⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
ŞƏVVAL AYININ BİRİNCİ GECƏSİ (1)
Bu gecə çox mübarək gecələrdəndir. Bu gecənin fəziləti və əhəmiyyəti barədə bunu qeyd etmək kifayət edər ki, bəzi hədislərə istinadən, onun fəziləti Qədr gecəsinin fəzilətindən az deyildir. Hədislərdə tövsiyə olunur ki, möminlər bu gecəni əhya saxlayıb ibadət etsinlər. Bu gecədə bir neçə əməl yerinə yetirilir:
1) Günəş qürub etdikdə qüsl etmək.
2) Gecəni məsciddə qalıb namaz qılmaq, dua etmək və bağışlanma diləməklə keçirmək: Rəvayət olunur ki, İmam Əli ibn Hüseyn (ə) belə edərdi.
3) İmam Sadiq (ə) buyurub: "Məğrib, işa, sübh və bayram namazlarından sonra bu zikrləri deyin:
اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
Allahdan qeyri ilah yoxdur.
وَ اللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür,
وَ لِلّٰهِ الْحَمْدُ
həmd-səna Allaha məxsusdur.
اَلْحَمْدُ لِلّٰهِ عَلٰى مَا هَدَانَا
Allah bizi hidayət etdiyinə görə Allaha həmd olsun
وَ لَهُ الشُّكْرُ عَلٰى مَاۤ اَوْلَانَا۔
və bizə bəxş etdiklərinə görə şükür Ona aiddir.
4) İmam Sadiq (ə) buyurub ki, məğrib namazını və onun nafiləsini qıldıqdan sonra əllərini göyə qaldırıb de:
يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ
Ey nemət və fəzl sahibi,
يَا ذَا الْجُوْدِ
ey səxavət və bəxşiş sahibi,
يَا مُصْطَفِيَ مُحَمَّدٍ وَ نَاصِرَهُ
ey Məhəmmədi seçən və ona kömək edən,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اغْفِرْ لِيْ كُلَّ ذَنْبٍ اَحْصَيْتَهُ
saydığın bütün günahlarımı bağışla,
وَ هُوَ عِنْدَكَ فِيْ كِتَابٍ مُبِيْنٍ۔
o günahlar ki, Sənin dərgahında aydın kitabda qeyd olunmuşdur.
Sonra səcdəyə gedib yüz dəfə de:
اَتُوْبُ اِلَى اللهِ
Allaha tövbə edirəm.
Sonra Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər."
Başqa bir rəvayətə görə Şeyx Tusi buyurur ki, məğrib və işa namazlarından sonra səcdəyə get və de:
یَا ذَا الْحَوْلِ
Ey güc sahibi,
یَا ذَا الطَّوْلِ
ey fəzl sahibi,
يَا مُصْطَفِيًا مُحَمَّدً وَ نَاصِرَہُ،
ey Məhəmmədi seçən və ona kömək edən,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاغْفِرْلَیْ کُلَّ ذَنْبٍ اَذْنَبْتُهُ
elədiyim hər günahımı bağışla
وَ نَسِیْتُهُ اَنَا وَهُوَ عِنْدَکَ فِیْ کِتَابٍ مُبِیْنٍ
mənim yaddan çıxartdığım, ancaq Sənin dərgahında aydın kitabda qeyd olunmuş o günahları.
Sonra yüz dəfə de:
اَتُوبُ اِلَى اللهِ
Allaha tövbə edirəm.
5) Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır. ("Zil-Hiccə" bölümündə qeyd etdiyimiz "Fitr və Qurban bayramları İmam Hüseynin (ə) ziyarəti")
6) Bu zikri on dəfə demək (belə ki, bu zikri cümə gecəsində də demək müstəhəbdir):
يَا دَاۤئِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ
Ey fəzl və bəxşişi məxluqata daimi olan,
يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ
ey əlləri bəxşiş verməyə açıq olan,
يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ
ey dəyərli bəxşişlərin sahibi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Məhəmmədə və onun xanidanına salam göndər,
خَيْرِ الْوَرٰى سَجِيَّةً
belə ki, onlar fitrətdə insanların ən üstünüdürlər,
وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلٰى
bizi bağışla ey Uca Allah,
فِي هٰذِهِ الْعَشِيَّةِ۔
bu gecədə.
7) On rəkət namaz qılmaq: bu namazın qaydası ramazan ayının axırıncı gecəsinin əməllərində açıqlandı.