⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
İMAM HADİNİN (Ə) DUASI
يَا بَآرُّ يَا وَصُوْلُ
Ey gözəl əməl sahibi, ey vüsala çatdıran,
يَا شَاهِدَ كُلِّ غَاۤئِبٍ
ey hər gizlinə şahid olan,
وَ يَا قَرِيْبُ غَيْرَ بَعِيْدٍ
ey uzaq olmayan yaxın (çox-çox yaxın),
وَ يَا غَالِبُ غَيْرَ مَغْلُوْبٍ
ey məğlub olmayan qalib,
وَ يَا مَنْ لَا يَعْلَمُ كَيْفَ هُوَ اِلَّا هُوَ
ey o kəs ki, Səndən qeyrisi Sənin necə olduğunu bilmir,
يَا مَنْ لَا تُبْلَغُ قُدْرَتُهُ
və ey o kəs ki, kimsənin qüdrəti Sənin qüdrətinə yetməz!
اَسْاَلُكَ اللّٰهُمَّ بِاسْمِكَ الْمَكْنُوْنِ الْمَخْزُوْنِ
Ey Allahım, məxfi, gizli və örtülü saxladığın adına xatir Səndən istəyirəm,
الْمَكْتُوْمِ عَمَّنْ شِئْتَ
istədiyin kəsdən (məxfi saxladığın),
الطَّاهِرِ الْمُطَهَّرِ الْمُقَدَّسِ
pak, pakizə və müqəddəs,
النُّوْرِ التَّآمِّ
kamil nur olan,
الْحَيِّ الْقَيُّوْمِ الْعَظِيْمِ
diri, daimi və əzəmətli,
نُوْرِ السَّمَاوَاتِ وَ نُوْرِ الْاَرَضِيْنَ
göylərin və yerlərin nuru olan,
عَالِمِ الْغَيْبِ وَ الشَّهَادَةِ
qeybi və şəhadəti bilən,
الْكَبِيْرِ الْمُتَعَالِ الْعَظِيْمِ
böyük, uca və əzəmətli (adına xatir),
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən.