ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİYARƏTƏ NAİB OLMAĞIN QAYDALARI
İstər həyatda olan, istərsə də dünyadan köçən insanlar tərəfindən ziyarətə naib olmaq və ya ziyarətin savabını onlara hədiyyə etmək müstəhəb bir işdir. Bu ziyarətin savabı həmin insanlara çatır və söz yox ki, naib olan şəxsin özü də bu ziyarətin savabından bəhrələnir. Bu barədə bir çox hədislər vardır, o cümlədən:
1. Davud Surəmi mötəbər bir hədisdə deyir: Mən İmam Həsən Əskəriyə (ə) ərz etdim: "Mən sizin atanızı ziyarət etdim və savabını sizə hədiyyə etdim." İmam (ə) buyurdu: "Sənə Allah tərəfindən böyük savab və bizim tərəfimizdən təşəkkür vardır."
2. İbrahim Həzrəmi deyir: Mədinədə İmam Musa Kazim (ə) ilə görüşdüm. O, Rəsulallahın (s) minbəri ilə qəbri arasında əyləşmişdi. Ona ərz etdim: "Öz vətənimdən həcc səfərinə yola düşdüyüm zaman bəziləri mənə tapşırdılar ki, onların yerindən yeddi dəfə təvaf edim və iki rəkət namaz qılım. Amma mən bunu unutdum. İndi bilmirəm qayıdanda onlara nə deyim." İmam (ə) buyurdu: "Əgər Məkkəyə daxil olub həcc əməllərini yerinə yetirdikdən sonra yeddi dəfə təvaf edib və iki rəkət namaz qılıb: "Ey Allahım, mən bu təvafı və iki rəkət namazı atamın, anamın, həyat yoldaşımın, övladlarımın, dostlarımın və bütün həmşəhərlilərimin yerindən yerinə yetirdim" - desəydin, vətəninə döndükdən sonra onların hər birinə: "Mən sizin yerinizdən təvaf etdim və iki rəkət namaz qıldım" - desən, doğru danışmış olardın. Həmçinin Mədinədə öz vəzifələrini yerinə yetirdikdən sonra iki rəkət namaz qılıb Rəsulallahın (s) qəbrinin baş tərəfində dayanaraq:
اَلسَّلَامُ عَلَيْكَ يَا نَبِيَّ اللّٰهِ مِنْ اَبِيْ وَ اُمِّيْ وَ زَوْجَتِيْ وَ وَلَدِيْ وَ حَآمَّتِيْ وَ مِنْ جَمِيْعِ اَهْلِ بَلَدِيْ حُرِّهِمْ وَ عَبْدِهِمْ وَ اَبْيَضِهِمْ وَ اَسْوَدِهِمْ۔
Ey Allahın Peyğəmbəri, salam olsun sənə atamın, anamın, həyat yoldaşımın, övladımın, qohumumun və bütün həmşəhərlilərimin – istər azad və ya qul olsunlar, istərsə də ağdərili və ya qaradərili - tərəfindən
desən və vətəninə qayıtdıqdan sonra həmşəhərlilərindən hər birinə: "Mən sizin yerinizdən Peyğəmbərə (s) salam dedim (və iki rəkət namaz qıldım)" – desən, doğru demisən".
3. Başqa bir hədisdə oxuyuruq ki, bəzi İmamlardan (ə) soruşurlar: "İki rəkət namaz qılıb, yaxud bir gün oruc tutub, yaxud həcc və umrə ziyarəti yerinə yetirib, yaxud Rəsulallahı (s) və ya İmamlardan (ə) birini ziyarət edib bunun savabını ata-anasına, yaxud din qardaşına hədiyyə edən şəxsin özünə də savab çatırmı?" İmam (ə) buyurur: "Bu əməlin savabı həmin kəslərə (ata-ana, din qardaşı) çatır, eyni zamanda onun özünə çatan savabdan heç nə azalmır."
ƏCİR TUTULAN (YƏNİ YOL XƏRCİ BAŞQASI TƏRƏFİNDƏN ÖDƏNİLƏN) ŞƏXSİN NAİB OLMA QAYDASI
Şeyx Tusi "Təhzib" adlı kitabında yazır: Din qardaşının tərəfindən əcir olan şəxs ziyarət qüslü etdikdən ( və bəzi nüsxələrə əsasən, ziyarət əməlini yerinə yetirdikdən) sonra belə desin:
اَللّٰهُمَّ مَاۤ اَصَابَنِيْ مِنْ تَعَبٍ اَوْ نَصَبٍ اَوْ شَعَثٍ اَوْ لُغُوْبٍ فَأْجُرْ فُلَانَ بْنَ فُلَانٍ فِيْهِ وَ أْجُرْنِيْ فِيْ قَضَاۤئِيْ عَنْهُ۔
Ey Allahım, çəkdiyim çətinlik, zəhmət, pərişanlıq və yorğunluğun savabını filankəsin oğlu filankəsə ver və onun tərəfindən bunları yerinə yetirdiyim üçün mənə də savab ver.
Ziyarət etdiyi İmama (ə) salam verdikdə isə axırda belə desin:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ عَنْ فُلَانِ بْنِ فُلَانٍ اَتَيْتُكَ زَاۤئِرًا عَنْهُ فَاشْفَعْ لَهُ عِنْدَ رَبِّكَ۔
Filankəsin oğlu filankəs tərəfindən sənə salam olsun ey mövlam. Onun tərəfindən sənin ziyarətinə gəldim, elə isə, Rəbbinin dərgahında ona şəfaətçi ol.
"Filankəsin oğlu filankəs" sözünün yerinə nəzərindəki şəxsin adını və atasının adını desin. Sonra istədiyi duanı etsin.
Əgər ziyarətnamə oxumaq istəsə, belə desin:
اَللّٰهُمَّ اِنَّ فُلَانَ بْنَ فُلَانٍ اَوْفَدَنِيْۤ اِلٰى مَوَالِيْهِ وَ مَوَالِيَّ لِاَزُوْرَ عَنْهُ رَجَاۤءً لِجَزِيْلِ الثَّوَابِ وَ فِرَارًا مِنْ سُوْۤءِ الْحِسَابِ اَللّٰهُمَّ اِنَّهُ يَتَوَجَّهُ اِلَيْكَ بِاَوْلِيَاۤئِهِ الدَّآلِّيْنَ عَلَيْكَ فِيْ غُفْرَانِكَ ذُنُوْبَهُ وَ حَطِّ سَيِّئَاتِهِ وَ يَتَوَسَّلُ اِلَيْكَ بِهِمْ عِنْدَ مَشْهَدِ اِمَامِهِ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَللّٰهُمَّ فَتَقَبَّلْ مِنْهُ وَ اقْبَلْ شَفَاعَةَ اَوْلِيَاۤئِهِ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ فِيْهِ اَللّٰهُمَّ جَازِهِ عَلٰى حُسْنِ نِيَّتِهِ وَ صَحِيْحِ عَقِيْدَتِهِ وَ صِحَّةِ مُوَالَاتِهِ اَحْسَنَ مَا جَازَيْتَ اَحَدًا مِنْ عَبِيْدِكَ الْمُؤْمِنِيْنَ وَ اَدِمْ لَهُ مَا خَوَّلْتَهُ وَ اسْتَعْمِلْهُ صَالِحًا فِيْمَاۤ اٰتَيْتَهُ وَ لَا تَجْعَلْنِيْ اٰخِرَ وَافِدٍ لَهُ يُوْفِدُهُ اَللّٰهُمَّ اَعْتِقْ رَقَبَتَهُ مِنَ النَّارِ وَ
Ey Allahım, filankəsin oğlu filankəs ("filankəsin oğlu filankəs" sözünün yerinə nəzərindəki şəxsin və onun atasının adını de) məni özünün və mənim mövlamın yanına göndərmişdir ki, onun tərəfindən böyük savaba ümid ilə və hesabın çətinliklərindən uzaq olmaq üçün səni ziyarət edim. Ey Allahım, o Sənə tərəf hidayət edən övliyaların vasitəsilə günahların bağışlanması və tökülməsi üçün Sənə üz tutmuşdur; onların vasitəsilə öz İmamının şəhadətgahında - Allahın salamı olsun ona – Sənə təvəssül etmişdir. Ey Allahım, bunu ondan qəbul et və övliyalarının – Allahın salamı olsun onlara – şəfaətini onun barəsində qəbul et. Ey Allahım, gözəl niyyət, düzgün əqidə və agahlıqla olan mütilik səbəbilə ona savab ver: mömin bəndələrindən hər birinə verdiyin savabın ən üstününü; ona bəxş etdiklərini ondan alma, onu ona əta etdiklərindən layiqincə bəhrələndir, məni onun axırıncı naibi qərar vermə. Ey Allahım, onu Cəhənnəm odundan xilas et, halal və pak ruzini ona firavan et, onu Məhəmmədin və Ali-Məhəmmədin dostlarından qərar ver, onun övladlarına, malına, nəslinə və əmlakına bərəkət ver. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, o kəslə Sənə qarşı etdiyi üsyankarlığı arasında fasilə yarat, ta ki, bir daha Sənə qarşı üsyankarlıq etməsin; Sənə və Sənin övliyalarına itaət etməkdə ona kömək et, ta ki, Sənin əmr etdiyin yerdə görünsün və Sənin qadağan etdiyin yerdə görünməsin. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onu bağışla və ona rəhm et, onu və bütün mömin və möminələri əfv et. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, ona "əvəz günü"nün qorxusundan, Qiyamətin vəhşətindən, pis dönüş yerindən, qəbrin qaranlığından və qorxusundan, dünya və axirətdə rüsvayçılıq məkanlarından pənah ver. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, dayandığım bu məkanda onun mükafatını Öz əfvin və İmamımın – Allahın salamı olsun ona – yanında dayandığım bu məkanda onun töhfəsini xətalarına göz yummağın qərar ver; onun üzrünü qəbul et, günahlarından keç, təqvanı azuqəsi qərar ver ki, məad günündə Sənin yanında olanlar onun üçün daha yaxşıdır; onu Məhəmmədin və Ali-Məhəmmədin – Allahın salamı olsun ona və xanıdanına – zümrəsində məhşur et, onun ata-anasını bağışla, çünki Sən, bəndələrin üz tutduqları və dilək dilədikləri varlıqların ən üstünüsən. Ey Allahım, naib tutub göndərən hər bir şəxs üçün mükafat və hər ziyarət edən şəxs üçün bir kəramət vardır, elə isə, dayandığım bu məkanda onun mükafatını Öz əfvin və bütün mömin və möminələr üçün Cənnət qərar ver. Ey Allahım, mən Sənin xətakar və günahkar bir bəndənəm ki, öz günahlarını etiraf edir, elə isə, ey Allah, Məhəmmədin və Ali-Məhəmmədin haqqına xatir Səndən istəyirəm ki, məni Öz sonsuz əta və bəxşişindən qaynaqlanan bu əcir və savabdan məhrum etməyəsən.
اَوْسِعْ عَلَيْهِ مِنْ رِزْقِكَ الْحَلَالِ الطَّيِّبِ وَ اجْعَلْهُ مِنْ رُفَقَاۤءِ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ بَارِكْ لَهُ فِيْ وُلْدِهِ وَ مَالِهِ وَ اَهْلِهِ وَ مَا مَلَكَتْ يَمِيْنُهُ، اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ حُلْ بَيْنَهُ وَ بَيْنَ مَعَاصِيْكَ حَتّٰى لَا يَعْصِيَكَ وَ اَعِنْهُ عَلٰى طَاعَتِكَ وَ طَاعَةِ اَوْلِيَاۤئِكَ حَتّٰى لَا تَفْقِدَهُ حَيْثُ اَمَرْتَهُ وَ لَا تَرَاهُ حَيْثُ نَهَيْتَهُ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اغْفِرْ لَهُ وَ ارْحَمْهُ وَ اعْفُ عَنْهُ وَ عَنْ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اَعِذْهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ مِنْ فَزَعِ يَوْمِ الْقِيَامَةِ وَ سُوْۤءِ الْمُنْقَلَبِ وَ مِنْ ظُلْمَةِ الْقَبْرِ وَ وَحْشَتِهِ وَ مِنْ مَوَاقِفِ الْخِزْيِ فِيْ الدُّنْيَا وَ
Filankəsin oğlu filankəs tərəfindən sənə salam olsun ey mövlam. Onun tərəfindən sənin ziyarətinə gəldim, elə isə, Rəbbinin dərgahında ona şəfaətçi ol.
الْاٰخِرَةِ اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اجْعَلْ جَاۤئِزَتَهُ فِيْ مَوْقِفِيْ هٰذَا غُفْرَانَكَ وَ تُحْفَتَهُ فِيْ مَقَامِيْ هٰذَا عِنْدَ اِمَامِيْ صَلَّى اللّٰهُ عَلَيْهِ اَنْ تُقِيْلَ عَثْرَتَهُ وَ تَقْبَلَ مَعْذِرَتَهُ وَ تَتَجَاوَزَ عَنْ خَطِيْۤئَتِهِ وَ تَجْعَلَ التَّقْوٰى زَادَهُ وَ مَا عِنْدَكَ خَيْرًا لَهُ فِيْ مَعَادِهِ وَ تَحْشُرَهُ فِيْ زُمْرَةِ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ تَغْفِرَ لَهُ وَ لِوَالِدَيْهِ فَاِنَّكَ خَيْرُ مَرْغُوْبٍ اِلَيْهِ وَ اَكْرَمُ مَسْئُوْلٍ ۟اِعْتَمَدَ الْعِبَادُ عَلَيْهِ اَللّٰهُمَّ وَ لِكُلِّ مُوْفِدٍ جَاۤئِزَةٌ وَ لِكُلِّ زَاۤئِرٍ كَرَامَةٌ فَاجْعَلْ جَاۤئِزَتَهُ فِيْ مَوْقِفِيْ هٰذَا غُفْرَانَكَ وَ الْجَنَّةَ لَهُ وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ اَللّٰهُمَّ وَ اَنَا عَبْدُكَ الْخَاطِئُ الْمُذْنِبُ الْمُقِرُّ بِذُنُوْبِهِ فَاَسْاَلُكَ يَاۤ اَللّٰهُ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَنْ لَا تَحْرِمَنِيْ بَعْدَ ذٰلِكَ الْاَجْرَ وَ الثَّوَابَ مِنْ فَضْلِ عَطَاۤئِكَ وَ كَرَمِ تَفَضُّلِكَ۔
"Filankəsin oğlu filankəs" sözünün yerinə nəzərindəki şəxsin adını və atasının adını desin. Sonra istədiyi duanı etsin.
Sonra həmin İmamın (ə) pak zərihinin yanına getsin və üzü qibləyə dayanıb əllərini göyə açaraq desin:
يَا مَوْلَايَ يَاۤ اِمَامِيْ عَبْدُكَ فُلَانُ بْنُ فُلَانٍ اَوْفَدَنِيْ زَاۤئِرًا لِمَشْهَدِكَ يَتَقَرَّبُ اِلَى اللّٰهِ عَزَّ وَ جَلَّ بِذٰلِكَ وَ اِلٰى رَسُوْلِهِ وَ اِلَيْكَ يَرْجُوْ بِذٰلِكَ فَكَاكَ رَقَبَتِهِ مِنَ النَّارِ مِنَ الْعُقُوْبَةِ فَاغْفِرْ لَهُ وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْحَلِيْمُ الْكَرِيْمُ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الْعَلِيُّ الْعَظِيْمُ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ تَسْتَجِيْبَ لِيْ فِيْهِ وَ فِيْ جَمِيْعِ اِخْوَانِيْ وَ اَخَوَاتِيْ وَ وَلَدِيْ وَ اَهْلِيْ بِجُوْدِكَ وَ كَرَمِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Ey mövlam, ey İmamım, sənin qulun filankəsin oğlu filankəs ("filankəsin oğlu filankəs" sözünün yerinə nəzərdə tutduğu şəxsin adını və atasının adını desin) məni öz tərəfindən sənin məzarını ziyarət etmək üçün göndərmiş, bu ziyarətlə izzətli və cəlalətli Allaha, Onun elçisinə və sənə yaxınlaşmaq istəyir, bununla oddan və əzabdan qurtuluşa ümid bəsləyir. Elə isə, onun və bütün mömin və möminələr üçün bağışlanma istə. Ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah, ey Allah! Həlim və kərim Allahdan başqa ilah yoxdur. Uca və əzəmətli Allahdan başqa ilah yoxdur. (Ey Allahım,) Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, mənim onun barəsində, bütün qardaş və bacılarımın, övladlarımın, ailəmin barəsində olan istəklərimi bəxşişinə və kərəminə xatir həyata keçirəsən, ey rəhimlilərin ən rəhimlisi.