⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
Mötəbər bir hədisdə İmam Baqir (ə) buyurub: "And olsun Allaha, mənə xəbər vermişlər ki, Peyğəmbərin (s) səhabələri cümə axşamı günü özlərini cümə günü üçün hazırlayarmışlar. Çünki cümə fürsəti müsəlmanlar üçün məhdud bir fürsətdir."Cümə axşamı gününün axırında bu sözlər ilə istiğfar etmək (bağışlanma diləmək) müstəhəbdir:
اَسْتَغْفِرُ اللهَ الَّذِيْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
O Allahdan bağışlanma diləyirəm ki, Ondan qeyri İlah yoxdur,
الْحَيُّ الْقَيُّوْمُ
diri və daimidir,
وَ اَتُوْبُ اِلَيْهِ
və Ona tərəf qayıdıram (tövbə edirəm):
تَوْبَةَ عَبْدٍ خَاضِعٍ
boyun əymiş (müti) bir bəndənin tövbəsi kimi,
مِسْكِيْنٍ مُسْتَكِيْنٍ
miskin və çarəsiz,
لَا يَسْتَطِيْعُ لِنَفْسِهِ صَرْفًا وَ لَا عَدْلًا
özü üçün nə bir bəlanı dəf etməyə, nə də xeyir gətirməyə qadir olmayan,
وَ لَا نَفْعًا وَ لَا ضَرًّا
nə xeyirə, nə də ziyana (sahib olmayan),
وَ لَا حَيَاةً وَ لَا مَوْتًا وَ لَا نُشُوْرًا
nə həyata, nə ölümə, nə də yenidən dirilməyə (qadir olmayan).
وَ صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ
Allahın salamı olsun Məhəmmədə,
وَّ عِتْرَتِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
və onun pak və pakizə xanidanına,
الْاَخْيَارِ الْاَبْرَارِ
xeyirxahlara və yaxşılara,
وَ سَلَّمَ تَسْلِيْمًا ۔
və kamil salam olsun (onlara).