CƏBRAİLİN PEYĞƏMBƏRƏ (S) ÖYRƏTDİYİ DUA
Mərhum Seyid İbn Tavus "Muhəcud-də'əvat" kitabında nəql edir ki, İmam Məhəmməd Baqir (ə) buyurdu: "Cəbrail həzrət Rəsulallahın (s) hüzuruna gəlib ərz etdi: "Ey Rəsulallah (s), mən peyğəmbərlər arasında ən çox səni sevirəm, buna görə də bu duanı sənə öyrədirəm. Onu çox-çox de:
Ey Allahım, həqiqətən Sən görürsən və görünmürsən,
وَ اَنْتَ بِالْمَنْظَرِ الْاَعْلٰى
və Sən ən uca mənzərədəsən (görənlərin fövqündəsən),
وَ اَنَّ اِلَيْكَ الْمُنْتَهٰى وَ الرُّجْعٰى
həqiqətən son (nəhayət) və dönüş yeri sənə tərəfdir,
وَ اَنَّ لَكَ الْاٰخِرَةَ وَ الْاُوْلٰى
həqiqətən axirət və dünya (son və başlanğıc) Sənə məxsusdur,
وَ اَنَّ لَكَ الْمَمَاتَ وَ الْمَحْيَا
həqiqətən ölüm və həyat Sənin əlindədir (Sənə məxsusdur).
وَ رَبِّ اَعُوْذُ بِكَ اَنْ اُذَلَّ اَوْ اُخْزٰى۔
Və ey Rəbbim, mən xar və rüsvay olmaqdan Sənə pənah aparıram.