Bu namazı Həzrət Rəsulallah (s) Salmana öyrətmişdir və Rəcəb ayının birinci və on beşinci günü qılınır. Namazın qaydası belədir: On rəkət (iki rəkət-iki rəkət) namaz qıl və hər rəkətdə bir dəfə
Həmd, üç dəfə
İxlas və üç dəfə
Kafirun surələrini oxu. Hər dəfə namazın salamından sonra əllərini yuxarı qaldır və de:
لَا اِلٰهَ اِلَّا اللّٰهُ
Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur, hökmdarlıq və sitayiş Ona məxsusdur, dirildir və öldürür, O diridir və əsla ölmür, xeyir Onun əlindədir, O hər şeyə qadirdir. Ey Allahım, Sənin əta etdiyini kimsə ala bilməz və Sənin aldığını kimsə əta edə bilməz, ehtiyacsızın səyi onu Səndən ehtiyacsız etməz.
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
اَللّٰهُمَّ لَا مَانِعَ لِمَا اَعْطَيْتَ
وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ
وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ۔
Sonra əllərini üzünə çək.
Ayın on beşinci günü də bu qaydada on rəkət namaz qıl və hər iki rəkətdən sonra həmin duanı oxu, lakin "O hər şeyə qadirdir" cümləsindən sonra bu cümlələri de:
اِلَهًا وَاحِدًا اَحَدًا
O yeganə, bənzərsiz, tək və ehtiyacsız Məbud ki, Özünə yoldaş və övlad götürməmişdir.
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا۔
Bu cümlələri dedikdən sonra əllərini üzünə çək. Rəcəb ayının axırıncı günü yenə də həmin qaydada on rəkət namaz qıl və namazın salamından sonra həmin duanı oxu, amma "O hər şeyə qadirdir" cümləsindən sonra bu cümlələri de:
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
Allahın salamı olsun Məhəmmədə və onun pak xanidanına, uca və əzəmətli Allahdan qeyrisi üçün güc-qüvvə yoxdur.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Bunu dedikdən sonra əllərini üzünə çək və öz istəklərini Allahdan dilə, inşaallah həyata keçər.
Həzrət Rəsulallah (s) Salmana buyurdu: "Allah bu otuz rəkət namazı qılan hər bir mömin kişi və qadının günahlarını bağışlayar, ona bu ayın hamısını oruc tutan kəsin savabını verər, onu cəhənnəm odundan xilas edər və bu, onun Siratdan keçməsi üçün bir icazənamə olar."
Salman deyir: "Həzrət Rəsulallahın (s) bu sözlərini eşitdikdən sonra ağlayaraq səcdəyə getdim və Allaha şükür etdim."
Həzrət Salmanın nəql etdiyi digər bir namazı da vardır. Bu namaz rəcəb ayının birinci günü qılınır və on rəkətdir (iki rəkət-iki rəkət qılınır). Hər rəkətdə bir dəfə
Fatihə və üç dəfə
İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) Salmana bu namazın savablarını bəyan etmişdir, o cümlədən, günahların bağışlanması, qəbir vəhşətindən və Qiyamət gününün əzabından uzaq olmaq, bəzi xəstəliklərdən uzaq olmaq.