Allahın kamil və tam salamı,
الشَّامِلُ الْعَآمُّ
əhatə edən və şamil olan (salamı),
وَ صَلَوَاتُهُ الدَّاۤئِمَةُ
və Onun daimi salavatları,
وَ بَرَكَاتُهُ الْقَاۤئِمَةُ التَّآمَّةُ
və Onun davamlı və tam bərəkətləri (olsun)
عَلٰى حُجَّةِ اللّٰهِ
Allahın hüccətinə,
وَ وَلِيِّهِ فِيْۤ اَرْضِهِ وَ بِلَادِهِ
yer üzündə və şəhərlərində (bəndələri arasında) Allahın vəlisinə,
وَ خَلِيْفَتِهِ عَلٰى خَلْقِهِ وَ عِبَادِهِ
Öz məxluqatı və bəndələri üzərində Onun xəlifəsinə (canişininə),
وَ سُلَالَةِ النُّبُوَّةِ
nübüvvət xanidanına (sülaləsinə),
وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ
itrətin və seçilmişlərin xələfinə (və varisinə),
صَاحِبِ الزَّمَانِ
Zamanın Sahibinə,
وَ مُظْهِرِ الْاِيْمَانِ
və imanı zahir edənə,
وَ مُلَقِّنِ [مُعْلِنِ] اَحْكَامِ الْقُرْاٰنِ
Quranın hökmlərini təlim edənə (aşkar edənə),
وَ مُطَهِّرِ الْاَرْضِ
yeri (zülmdən) təmizləyənə,
وَ نَاشِرِ الْعَدْلِ فِيْ الطُّوْلِ وَ الْعَرْضِ
ədaləti uzununa və eninə (yer üzünə başdan-başa) yayana,
وَ الْحُجَّةِ الْقَاۤئِمِ الْمَهْدِيِّ
qiyam edən, hüccət olan Mehdiyə,
الْاِمَامِ الْمُنْتَظَرِ الْمَرْضِيِّ [الْمُرْتَضٰى]
intizarı çəkilən, bəyənilən (seçilmiş) İmama,
وَ ابْنِ الْاَئِمَّةِ الطَّاهِرِيْنَ
və pak İmamların övladına,
اَلْوَصِيِّ ابْنِ الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
(bəyənilmiş) canişinlərin övladı olan canişinə,
اَلْهَادِيْ الْمَعْصُوْمِ
hidayət edən, məsum (imama),
ابْنِ الْاَئِمَّةِ الْهُدَاةِ الْمَعْصُوْمِيْنَ
hidayət edən məsum İmamların övladına (salam olsun).
اَلسَّلَامُ عَلَيْكَ يَا مُعِزَّ الْمُؤْمِنِيْنَ الْمُسْتَضْعَفِيْنَ
Salam olsun sənə ey müstəzəf möminlərə izzət (həyat) bəxş edən.
اَلسَّلَامُ عَلَيْكَ يَا مُذِلَّ الْكَافِرِيْنَ الْمُتَكَبِّرِيْنَ الظَّالِمِيْنَ،
Salam olsun sənə ey təkəbbürlü və zalım kafirləri xar edən.
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ
Salam olsun sənə ey mövlam, ey Sahibəz-zaman.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulullahın övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
Salam olsun sənə ey Əmirəl-mömininin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
Salam olsun sənə ey Fatimə-Zəhranın övladı,
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
(o Fatimə ki) aləmlərin xanımlarının sərvəridir.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْاَئِمَّةِ الْحُجَجِ الْمَعْصُوْمِيْنَ
Salam olsun sənə ey məsum hüccətlər olan imamların övladı.
وَ الْاِمَامِ عَلَى الْخَلْقِ اَجْمَعِيْنَ
(Salam olsun sənə ey) bütün məxluqatın imamı.
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
Salam olsun sənə ey mövlam,
سَلَامَ مُخْلِصٍ لَكَ فِيْ الْوِلَايَةِ
sənə olan vilayətində xalis olan kimsənin salamı (kimi bir salam).
اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْمَهْدِيُّ قَوْلًا وَ فِعْلًا
Şəhadət verirəm ki, həqiqətən sən sözündə və əməlində İmam Mehdisən;
وَ اَنْتَ الَّذِيْ تَمْلَاُ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا
və sən o kəssən ki, yer üzünü qist (bərabərlik) və ədalətlə dolduracaqsan,
بَعْدَ مَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا
zülm və cəfa ilə dolduqdan sonra.
فَعَجَّلَ اللهُ فَرَجَكَ
Elə isə, Allah sənin fərəcini tezləşdirsin,
وَ سَهَّلَ مَخْرَجَكَ،
qiyamını (çıxışını) asanlaşdırsın,
وَ قَرَّبَ زَمَانَكَ
və (zühur) zamanını yaxınlaşdırsın,
وَ كَثَّرَ اَنْصَارَكَ وَ اَعْوَانَكَ
və sənin dostlarını (yardımçılarını) və köməkçilərini çoxaltsın,
وَ اَنْجَزَ لَكَ مَا وَعَدَكَ
və sənə verdiyi vədi yerinə yetirsin (vəfa etsin),
فَهُوَ اَصْدَقُ الْقَاۤئِلِيْنَ
çünki O, söz deyənlərin ən doğrusudur:
وَ نُرِيْدُ اَنْ نَمُنَّ عَلَى الَّذِيْنَ اسْتُضْعِفُوْا فِيْ الْاَرْضِ
"Biz iradə etmişik ki, yer üzünün müstəzəflərinə (zəif salınmışlara) nemət bəxş edək (minnət qoyaq),
وَ نَجْعَلَهُمْ اَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوَارِثِيْنَ
onları rəhbərlər edək və onları varislər edək."
يَا مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ
Ey mövlam, ey Sahibəz-zaman,
يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
ey Rəsulullahın övladı,
حَاجَتِيْ كَذَا وَ كَذَا۔
mənim filan və filan hacətlərimi rəva et.
Öz istəklərini dilə gətir və sonra de:
فَاشْفَعْ لِيْ فِيْ نَجَاحِهَا
Elə isə, onların (hacətlərimin) rəva olması üçün mənə şəfaətçi ol.
فَقَدْ تَوَجَّهْتُ اِلَيْكَ بِحَاجَتِيْ
Çünki mən hacətimlə sənə üz tutmuşam,
لِعِلْمِيْۤ اَنَّ لَكَ عِنْدَ اللّٰهِ شَفَاعَةً مَقْبُوْلَةً
çünki bilirəm ki, sənin Allah dərgahında qəbul olunan şəfaətin var,
وَ مَقَامًا مَحْمُوْدًا
və bəyənilən bir məqamın (var).
فَبِحَقِّ مَنِ اخْتَصَّكُمْ بِاَمْرِهِ
(Sizi) Öz əmrinə xüsusi edənin (sizə əmrini həvalə edənin) haqqına xatir,
وَ ارْتَضَاكُمْ لِسِرِّهِ
və sizi Öz sirrinə (sirdaş) seçənin (haqqına xatir),
وَ بِالشَّأْنِ الَّذِيْ لَكُمْ عِنْدَ اللّٰهِ بَيْنَكُمْ وَ بَيْنَهُ
və Allah dərgahında sizinlə Onun arasında olan məqam (şən) xatirinə,
سَلِ اللهَ تَعَالٰى فِيْ نُجْحِ طَلِبَتِيْ
Uca Allahdan mənim istəyimin həyata keçməsini (istə),
وَ اِجَابَةِ دَعْوَتِيْ
və duamın qəbul olunmasını,
وَ كَشْفِ كُرْبَتِيْ۔
və çətinliyimin (qəm-qüssəmin) aradan qalxmasını (istə).
Bu ziyarət və istiğasə də müqəddəs sərdabəyə məxsus deyil, onları hər bir zaman və məkanda oxumaq olar.