⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANIN İYİRMİ BEŞİNCİ GECƏSİNİN DUASI
يَا جَاعِلَ اللَّيْلِ لِبَاسًا،
Ey gecəni örtük,
وَالنَّهَارِ مَعَاشًا،
gündüzü dolanışıq,
وَالْاَرْضِ مِهَادًا،
yeri beşik
وَالْجِبَالِ اَوْتَادًا،
və dağları mıxlar qərar verən!
يَا اَللهُ يَا قَاهِرُ،
Ey Allah, ey qalib olan!
يَا اَللهُ يَا جَبَّارُ،
Ey Allah, ey hakim olan!
يَا اَللهُ يَا سَمِيْعُ،
Ey Allah, ey eşidən!
يَا اَللهُ يَا قَرِيْبُ،
Ey Allah, ey yaxın!
يَا اَللهُ يَا مُجِيْبُ،
Ey Allah, ey cavab verən!
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ،
Ey Allah, ey Allah, ey Allah!
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
Sənə məxsusdur gözəl adlar,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca misallar,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
böyüklük və nemətlər!
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə edəsən,
وَاِحْسَانِيْ فِي عِلِّيِّيْنَ،
yaxşı əməllərimi cənnətin uca dərəcələrində qərar verəsən,
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
günahlarımı bağışlayasan;
وَاَنْ تَهَبَ لِيْ يَقيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun,
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّيْ،
və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın;
وَرِضًى بِمَا قَسَمْتَ لِيْ،
mənə elə bir razılıq əta edəsən ki, qismətimə razı olum;
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
dünyada mənə gözəl nemət ver,
وَفِي الْاٰخِرَةِ حَسَنَةً
və axirətdə gözəl nemət ver,
وَقِنَا عَذابَ النَّارِ الْحَرِيْقِ،
məni yanar odun əzabından qoru;
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ
bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti mənə ruzi et,
وَالْاِنَابَةَ وَالتَّوْبَةَ والتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلَامُ۔
qayıdışı və tövbəni, mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi salam olsun onlara bu işlərə müvəffəq etmisən.