Allah lənət etsin Hüseynin (ə) qatillərinə.
Heç bir insan, bu saatlarda (Aşura hadisəsinin olduğu saatlarda) İmam Hüseynin (ə), qızlarının və övladlarının nələr çəkdiyini təsvir edə bilməz, çünki qarşılaşdıqları çətinliklər bu dünyada heç bir insanın başına gəlməyib. Bir şair deyir:
فَاجِعَةٌ اِنْ اَرَدْتُ اَكْتُبُهَا
Bu, həqiqətən bir bəladır! Əgər yazmaq istəsəm
مُجْمَلَةً ذِكْرَةً لِمُدَّكِرٍ
bir nümunə olaraq bütöv bir şəkildə
جَرَتْ دُمُوْعِىْ فَحَالَ حَاۤئِلُهَا
göz yaşlarım axacaq və maneə yaradacaq
مَا بَیْنَ لَحْظِ الْجُفُوْنِ وَالزُّبُرِ
gözlərimlə kağızlar arasında
وَقَالَ قَلْبِىْ بُقْیَا عَلَىَّ فَلَا
və qəlbim məndən yazmamağım üçün yalvaracaq
وَاللهِ مَا قَدْ طُبِعْتُ مِنْ حَجَرٍ
Allaha and olsun, o daşdan yaradılmayıb (dözə bilmir).
بَكَتْلَهَاالْاَرْضُوَالسَّمَاۤءُوَمَا
Bu fəlakətə həm yer üzü, həm də göylər və aralarında nə varsa
بَیْنَهُمَا فِىْ مَدَامِعٍ حُمُرٍ
(hamısı) qırmızı göz yaşları (qan) tökür.