Ey Allahım, Sən əzəli qədim məbudsan
وَ هٰذِهِ سَنَةٌ جَدِيْدَةٌ
və bu il yeni ildir.
فَاَسْاَلُكَ فِيْهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ
Elə isə, bu ildə şeytandan uzaq olmağı,
وَ الْقُوَّةَ عَلٰى هٰذِهِ النَّفْسِ الْاَمَّارَةِ بِالسُّوْۤءِ
pisliklərə çağıran nəfs ilə mübarizə etmək üçün qüvvəli olmağı,
وَ الْاِشْتِغَالَ بِمَا يُقَرِّبُنِيْۤ اِلَيْكَ يَا كَرِيْمُ
məni Sənə yaxın edən işləri yerinə yetirməyi Səndən istəyirəm, ey Kərim.
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey cəlalət və alicənablıq sahibi!
يَا عِمَادَ مَنْ لَا عِمَادَ لَهُ
Ey dayağı olmayan kəsin dayağı,
يَا ذَخِيْرَةَ مَنْ لَا ذَخِيْرَةَ لَهُ
ey azuqəsi olmayan kəsin azuqəsi,
يَا حِرْزَ مَنْ لَا حِرْزَ لَهُ
ey pənahı olmayan kəsin pənahı,
يَا غِيَاثَ مَنْ لَا غِيَاثَ لَهُ
ey köməyi olmayan kəsin köməyi,
يَا سَنَدَ مَنْ لَا سَنَدَ لَهُ
ey güvənən yeri olmayan kəsin güvənəcək yeri,
يَا كَنْزَ مَنْ لَا كَنْزَ لَهُ
ey xəzinəsi olmayan kəsin xəzinəsi!
يَا حَسَنَ الْبَلَاۤءِ
Ey gözəl imtahan sahibi,
يَا عَظِيْمَ الرَّجَاۤءِ
ey böyük ümid sahibi,
يَا عِزَّ الضُّعَفَاۤءِ
ey zəiflərə izzət bəxş edən,
يَا مُنْقِذَ الْغَرْقٰى
ey qərq olanları xilas edən,
يَا مُنْجِيَ الْهَلْكٰى
ey həlak olanlara nicat verən!
يَا مُنْعِمُ يَا مُجْمِلُ
ey nemət verən, ey gözəllik bəxş edən,
يَا مُفْضِلُ يَا مُحْسِنُ،
ey fəzilət verən, ey yaxşılıq edən!
اَنْتَ الَّذِيْ سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُوْرُ النَّهَارِ
Sən o kəssən ki, gecənin qaranlığı və gündüzün aydınlığı Sənin qarşında səcdə edir,
وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ
ayın nuru və günəşin şüası,
وَ دَوِيُّ الْمَاۤءِ وَ حَفِيْفُ الشَّجَرِ
suyun səsi və ağacların əsintisi.
يَاۤ اَللّٰهُ لَا شَرِيْكَ لَكَ
Ey Allah, Sənin şərikin yoxdur!
اَللّٰهُمَّ اجْعَلْنَا خَيْرًا مِمَّا يَظُنُّوْنَ
Ey Allahım, bizi başqalarının düşündüyündən daha yaxşı et,
وَ اغْفِرْ لَنَا مَا لَا يَعْلَمُوْنَ
onların bizim haqqımızda bilmədiklərini bağışla,
وَ لَا تُؤَاخِذْنَا بِمَا يَقُوْلُوْنَ
onların dedikləri əsasında bizi sorğu-suala çəkmə.
حَسْبِيَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
Allah mənə yetər, Ondan qeyri ilah yoxdur,
عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ
mən Ona təvəkkül edirəm və O, əzəmətli ərşin Rəbbidir.
اٰمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا
Bizim Ona imanımız vardır, bütün işlər Rəbbimiz tərəfindəndir
وَ مَا يَذَّكَّرُ اِلَّاۤ اُوْلُوْا الْاَلْبَابِ
və təkcə ağıl sahibləri öyüd-nəsihət götürər.
رَبَّنَا لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَيْتَنَا
Ey Rəbbimiz, qəlbimizi haqq yoldan hidayət etdikdən sonra azdırma
وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ اَنْتَ الْوَهَّابُ۔
və Öz tərəfindən bizə rəhmət bəxş et, çünki Sən bəxş edənsən.
Şeyx Tusi qeyd edir ki, məhərrəm ayının birinci on gününü oruc tutmaq müstəhəbdir. Amma Aşura günü oruc niyyəti etmədən yemək yeməyin və su içməyin, əsr çağı isə türbətdən bir qədər ağzınıza qoyun (çünki Bəni-Uməyyə Kərbəla hadisəsində qələbə çaldıqlarına şükranəliq olaraq Aşura günü oruc tutmaq ənənəsini qoydular).