən hər şeyə qadirsən
وَنَحْنُ اِلَيْكَ رَاغِبُوْنَ،
və biz Sənə rəğbət bəsləyirik.
اَللّٰهُمَّ لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
Ey Allahım, gözəl adlar Sənə məxsusdur,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca örnəklər,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
əzəmət və nemətlər,
اَسْاَلُكَ بِاسْمِكَ
Səndən adına xatir istəyirəm,
بِسْمِ اللهِ الرَّحْمٰـنِ الرَّحِيْمِ
"Rəhman və Rəhim Allahın adı ilə",
اِنْ كُنْتَ قَضَيْتَ فِيْ هٰذِهِ اللَّيْلَةِ
əgər bu gecədə müqəddər etmisənsə
تَنَزُّلَ الْمَلَآئِكَةِ وَالرُّوْحِ فِيْهَا
mələklərin və Ruhun nazil olmasını,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ السُّعَدَاۤءِ،
adımı səadətlilərin arasında qərar ver,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə,
وَاِحْسَانِيْ فِيْ عِلِّيِّيْنَ،
ehsanımı uca məkanda,
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً
və günahımı bağışlanmış;
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
mənə elə bir yəqin bəxş et ki, daim qəlbimlə birgə olsun,
وَاِيْمَانًا لَا يَشُوْبُهُ شَكٌّ،
və elə bir iman bəxş et ki, şəkk-şübhə ona qarışmasın,
وَرِضىً بِمَا قَسَمْتَ لِيْ،
mənə qismət etdiyinə razı olmağı mənə bəxş et;
وَاٰتِنِيْ فِيْ الدُّنْيَا حَسَنَةً وَفِى الآخِرَۃِ حَسَنَةً
dünya və axirətdə mənə gözəl nemətlər ver,
وَقِنىٰ عَذَابَ النَّارِ،
məni odun əzabından qoru.
وَاِنْ لَمْ تَكُنْ قَضَيْتَ فِيْ هٰذِهِ اللَّيْلَةِ
Əgər bu gecədə müqəddər etməmisənsə
تَنَزُّلَ الْمَلَآئِكَةِ وَالرُّوْحِ فِيْهَا
mələklərin və Ruhun nazil olmasını,
فَاَخِّرْنِيْ اِلٰى ذٰلِكَ،
onda məni o vaxtadək qoruyub saxla,
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ
o gecədə Öz zikrini, şükrünü mənə ruzi et,
وَطَاعَتَكَ وَحُسْنَ عِبَادَتِكَ
itaətini və gözəl ibadətini.
وصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
بِاَفْضَلِ صَلَوَاتِكَ يَآ اَرْحَمَ الرَّاحِميْنَ
ən üstün salamlarını, ey rəhimlilərin ən rəhimlisi,
يَا اَحَدُ يَا صَمَدُ،
ey tək, ey ehtiyacsız,
يَا رَبَّ مُحَمَّدٍ،
ey Məhəmmədin Rəbbi,
اغْضَبِ الْيَوْمَ لِمُحَمَّدٍ وَلِاَبْرَارِ عِتْرَتِهِ
bu gündə Məhəmmədi və onun xanidanından olan yaxşı əməl sahiblərini himayə et,
وَاقْتُلْ اَعْدَاۤءَهُمْ بَدَدًا،
onların bütün düşmənlərini məhv et,
وَاَحْصِهِمْ عَدَدًا،
və onları bir-bir say,
وَلَا تَدَعْ عَلٰى ظَهْرِ الْاَرْضِ مِنْهُمْ اَحَدًا،
onların heç birini yer üzündə saxlama,
وَلَا تَغْفِرْ لَهُمْ اَبَدًا،
onları əsla bağışlama.
يَا حَسَنَ الصُّحْبَةِ
Ey gözəl həmdəm,
يَا خَلِيْفَةَ النَّبِيِّيْنَ
ey peyğəmbərlərin xəlifəsi!
اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
Sən rəhimlilərin ən rəhimlisisən,
الْبَدِيءُ الْبَدِيْعُ
başlayan və yaradansan,
الَّذِيْ لَيْسَ كَمِثْلِكَ شَيْءٌ،
Sənin bənzərin yoxdur,
وَالدَّآئِمُ غَيْرُ الْغَافِلِ،
qafil olmayan əbədisən,
وَالْحَيُّ الَّذِيْ لَا يَمُوْتُ،
ölməyən dirisən;
اَنْتَ كُلِّ يَوْمٍ فِيْ شَاْنٍ،
Sən hər gün bir işdəsən;
اَنْتَ خَلِيْفَةُ مُحَمَّدٍ،
Sən Məhəmmədin xəlifəsisən,
وَنَاصِرُ مُحَمَّدٍ،
Məhəmmədin yavərisən,
وَمُفَضِّلُ مُحَمَّدٍ،
Məhəmmədi üstün edənsən;
اَسْاَلُكَ اَنْ تَنْصُرَ وَصِيَّ مُحَمَّدٍ، وَخَلِيْفَةَ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədin canişininə və xəlifəsinə kömək edəsən,
وَالْقَآئِمَ بِالْقِسْطِ مِنْ اَوْصِيَاۤءِمُحَمَّدٍ
Məhəmmədin canişinlərindən olan ədalətlə qiyam edənə,
صَلَوَاتُكَ عَلَيْهِ وَعَلَيْهِمْ،
Sənin salamın olsun ona və onlara,
اِعْطِفْ عَلَيْهِمْ نَصْرَكَ
köməyini onlara yönəlt.
يَا لَا اِلـٰهَ اِلَّا اَنْتَ،
Ey o kəs ki, Səndən qeyri ilah yoxdur,
بِحَقِّ لَآ اِلـٰهَ اِلَّا اَنْتَ،
"Səndən qeyri ilah yoxdur" kəlməsinə xatir,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاجْعَلْنِيْ مَعَهُمْ فِي الدُّنْيَا وَالْاٰخِرَةِ،
dünya və axirətdə məni onlarla birlikdə et,
وَاجْعَلْ عَاقِبَةَ اَمْرِيْ اِلٰى غُفْرَانِكَ وَرَحْمَتِكَ
aqibətimi Sənin tərəfindən olan bağışlanma və rəhmət qərar ver,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
ey rəhimlilərin ən rəhimlisi.
وَكَذٰلِكَ نَسَبْتَ نَفْسَكَ يَا سَيِّدِيْ بِاللَّطِيْفِ،
Ey Ağam, Sən lütfkarlığı Özünə beləcə nisbət vermisən;
بَلٰى اِنَّكَ لَطِيْفٌ،
bəli, Sən həqiqətən lütfkarsan;
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
elə isə, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər
وَالْطُفْ لِمَا تَشَاۤءُ،
və istədiyin xüsusda mənə lütf et.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَارْزُقْنِى الْحَجَّ وَالْعُمْرَةَ فِيْ عَامِنَا هٰذَا،
həcc və ümrəni bu il mənə ruzi et,
وَتَطَوَّلْ عَلَيَّ بِجَمِيْعِ حَوَآئِجِيْ لِلْآخِرَةِ وَالدُّنْيَا
bütün axirət və dünya istəklərimi həyata keçirməklə mənə minnət qoy.
Sonra üç dəfə de:
اَسْتَغْفِرُ اللهَ رَبِّي وَاَتُوْبُ اِلَيْهِ
Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm,
اِنَّ رَبِّي قَرِيْبٌ مُجِيْبٌ،
həqiqətən mənim Rəbbim yaxındır və icabət edəndir.
اَسْتَغْفِرُ اللهَ رَبِّي وَاَتُوْبُ اِلَيْهِ
Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm,
اِنَّ رَبِّيْ رَحِيْمٌ وَدُوْدٌ،
həqiqətən mənim Rəbbim rəhimli və mehribandır.
اَسْتَغْفِرُ اللهَ رَبِّي وَاَتُوْبُ اِلَيْهِ
Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm,
اِنَّهُ كَانَ غَفَّارًا
həqiqətən O, çox bağışlayandır.
اَللّٰهُمَّ اغْفِرْ لِيْ
Ey Allahım, məni bağışla,
اِنَّكَ اَرْحَمُ الرَّاحِمِيْنَ،
həqiqətən Sən rəhimlilərin ən rəhimlisisən.
رَبِّ اِنّي عَمِلْتُ سُوٓءًا وَظَلَمْتُ نَفْسِيْ
Ey Rəbbim, mən pis iş görmüş və özümə zülm etmişəm,
فَاغْفِرْ لِيْ اِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ اِلَّا اَنْتَ،
elə isə, məni bağışla, həqiqətən Səndən qeyri kimsə günahları bağışlamır.
اَسْتَغْفِرُ اللهَ الَّذِيْ لَا اِلـٰهَ اِلَّا هُوَ
O Allahdan bağışlanma diləyirəm ki, Ondan qeyri Məbud yoxdur;
الْحَيُّ الْقَيُّوْمُ الْحَلِيْمُ الْعَظِيْمُ
O diri, əbədi, səbirli və əzəmətlidir,
الْكَرِيْمُ الْغَفَّارُ للِذَّنْبِ الْعَظِيْمِ
kərimdir, böyük günahları bağışlayandır,
وَاَتُوْبُ اِلَيْهِ،
mən Ona tövbə edirəm.
اَسْتَغْفِرُ اللهَ
Allahdan bağışlanma diləyirəm,
اِنَّ اللهَ كَانَ غَفُورًا رَحِيْمًا
həqiqətən Allah bağışlayan və mehribandır.
Daha sonra bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
Qədr gecəsində hökm verdiyin və müqəddər etdiyində,
مِنَ الْاَمْرِ الْعَظِيْمِ الْمَحْتُومِ فِيْ لَيْلَةِ الْقَدْرِ
böyük qəti əmrlərdən,
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ،
o qəza ki geri götürülmür və dəyişilmir,
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ،
məni Öz evinin hacılarından qərar verəsən:
الْمَبْرُوْرِ حَجُّهُمْ،
o hacılar ki, həccləri qəbul olunmuş,
الْمَشْكُوْرِ سَعْيُهُمْ،
səyləri qiymətləndirilmiş,
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
günahları bağışlanmış
الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ،
və pis əməllərinin üstü örtülmüşdür.
وَاَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ اَنْ تُطِيْلَ عُمْرِيْ
hökm verdiyin və müqəddər etdiyində ömrümü uzun edəsən,
وَتُوَسِّعَ رِزْقِيْ،
ruzimi bol edəsən,
وَتُؤَدِّيْ عَنِّيْ اَمَانَتِيْ وَدَيْنِيْ،
əmanətimi və borcumu ödəyəsən;
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ،
duamı qəbul et, ey aləmlərin Rəbbi.
اَللّٰهُمَّ اجْعَلْ لِيْ مِنْ اَمْرِيْ فَرَجًا وَمَخْرَجًا،
Ey Allahım, işimdə bir yol açıqlığı və həll yolu qərar ver,
وَارْزُقْنِيْ مِنْ حَيْثُ اَحْتَسِبُ وَمِنْ حَيْثُ لَا اَحْتَسِبُ،
güman etdiyim və güman etmədiyim yerdən mənə ruzi ver,
وَاحْرُسْنِيْ مِنْ حَيْثُ اَحْتَرِسُ وَمِنْ حَيْثُ لَا اَحْتَرِسُ
qoruduğum və qorumadığım yerdən məni qoru,
وَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ وَسَلِّمْ كَثيرًا۔
Məhəmmədə və Ali-Məhəmmədə saysız salam göndər.