⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANIN İYİRMİ DÖRDÜNCÜ GECƏSİNİN DUASI
يَا فَالِقَ الْاَصْبَاحِ،
Ey dan yerini sökən,
وَجَاعِلَ اللَّيْلِ سَكَنًا،
ey gecəni istirahət üçün qərar verən,
وَالشَّمْسِ وَالْقَمَرِ حُسْبَانًا،
ey günəşi və ayı hesablama üçün vasitə qərar verən!
يَا عَزِيْزُ يَا عَلِيْمُ،
Ey izzətli, ey elmli!
يَا ذَا الْمَنِّ وَالطَّوْلِ،
Ey nemət və bəxşiş,
وَالْقُوَّةِ وَالْحَوْلِ،
qüvvət və hərəkət,
وَالْفَضْلِ والْاِنْعَامِ،
fəzl və nemət,
وَالْجَلَالِ وَالْاِكْرَامِ،
cəlalət və ikram sahibi!
يَا اَللهُ يَا رَحْمٰنُ،
Ey Allah, ey Rəhman!
يَا اَللهُ يَا فَرْدُ يَا وِتْرُ،
Ey Allah, ey tək, ey yeganə!
يَا اَللهُ يَا ظَاهِرُ يَا بَاطِنُ،
Ey Allah, ey aşkar, ey gizlin!
يَا حَيُّ لَا اِلٰهَ اِلَّا اَنْتَ،
Ey diri, ey o kəs ki, Səndən qeyri ilah yoxdur!
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
Sənə məxsusdur gözəl adlar,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca misallar,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
böyüklük və nemətlər!
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə edəsən,
وَاِحْسَانِيْ فِيْ عِلِّيّيْنَ،
yaxşı əməllərimi cənnətin uca dərəcələrində qərar verəsən,
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
günahlarımı bağışlayasan;
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun,
وَاِيْمَانًا يَذْهَبُ بِالشَّكِّ عَنِّيْ،
və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın;
وَرِضًى بِمَا قَسَمْتَ لِيْ،
mənə elə bir razılıq əta edəsən ki, qismətimə razı olum;
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
dünyada mənə gözəl nemət ver,
وَفِي الْاٰخِرَةِ حَسَنَهً،
və axirətdə gözəl nemət ver,
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
məni yanar odun əzabından qoru;
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ،
bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti mənə ruzi et,
وَالْاِنَابَةَ وَالتَّوْبَۃَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔
qayıdışı və tövbəni, mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi Sənin salamın olsun ona və onlara bu işlərə müvəffəq etmisən.