Mənim və sənin Rəbbin aləmlərin Rəbbi olan Allahdır.
اَللّٰهُمَّ اَهِلَّهُ عَلَيْنَا بِالْاَمْنِ وَالْاِيْمَانِ،
Ey Allahım, bu ayı bizim üçün əmin-amanlıq və imanla,
وَالسَّلَامَةِ وَالْاِسْلَامِ،
salamatlıq və İslamla,
وَالْمُسَارَعَةِ اِلٰى مَا تُحِبُّ وَتَرْضٰى،
Sənin sevdiyin və razı qaldığın işlərə tələsməklə birgə et.
اَللّٰهُمَّ بَارِكْ لَنَا فِيْ شَهْرِنَا هٰذَا،
Ey Allahım, bu ayda bizə bərəkət ver,
وَارْزُقْنَا خَيْرَهُ وَعَوْنَهُ،
onun xeyrini və köməyini bizə ruzi et,
وَاصْرِفْ عَنَّا ضُرَّهُ وَشَرَّهُ وَبَلَاۤءَهُ وَفِتْنَتَهُ۔
onun ziyanını, şərini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır.
Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) ramazan ayının hilalını gördükdə üzünü qibləyə tərəf tutub buyurardı:
اَللّٰهُمَّ اَهِلَّهُ عَلَيْنَا بِالْاَمْنِ وَالْاِيْمَانِ،
Ey Allahım, bu ayı bizim üçün əmin-amanlıq və imanla,
وَالسَّلَامَةِ وَالْاِسْلَامِ،
salamatlıq və İslamla,
وَالْعَافِيَةِ الْمُجَلَّلَةِ وَدِفَاعِ الْاَسْقَامِ،
kamil sağlamlıq və xəstəliklərdən uzaq olmaqla, geniş ruzi ilə,
وَالْعَوْنِ عَلَى الصَّلَاةِ وَالصِّيَامِ وَالْقِيَامِ
namaz, oruc, gecə ibadəti
وَتِلَاوَةِ الْقُرَاٰنِ،
və Quran tilavətinə köməklə birgə et.
اَللّٰهُمَّ سَلَّمْنَا لِشَهْرِ رَمَضَانَ
Ey Allahım, bizi ramazan ayı üçün salamat et
وَتَسَلِّمْهُ مِنَّا،
və onu bizdən salamat geri təhvil al,
وَسَلِّمْنَا فِيْهِ
bizi bu ayda salamat et,
حَتّٰى يَنْقَضِيَ عَنَّا شَهْرُ رَمَضَانَ
ta ramazan ayı bizdən ötüb keçsin
وَقَدْ عَفَوْتَ عَنَّا وَغَفَرْتَ لَنَا وَرَحِمْتَنَا۔
və Sən də bizi əfv edəsən, bağışlayasan və bizə rəhm edəsən.
İmam Sadiq (ə) buyurur ki, ramazan ayının hilalını gördükdə de:
اَللّٰهُمَّ قَدْ حَضَرَ شَهْرُ رَمَضَانَ،
Ey Allahım, ramazan ayı artıq gəlib çatdı,
وَقَدِ افْتَرَضْتَ عَلَيْنَا صِيَامَهُ،
onun orucunu bizə vacib etmisən,
وَاَنْزَلْتَ فِيْهِ الْقُرَاٰنَ
Quranı bu ayda nazil etmisən,
هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
insanları hidayət edən, hidayət dəlillərini özündə ehtiva edən və haqqı batildən ayıran.
اَللّٰهُمَّ اَعِنَّا عَلٰى صِيَامِهِ
Ey Allahım, onun orucunu tutmaqda bizə kömək et,
وَتَقَبَّلْهُ مِنَّا،
onu bizdən qəbul et,
وَسَلِّمْنَا فِيْهِ،
bu ayda bizi salamat et,
وَسَلِّمْنَا مِنْهُ
bizi ondan salamat et,
وَسَلِّمْهُ لَنَا فِيْ يُسْرٍ مِنَكَ وَعَافِيَة
Öz tərəfindən asanlıq və salamatlıqla onu bizim üçün salamat et,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ،
həqiqətən Sən hər şeyə qadirsən,
يَا رَحْمٰنُ يَا رَحِيْمُ۔
ey Rəhman, ey Rəhim.