⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
BAZAR GÜNÜNDƏ XANIM FATİMƏ-ZƏHRANIN (S.Ə) ZİYARƏTİ
اَلسَّلَامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ
Salam olsun sənə ey imtahan olunmuş xanım.
امْتَحَنَكِ الَّذِيْ خَلَقَكِ
Səni xəlq edən kəs səni imtahan etdi
فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً
və səni Öz imtahanında səbirli gördü.
اَنَا لَكِ مُصَدِّقٌ
Mən səni təsdiq edənəm,
صَابِرٌ عَلٰى مَا اَتٰى بِهِ اَبُوْكِ وَ وَصِيُّهُ
sənin atanın və onun canişininin gətirdikləri yolunda səbirliyəm,
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمَا
Allahın salamı olsun onların hər ikisinə.
وَ اَنَا اَسْاَلُكِ اِنْ كُنْتُ صَدَّقْتُكِ
Mən səndən istəyirəm ki, əgər səni təsdiq etmişəmsə,
اِلَا اَلْحَقْتِنِيْ بِتَصْدِيْقِيْ لَهُمَا
məni təsdiqim vasitəsilə o iki həzrətə qovuşdurasan,
لِتُسَرَّ نَفْسِيْ
məni sevindirməkdən ötrü.
فَاشْهَدِيْ اَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلَايَتِكِ
Şahid ol ki, mən sənin "vilayət"ini aşkar edənənəm [pakam],
وَ وِلَايَةِ اٰلِ بَيْتِكِ
və sənin xanidanının "vilayət"ini (aşkar edənəm).
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ۔
Allahın salamı olsun onların hamısına.
Burada Xanım Fatimə-Zəhranın (s.ə) iki rəvayətlə nəql olunan iki ziyarətini qeyd edirik. Xanım Fatimə-Zəhranın (s.ə) ikinci ziyarəti:
اَلسَّلَامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ
Salam olsun sənə ey imtahan olunmuş xanım.
امْتَحَنَكِ الَّذِيْ خَلَقَكِ قَبْلَ اَنْ يَخْلُقَكِ
Səni xəlq edən kəs səni xəlq etməzdən öncə imtahan etdi,
وَ كُنْتِ لِمَا امْتَحَنَكِ بِهِ صَابِرَةً
və sən Onun imtahanına qarşı səbirli oldun.
وَ نَحْنُ لَكِ اَوْلِيَاۤءُ مُصَدِّقُوْنَ
Biz səni sevən və səni təsdiq edənlərik,
وَ لِكُلِّ مَا اَتٰى بِهِ اَبُوْكِ
və sənin atanın gətirdiklərinə,
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ
Allahın salamı olsun ona və xanıdanına,
وَ اَتٰى بِهِ وَصِيُّهُ عَلَيْهِ السَّلَامُ مُسَلِّمُوْنَ
və onun canişininin – salam olsun ona – gətirdiklərinə tabeyik.
وَ نَحْنُ نَسْاَلُكَ اللّٰهُمَّ
Ey Allahım, biz Səndən istəyirik ki,
اِذْ كُنَّا مُصَدِّقِيْنَ لَهُمْ
biz onları təsdiq edənlərdən olduğumuz üçün,
اَنْ تُلْحِقَنَا بِتَصْدِيْقِنَا بِالدَّرَجَةِ الْعَالِيَةِ
bizi təsdiqimiz vasitəsilə ali dərəcələrə çatdırasan,
لِنُبَشِّرَ اَنْفُسَنَا بِاَنَّا قَدْ طَهُرْنَا بِوِلَايَتِهِمْ [بِوَلَايَتِهِمْ‏]
ta özümüzə müjdə verək ki, onların "vilayət"i vasitəsilə pak olduq,
عَلَيْهِمُ السَّلَامُ۔
salam olsun onlara.