Allahım, mən Məhəmmədin adıyla sənə tərəf üz tutdum...
Bu dua Seyid ibn Tavusdan nəql olunub.
3) Bayram namazından qabaq fitrə zəkatını ayırın: əgər ətrafınızda fitrə zəkatı düşən şəxs varsa, ona verin, əks təqdirdə onu kənara qoyun. Fitrə zəkatı təxminən 3 kq. buğda və ya başqa bir qida məhsulu – yaşadığınız şəhərdə əksər insanların istifadə etdikləri qida məhsulundan – götürülür. Fitrə zəkatı təkidlə buyurulan vacib əməldir və ramazan ayının orucunun qəbul olunması şərtidir. Allah-Təala Quranda da bu zəkatı (bayram) namazından önəmli hesab edərək buyurur:
Heç şübhəsiz, zəkat verən və Rəbbini yad edən, sonra namaz qılan kəs nicat tapdı. (Əla surəsi, 14-15)
4) Qüsl etmək: Şeyx Tusinin qeyd etdiyinə görə sübh azanından qabaq bayram namazını qılanadək bu qüslü etmək olar. Qüsl etməzdən öncə bu duanı oxu:
اَللّٰهُمَّ اِيْمَانًا بِكَ
Ey Allahım, Sənə olan imanıma xatir,
وَ تَصْدِيْقًا بِكِتَابِكَ
Sənin Kitabını təsdiq etdiyimə
وَ اتِّبَاعَ سُنَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
və Peyğəmbərin Məhəmmədin sünnəsinə tabe olduğuma xatir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına!
Sonra "Bismillah" de və qüsl et.
Qüsl etdikdən sonra de:
اَللّٰهُمَّ اجْعَلْهُ كَفَّارَةً لِذُنُوْبِيْ
Ey Allahım, bunu günahlarımın kəffarəsi qərar ver,
وَ طَهِّرْ دِيْنِيْۤ
dinimi pak et.
اَللّٰهُمَّ اَذْهِبْ عَنِّيْ الدَّنَسَ۔
Ey Allahım, murdarlığı məndən uzaq et.
5) Şeyx Tusi qeyd edir ki, bu gün ən gözəl libaslarını geyin, ətirlən və vüqarla bayram namazı qılınan məkana tərəf hərəkət et.
6) Bayram namazından qabaq günün əvvəlində iftar et. Yaxşı olar ki, xurma ilə iftar edəsən. Şeyx Mufid yazır: "Seyiduş-şuhəda İmam Hüseynin (ə) türbətindən bir qədər yemək müstəhəbdir. Bu, hər dərdə şəfadır."
7) Günəş doğduqdan sonra bayram namazı qılmaq üçün müsəllaya (namaz qılmaq üçün məkan) tərəf hərəkət edin (necə ki, Həzrət Rəsulallahdan (s) nəql olunubdur). Məsumların (ə) buyurduqları duaları oxuyun, o cümlədən, İmam Baqir (ə) buyurub: "Fitr və Qurban bayramları günü, cümə günləri namaza getmək üçün hazırlaşarkən bu duanı oxu:
اَللّٰهُمَّ مَنْ تَهَيَّاَ فِيْ هٰذَا الْيَوْمِ
Ey Allahım, əgər bu gün kimsə hazırlanıbsa
اَوْ تَعَبَّاَ اَوْ اَعَدَّ وَ اسْتَعَدَّ
və ya zəhmət çəkib, tədarük görüb və hazırlaşıbsa
لِوِفَادَةٍ اِلٰى مَخْلُوْقٍ
məxluqatdan birinə daxil olmağa,
رَجَاۤءَ رِفْدِهِ وَ نَوَافِلِهِ
onun bəxşiş və ətalarına ümid edərək,
وَ فَوَاضِلِهِ وَ عَطَايَاهُ
və fəzilət və hədiyyələrinə (ümid edərək),
فَاِنَّ اِلَيْكَ يَا سَيِّدِيْ تَهْيِئَتِيْ وَ تَعْبِئَتِيْ
lakin mən, ey Ağam, yalnız Sənə tərəf hazırlanmışam və zəhmət çəkmişəm,
وَ اِعْدَادِيْ وَ اسْتِعْدَادِيْ
tədarüküm və hazırlığım da (Sənə tərəfdir),
رَجَاۤءَ رِفْدِكَ وَ جَوَاۤئِزِكَ
Sənin bəxşişlərinə və mükafatlarına ümid bəsləyərək,
وَ نَوَافِلِكَ وَ فَوَاضِلِكَ
və ətalarına, fəzilətlərinə,
وَ فَضَاۤئِلِكَ وَ عَطَايَاكَ
lütflərinə və hədiyyələrinə (ümid bəsləyərək).
وَ قَدْ غَدَوْتُ اِلٰى عِيْدٍ مِنْ اَعْيَادِ اُمَّةِ نَبِيِّكَ مُحَمَّدٍ
Sənin peyğəmbərin Məhəmmədin ümmətinin bayramlarından birində sübhü açdım,
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ وَ عَلٰىۤ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına!
وَ لَمْ اَفِدْ اِلَيْكَ الْيَوْمَ بِعَمَلٍ صَالِحٍ اَثِقُ بِهِ قَدَّمْتُهُ
Əlbəttə, mən Sənin dərgahına nə güvəndiyim və pişkeş gətirdiyim layiqli bir əmələ ümid bəsləyib daxil olmuşam,
وَ لَا تَوَجَّهْتُ بِمَخْلُوْقٍ اَمَّلْتُهُ
nə də ki, bir məxluqa üz tutmuş və onu arzulamışam.
وَ لٰكِنْ اَتَيْتُكَ خَاضِعًا
Əksinə, təvazökarlıqla dərgahına gəlmişəm,
مُقِرًّا بِذُنُوْبِيْ وَ اِسَاۤءَتِيْ اِلٰى نَفْسِيْ
günahlarımı və özümə qarşı etdiyim pislikləri etiraf edərək.
فَيَا عَظِيْمُ يَا عَظِيْمُ يَا عَظِيْمُ
Ey əzəmətli, ey əzəmətli, ey əzəmətli!
اِغْفِرْ لِيَ الْعَظِيْمَ مِنْ ذُنُوْبِيْ
Böyük günahlarımı bağışla,
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ الْعِظَامَ اِلَّاۤ اَنْتَ
çünki böyük günahları Səndən qeyri kimsə bağışlamır.
يَا لَاۤ اِلٰهَ اِلَّا ۤاَنْتَ
Ey o kəs ki, Səndən qeyri İlah yoxdur,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.