⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RUZİNİN ARTMASI ÜÇÜN DUALAR
Hədislərdə buyurulur ki, evdə oturub ruzinin artması üçün dua edənlərin duası əsla müstəcab olmaz. Onlara deyilər ki, nə üçün ruzi üçün çalışmırsınız. Lakin əgər insan məişəti üçün çalışmaqla yanaşı bu duaları da oxuyarsa və Allahın lütfünü diləyərsə, böyük nəticələr əldə edər. Ruzinin artması üçün olan dualardan bir neçəsini nəzərinizə çatdırırıq:
1. Müaviyə ibn Əmmar deyir: İmam Sadiqdən (ə) istədim ki, ruzi üçün mənə bir dua təlim etsin. O həzrət bu duanı mənə öyrətdi və mən ruzinin artması üçün bu duadan daha yaxşı bir vasitə görmədim. İmam Sadiq (ə) mənə buyurdu ki, de:
اَللّٰهُمَّ ارْزُقْنِىْ مِنْ فَضْلِكَ الْوَاسِعِ
Ey Allahım, Öz geniş fəzlindən mənə ruzi ver,
الْحَلَالِ الطَّيِّبِ
halal və pak (ruzidən),
رِزْقًا وَاسِعًا
geniş bir ruzi,
حَلَالًا طَيِّبًا
halal və pak,
بَلَاغًا لِلدُّنْيَا وَالْاٰخِرَةِ
dünya və axirətimə kifayət edəcək qədər,
صَبًّا صَبًّا
bol-bol (şırıl-şırıl axan),
هَنِيْئًا مَرِيْئًا
nuşcanlıqla və bərəkətlə,
مِنْ غَيْرِ كَدٍّ
əziyyət və məşəqqət çəkmədən,
وَلَا مَنٍّ مِّنْ اَحَدٍ مِّنْ خَلْقِكَ
və Sənin məxluqatından kimsənin minnəti olmadan,
اِلَّا سَعَةً مِّنْ فَضْلِكَ الْوَاسِعِ
yalnız Sənin geniş fəzlinin vüsəti (bolluğu) hesabına!
فَاِنَّكَ قُلْتَ وَاسْئَلُوْا اللّٰهَ مِنْ فَضْلِهِ
Çünki Sən buyurmusan: "Allahın fəzlindən (Özünüz üçün) istəyin".
فَمِنْ فَضْلِكَ اَسْئَلُ
Mən də Sənin fəzlindən istəyirəm,
وَ مِنْ عَطِيَّتِكَ اَسْئَلُ
Sənin ətandan (bəxşişindən) istəyirəm,
وَ مِنْ يَدِكَ الْمَلْاَ اَسْئَلُ
və Sənin dopdolu əlindən (dərgahından) istəyirəm.
2. Rəvayət olunur ki, İmam Məhəmməd Baqir (ə) öz səhabələrindən birinə buyurdu: "Ruzi üçün vacib namazın səcdəsində de:"
يَا خَيْرَ الْمَسْئُوْلِيْنَ
Ey istənilənlərin (müraciət olunanların) ən xeyirlisi,
وَ يَا خَيْرَ الْمُعْطِيْنَ
ey əta edənlərin ən xeyirlisi!
اُرْزُقْنِىْ وَارْزُقْ عِيَالِىْ مِنْ فَضْلِكَ
Öz fəzlindən mənə və ailəmə ruzi ver,
فَاِنَّكَ ذُوالْفَضْلِ الْعَظِيْمِ۔
həqiqətən, Sən böyük fəzl sahibisən.
3. Əbu Bəsir (İmam Sadiqin (ə) seçilən səhabələrindən biri) nəql edir ki, dolanışığın çətinliyindən İmam Sadiqə (ə) şikayətləndim və o həzrətdən ruzi üçün bir dua istədim. İmam Sadiq (ə) bu duanı mənə təlim etdi və mən onu oxuyandan bəri heç vaxt ehtiyaclı olmadım. O həzrət mənə buyurdu: "Gecə namazının səcdəsində de:"
يَا خَيْرَ مَدْعُوٍّ
Ey çağırılanların ən xeyirlisi,
وَ يَا خَيْرَ مَسْئُوْلٍ
ey istənilənlərin ən xeyirlisi,
وَ يَا اَوْسَعَ مَنْ اَعْطٰى
ey əta edənlərin ən əliaçığı,
وَ يَا خَيْرَ مُرْتَجِىً
ey ümid bəslənilənlərin ən xeyirlisi!
اُرْزُقْنِىْ وَ اَوْسِعْ عَلَىَّ مِنْ رِزْقِكَ
Mənə ruzi ver və Öz ruzini mənə bol et,
وَ سَبِّبْ لِىْ رِزْقًا مِنْ قِبَلِكَ
Öz dərgahından mənim üçün bir ruzi səbəbi (vasitəsi) yarat,
اِنَّكَ عَلٰى كُلِّ شَيْئٍ قَدِيْرٌ۔
həqiqətən, Sən hər şeyə qadirsən.
Mərhum Şeyx Tusi bu duanı gecə namazının səkkizinci rəkətinin axırıncı səcdəsində deməyi qeyd etmişdir.
4. Bu duanı Həzrət Rəsulallah (s) ruzi üçün buyurmuşdur:
يَا رَازِقَ الْمُقِلِّيْنَ
Ey yoxsullara ruzi verən,
وَ يَا رَاحِمَ الْمَسَاكِيْنَ
ey miskinlərə (fağırlara) rəhm edən,
وَ يَا وَلِىَّ الْمُؤْمِنِيْنَ
ey möminlərin Vəlisi (himayədarı),
وَ يَا ذَا الْقُوَّةِ الْمَتِيْنَ
ey mətin güc-qüvvət sahibi!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اَهْلِ بَيْتِهِ
Məhəmmədə və onun Əhli-beytinə salam göndər,
وَارْزُقْنِىْ وَ عَافِنِىْ
mənə ruzi ver, mənə afiyət (salamatlıq) ver,
وَ اكْفِنِىْ مَا اَهَمَّنِىْ۔
və məni narahat edən (qəmgin edən) işlərdə mənə kifayət et.
5. Ruzi üçün olan bu duanı da Əbu Bəsir İmam Sadiqdən (ə) nəql etmişdir. İmam Sadiq (ə) buyurub: "Bu dua İmam Əli ibn Hüseyn Zeynul-abidinin (ə) dualarındandır və o, Allaha belə dua edərdi:"
اَللّٰهُمَّ اِنّى اَسْئَلُكَ حُسْنَ الْمَعِيْشَةِ مَعِيْشَةً اَتَقَوِّىْ بِهَا عَلٰى جَمِيْعِ حَوَاۤئِجِىْ وَ اَتَوَصَّلُ بِهَا فِى الْحَيٰوةِ اِلٰى اٰخِرَتِىْ مِنْ غَيْرِ اَنْ تُتْرِفَنِىْ فِيْهَا فَاَطْغِىْ اَوْ تُقَتِّرَ بِهَا عَلَىَّ فَاَشْقِىْ اَوْسِعْ عَلَىَّ مِنْ حَلَالِ رِزْقِكَ وَ اَفْضِلْ عَلَىَّ مِنْ سَيْبِ فَضْلِكَ نِعْمَةً مِنْكَ سَابِغَةً وَ عَطَاۤءً غَيْرَ مَمْنُوْنٍ ثُمَّ لَاتَشْغَلْنِىْ عَنْ شُكْرِ نِعْمَتِكَ بِاِكْثَارٍ مِنْهَا تُلْهِيْنِىْ بَهْجَتُهُ وَ تَفْتِنُنِىْ زَهَرَاتُ زَهْوَتِهِ وَلَا بِاِقْلَالٍ عَلَىَّ مِنْهَا يَقْصُرُ بِعَمَلِىْ كَدُّهُ وَ يَمْلَاُ صَدْرِىْ هَمُّهُ اَعْطِنِىْ مِنْ ذٰلِكَ يَا اِلٰهِىْ غِنًى عَنْ شِرَارِ خَلْقِكَ وَ بَلَاغًا اَنَالُ بِهِ رِضْوَانَكَ وَ اَعُوْذُ بِكَ يَا اِلٰهِىْ مِنْ شَرِّ الدُّنْيَا وَ شَرِّ مَا فِيْهَا وَ لَاتَجْعَلْ عَلَىَّ الدُّنْيَا سِجْنًا وَلَافِرَاقَهَا عَلَىَّ حُزْنًا اَخْرِجْنِىْ مِنْ فِتْنَتِهَا مَرْضِيًّا عَنِّىْ مَقْبُوْلًا فِيْهَا عَمَلِىْ اِلٰى دَارِ الْحَيَوَانِ وَ مَسَاكِنِ الْاَخْيَارِ،
Ey Allahım, Səndən gözəl yaşayış istəyirəm, elə bir yaşayış ki, onun vasitəsilə bütün ehtiyaclarımı təmin edim və həyatımda onunla axirətimə yol tapım. Amma məni firavanlıqla azdıracaq qədər məst etmə ki, tüğyan edim, ya da mənə darlıq edib bədbəxtliyə (məşəqqətə) salma. Öz halal ruzindən mənə bol et və axıb gələn fəzlindən Öz kamil nemətini və minnətsiz ətanı mənə çoxalt. Sonra nemətinin şükründən məni uzaqlaşdıracaq qədər, sevinci məni məşğul edib gözəlliyi məni fitnəyə salacaq qədər çoxaltmaqla məni Səndən qafil etmə; və əziyyəti əməlimə mane olacaq, qəmi sinəmi dolduracaq qədər az ruzi verməklə də məni sıxıntıya salma. Ey İlahim, mənə o qədər (ruzi) əta et ki, Sənin pis məxluqatından ehtiyacsız olum və Sənin razılığına çatmaq üçün mənə kifayət etsin. Ey İlahim, dünyanın şərindən və onda olanların şərindən Sənə pənah aparıram. Dünyanı mənim üçün zindan və ondan ayrılmağı mənə hüzn qərar vermə. Məni onun fitnəsindən, Sən məndən razı qaldığın və əməlimin qəbul olunduğu halda əbədi həyat diyarına (cənnətə) və yaxşıların məskənlərinə çıxar,
وَ اَبْدِلْنِىْ بِالدُّنْيَا الْفَانِيَةِ نَعِيْمَ الدَّارِ الْبَاقِيَةِ اَللّٰهُمَّ اِنِّىْ اَعُوْذُ بِكَ مِنْ اَزْلِهَا وَ زِلْزَالِهَا وَ مِنْ سَطَوَاتِ شَيَاطِيْنِهَا وَ سَلَاطِيْنِهَا وَ نَكَالِهَا وَ مِنْ بَغْىِ مَنْ بَغِىْ عَلَىَّ فِيْهَا اَللّٰهُمَّ مَنْ كَادَنِىْ فَكِدْهُ وَ مَنْ اَرَادَنِىْ فَاَرِدْهُ وَ فُلَّ عَنِّىْ حَدَّ مَنْ نَصَبَ لِىْ حَدَّهُ وَاَطْفِءْ عَنِّىْ نَارَ مَنْ شَبَّ لِىْ وَ قُوْدَهُ وَاكْفِنِىْ مَكْرَ الْمَكَرَةِ وَ افْقَاْعَنِّىْ عُيُوْنَ الْكَفَرَةِ وَاكْفِنِىْ هَمَّ مَنْ اَدْخَلَ عَلَىَّ هَمَّهُ وَادْفَعْ عَنِّىْ شَرَّ الْحَسَدَةِ وَاعْصِمْنِىْ مِنْ ذٰلِكَ بِالسَّكِيْنَةِ وَاَلْبِسْنِىْ دِرْعَكَ الْحَصِيْنَةَ وَاَحْيِنِىْ فِىْ سِتْرِكَ الْوَاقِىْ وَ اَصْلِحْ لِىْ حَالِىْ وَ صَدِّقْ قَوْلِىْ بِفِعَالِىْ وَ بَارِكْ لِىْ فِىْ اَهْلِىْ وَ مَالِىْ۔
və fani dünyanı mənim üçün əbədi diyarın nemətləri ilə əvəz et. Ey Allahım, dünyanın darlığından, sarsıntısından, şeytanlarının və sultanlarının (zalımlarının) hücumlarından, əzabından və mənə zülm edənlərin zülmündən Sənə pənah aparıram. Ey Allahım, mənə hiylə edənlərə Özün hiylə et (cəzalandır), mənə (pislik) iradə edənlərə Sən (pislik) iradə et, mənə qarşı qılıncını (düşmənçiliyini) itiləyənlərin kəsərini məndən kütləşdir. Mənə qarşı atəş yandıranın atəşini məndən söndür. Məkrlilərin (hiyləgərlərin) məkrində mənə kifayət et və kafirlərin gözlərini məndən kor et (uzaqlaşdır). Mənə qəm-qüssə gətirənlərin (sıxıntı verənlərin) dərdində mənə kifayət et, həsəd aparanların şərini məndən dəf et, aramlıq (səkinə) vasitəsilə məni bundan qoru. Mənə möhkəm zirehini geyindir, qoruyan örtüyün (himayən) altında məni yaşat, halımı islah et, sözümü əməlimlə bir et (təsdiqlə), və ailəmdə və malımda mənə bərəkət ver.