Bağışlayan (Rəhman) və mehriban (Rəhim) Allahın adı ilə!
رَبِّ اَدْخِلْنِيْ فِيْ لُجَّةِ بَحْرِ اَحَدِيَّتِكَ
İlahi (Rəbbim), məni yeganəliyinlə bağlı mərifət dəryasına (girdabına) daxil et
وَ طَمْطَامِ يَمِّ وَحْدَانِيَّتِكَ
və vəhdaniyyət dənizinin ortasında (dərinliklərində) yuyundur!
وَ قَوِّنِيْ بِقُوَّةِ سَطْوَةِ سُلْطَانِ فَرْدَانِيَّتِكَ
Qüvvət, iqtidar və hakimiyyətinin yeganəliyinə xatir məni qüvvətli et,
حَتّٰى اَخْرُجَ اِلٰى فَضَاۤءِ سَعَةِ رَحْمَتِكَ
ta ki Sənin geniş rəhmət fəzana çıxım (daxil olum),
وَ فِيْ وَجْهِيْ لَمَعَاتُ بَرْقِ الْقُرْبِ مِنْ اٰثَارِ حِمَايَتِكَ
və Sənin yaxınlığının (qürbünün) aydınlığı (nuru) himayənin əlaməti olaraq simamda (üzümdə) zahir olduğu,
مَهِيْبًا بِهَيْبَتِكَ
əzəmət və heybətinin vücudumda əks etdiyi,
عَزِيْزًا بِعِنَايَتِكَ
mərhəmətinin (inayətinin) sayəsində izzət (tapdığım),
مُتَجَلِّلًا مُكَرَّمًا
böyüklük (məqamına yetişdiyim) və kəramətli (olduğum halda),
بِتَعْلِيْمِكَ وَ تَزْكِيَتِكَ
Sənin təlimin və paklamağınla.
وَ اَلْبِسْنِيْ خِلَعَ الْعِزَّةِ وَ الْقَبُوْلِ
Və mənə (əynimə) izzət və qəbul olunmaq libası geyindir,
وَ سَهِّلْ لِيْ مَنَاهِجَ الْوُصْلَةِ وَ الْوُصُوْلِ
vüsalına qovuşmaq və Səninlə rabitə saxlamaq yollarını (keçməyi) mənə asanlaşdır,
وَ تَوِّجْنِيْ بِتَاجِ الْكَرَامَةِ وَ الْوَقَارِ
başımı kəramət və vüqar tacı ilə uca (et, taclandır),
وَ اَلِّفْ بَيْنِيْ وَ بَيْنَ اَحِبَّاۤئِكَ
mənimlə sənin dostların arasında ünsiyyət (yaxınlıq) yarat,
فِيْ دَارِ الدُّنْيَا وَ دَارِ الْقَرَارِ
dünya evində və axirət (qərar) evində,
وَ ارْزُقْنِيْ مِنْ نُوْرِ اسْمِكَ هَيْبَةً وَ سَطْوَةً
mübarək adlarının nurundan mənə böyüklük (heybət) və qüdrət ruzi et ki,
تَنْقَادُ لِيَ الْقُلُوْبُ وَ الْاَرْوَاحُ
qəlb və ruhlar mənə müti (tabe) olsunlar,
وَ تَخْضَعُ لَدَيَّ النُّفُوْسُ وَ الْاَشْبَاحُ
cisim və bədənlər mənim yanımda (qarşımda) təvazökar olsunlar.
يَا مَنْ ذَلَّتْ لَهُ رِقَابُ الْجَبَابِرَةِ
Ey o kəs ki, qarşısında qoluzorluların boyunları zəlil (və xar) olmuş,
وَ خَضَعَتْ لَدَيْهِ اَعْنَاقُ الْاَكَاسِرَةِ
və müqabilində padşahların boyunları (başları) təvazökar (aşağı) olmuşdur!
لَا مَلْجَاَ وَ لَا مَنْجٰى مِنْكَ اِلَّا اِلَيْكَ
Səndən (əzabından) qaçıb pənah aparılacaq və nicat tapılacaq yer yoxdur, yalnız Sənin Özünə sığınmaqdan başqa,
وَ لَاۤ اِعَانَةَ اِلَّا بِكَ
Sənin yardımından başqa heç bir yardım yoxdur,
وَ لَاۤ اِتِّكَاۤءَ اِلَّا عَلَيْكَ
və səndən başqasına etimad etmək (söykənmək) olmaz.
اِدْفَعْ عَنِّيْ كَيْدَ الْحَاسِدِيْنَ،
Həsəd edənlərin məkrini məndən dəf et (qoru),
وَ ظُلُمَاتِ شَرِّ الْمُعَانِدِيْنَ
və inadkarların şərinin zülmətindən (məni qoru).
وَ ارْحَمْنِيْ تَحْتَ سُرَادِقَاتِ عَرْشِكَ
Sənin ərşinin pərdələri (mühafizəsi) altında mənə rəhm et,
يَاۤ اَكْرَمَ الْاَكْرَمِيْنَ
ey ehsan edənlərin (kərimlərin) ən səxavətlisi!
اَيِّدْ ظَاهِرِيْ فِيْ تَحْصِيْلِ مَرَاضِيْكَ
Zahirimi Sənin razılığına səbəb olanları əldə etməkdə möhkəmləndir (təsdiq et),
وَ نَوِّرْ قَلْبِيْ وَ سِرِّيْ بِالْاِطِّلَاعِ عَلٰى مَنَاهِجِ مَسَاعِيْكَ
qəlbim və batinimi sənə doğru seyri-süluk etmək yolunda mərifətlə (agahlıqla) nuraniləşdir.
اِلٰهِيْ كَيْفَ اَصْدُرُ عَنْ بَابِكَ بِخَيْبَةٍ مِنْكَ
İlahi, Sənin dərgahından (qapından) necə əliboş və məhrum (məyus) geri qayıdım,
وَ قَدْ وَرَدْتُهُ عَلٰى ثِقَةٍ بِكَ
bir halda ki, mən Sənə etimad edərək daxil olmuşam?!
وَ كَيْفَ تُؤْيِسُنِيْ [تُوْئِسُنِيْ] مِنْ عَطَاۤئِكَ
Məni Öz ətandan (bəxşişlərindən) necə məyus edərsən,
وَ قَدْ اَمَرْتَنِيْ بِدُعَاۤئِكَ
bir halda ki, məni dua etməyə (Səni çağırmağa) əmr etmisən?!
وَ هَا اَنَا مُقْبِلٌ عَلَيْكَ
İndi də mən Sənə üz tutmuşam,
مُلْتَجِئٌ اِلَيْكَ
(və) Sənə pənah gətirmişəm.
بَاعِدْ بَيْنِيْ وَ بَيْنَ اَعْدَاۤئِي
Mənimlə düşmənlərim arasında ayrılıq və fasilə sal,
كَمَا بَاعَدْتَ بَيْنَ اَعْدَاۤئِي
Öz düşmənlərin arasında fasilə saldığın kimi.
اخْتَطِفْ اَبْصَارَهُمْ عَنِّيْ
Onların gözlərini məni görməkdən məhrum (kor) et,
بِنُوْرِ قُدْسِكَ
Öz müqəddəs nurunla,
وَ جَلَالِ مَجْدِكَ
və əzəmətinin (məcdinin) cəlalı ilə.
اِنَّكَ اَنْتَ اللهُ
Həqiqətən, Sən O Allahsan ki,
الْمُعْطِيْ جَلَاۤئِلَ النِّعَمِ الْمُكَرَّمَةِ
böyük kəramətli nemətləri əta edənsən
لِمَنْ نَاجَاكَ بِلَطَاۤئِفِ رَحْمَتِكَ
O kəsə ki, lətif rəhmətinlə Səninlə raz-niyaz edir.
يَا حَيُّ يَا قَيُّوْمُ
Ey diri, ey əbədi!
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey izzət və calal sahibi!
وَ صَلَّى اللهُ عَلٰى سَيِّدِنَا وَ نَبِيِّنَا مُحَمَّدٍ
Allahın salamı olsun bizim sərvərimiz və peyğəmbərimiz Məhəmmədə
وَ اٰلِهِ اَجْمَعِيْنَ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ۔
və onun pak-pakizə olan Əhli-beytinin hamısına!