İMAM MEHDİNİN (Ə.F) QEYBƏT DÖVRÜNDƏ OXUNAN DUA (QISA)
Şeyx Kuleyni və başqaları nəql edirlər ki, bu duanı İmam Sadiq (ə) Zürarəyə İmam Mehdinin (ə.f) qeybət dövründə və şiələrin müsibətlərə məruz qaldıqları dövrdə oxumağı öyrədib. Dua belədir:
Ey Allahım, Özünü mənə tanıtdır,
فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِىْ نَفْسَكَ
çünki Sən Özünü mənə tanıtdırmasan,
لَمْ اَعْرِفْ نَبِيَّكَ
mən Sənin peyğəmbərini tanıya bilmərəm.
اَللّٰهُمَّ عَرِّفْنِىْ رَسُوْلَكَ
Ey Allahım, elçini (rəsulunu) mənə tanıtdır,
فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِىْ رَسُوْلَكَ
çünki Sən elçini mənə tanıtdırmasan,
لَمْ اَعْرِفْ حُجَّتَكَ
mən Sənin hüccətini tanıya bilmərəm.
اَللّٰهُمَّ عَرِّفْنِىْ حُجَّتَكَ
Ey Allahım, hüccətini mənə tanıtdır,
فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنِىْ حُجَّتَكَ
çünki Sən hüccətini mənə tanıtdırmasan,
ضَلَلْتُ عَنْ دِيْنِىْ۔
mən dinimdən azaram.