⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
KƏDƏRİN ARADAN QALXMASI ÜÇÜN DUA
Əmirəl-möminin Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu buyurur: "Qəm-qüssəyə batmış, çətinliyə düşmüş kəs əgər bu duanı oxuyarsa, Allah onun çətinliyini həll edər:" Dua belədir:
يَا عِمَادَ مَنْ لَا عِمَادَ لَهُ
Ey dayağı olmayan kəsin dayağı,
وَ يَا ذُخْرَ مَنْ لَا ذُخْرَ لَهُ
ey azuqəsi olmayan kəsin azuqəsi,
وَيَا سَنَدَ مَنْ لَا سَنَدَ لَهُ
ey hamisi (sənədi) olmayan kəsin hamisi,
وَيَا حِرْزَ مَنْ لَا حِرْزَ لَهُ
ey qoruyanı olmayan kəsin qoruyanı,
وَيَا غِيَاثَ مَنْ لَا غِيَاثَ لَهُ
ey harayına çatanı olmayan kəsin harayına çatan,
وَيَا كَنْزَ مَنْ لَا كَنْزَ لَهُ
ey xəzinəsi olmayan kəsin xəzinəsi,
وَيَا عِزَّ مَنْ لَا عِزَّ لَهُ
ey izzət bəxş edəni olmayan kəsə izzət bəxş edən!
يَا كَرِيْمَ الْعَفْوِ
Ey əvfi kərim (olan),
يَا حَسَنَ التَّجَاوُزِ
ey güzəşti gözəl olan,
يَا عَوْنَ الضُّعَفاۤءِ
ey zəiflərin köməyi,
يَا كَنْزَ الْفُقَرَاۤءِ
ey yoxsulların xəzinəsi,
يَا عَظِيْمَ الرِّجَاۤءِ
ey böyük ümid,
يَا مُنْقِذَ الْغَرْقٰى
ey qərq olanları xilas edən,
يَا مُنْجِىَ الْهَلْكٰى
ey həlak olanlara nicat verən!
يَا مُحْسِنُ، يَا مُجْمِلُ
Ey yaxşılıq edən, ey gözəllik bəxş edən,
يَا مُنْعِمُ يَا مُفْضِلُ
ey nemət verən və ey artıran (fəzilət verən)!
اَنْتَ الَّذِىْ سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَنُوْرُ النَّهَارِ
Sən o kəssən ki, gecənin qaranlığı və gündüzün aydınlığı Sənin qarşında səcdə etmişdir,
وَضَوْءُ الْقَمَرِ وَشُعَاعُ الشَّمْسِ
ayın işığı və günəşin şüası,
وَحَفِيْفُ الشَّجَرِ وَدَوِىُّ الْمَاۤءِ
yarpaqların xışıltısı və suyun şırıltısı (Sənə baş əymişdir).
يَاۤ اَللهُ يَاۤ اَللهُ يَاۤ اَللهُ
Ey Allah, ey Allah, ey Allah!
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri İlah yoxdur,
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
təksən və şərikin yoxdur.
يَا رَبَّاهُ يَاۤ اَللهُ
Ey mənim Rəbbim, ey Allah!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَافْعَلْ بِنَا مَا اَنْتَ اَهْلُهُ۔
və bizim barəmizdə Özünün layiq olduğunu yerinə yetir.
Duanı oxuduqdan sonra Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər.
İmam Cavadın (ə) təlim etdiyi bu zikri davamlı demək çətinliklərin həlli və qəm-qüssənin aradan qalxması üçün təsirlidir:
يَا مَنْ يَكْفِىْ مِنْ كُلِّ شَىْءٍ
Ey o kəs ki, hər şeyə kifayət edirsən (heç nəyə ehtiyacın yoxdur),
وَلَا يَكْفِىْ مِنْهُ شَىْءٌ
və Səndən başqası kifayət etməz (hər şey Sənə möhtacdır)!
اِكْفِنِىْ مَاۤ اَهَمَّنِىْ
Məni narahat edən şeylərdə mənə kifayət et (çətinliyimi həll et).