Rəhman və Rəhim Allahın adı ilə.
لَكَ الْحَمْدُ يَا ذَا الْجُوْدِ وَ الْمَجْدِ وَ الْعُلٰى
Ey bəxşiş (səxavət), ehtiram və ucalıq sahibi, həmd-səna Sənə məxsusdur!
تَبَارَكْتَ تُعْطِيْ مَنْ تَشَاۤءُ وَ تَمْنَعُ
Ucasan (mübarəksən)! İstədiyinə əta edər, (istədiyini) məhrum edərsən.
اِلٰهِيْ وَ خَلَّاقِيْ وَ حِرْزِيْ وَ مَوْئِلِيْ
Ey mənim Məbudum, Yaradanım, pənah yerim və pənahım!
اِلَيْكَ لَدَى الْاِعْسَارِ وَ الْيُسْرِ اَفْزَعُ
Dara düşəndə də (çətinlikdə də), imkanlı (asan) olanda da Səndən yapışıram (Sənə fəryad edirəm).
اِلٰهِيْ لَئِنْ جَلَّتْ وَ جَمَّتْ خَطِيْۤئَتِيْ
Ey mənim Məbudum! Əgər mənim günahlarım böyük və çoxdursa,
فَعَفْوُكَ عَنْ ذَنْبِيْۤ اَجَلُّ وَ اَوْسَعُ
Sənin əfvin mənim günahımdan daha böyük və daha genişdir.
اِلٰهِيْ لَئِنْ اَعْطَيْتُ نَفْسِيَ سُؤْلَهَا
Ey mənim Məbudum! Əgər mən nəfsimin (həvayi-nəfsimin) istəyinə tabe olmuşamsa (əta etmişəmsə),
فَهَاۤ اَنَا فِيْ رَوْضِ النَّدَامَةِ اَرْتَعُ
amma (bax) mən indi peşmanlıq bağında (vadisində) sərgərdanam.
اِلٰهِيْ تَرٰى حَالِيْ وَ فَقْرِيْ وَ فَاقَتِيْ
Ey mənim Məbudum! Mənim halımı, ehtiyac (fəqirlik) və yoxsulluğumu görürsən,
وَ اَنْتَ مُنَاجَاتِي الْخَفِيَّةَ تَسْمَعُ
və Sən mənim gizlin raz-niyazımı eşidirsən.
اِلٰهِيْ فَلَا تَقْطَعْ رَجَاۤئِيْ وَ لَا تُزِغْ
Ey mənim Məbudum! Ümidimi kəsmə və (haqq yoldan) azdırma
فُؤَادِيْ فَلِيْ فِيْ سَيْبِ جُوْدِكَ مَطْمَعٌ
qəlbimi, çəünki mənim Sənin rəhmət (coud) yağışına tamahım var.
اِلٰهِيْ لَئِنْ خَيَّبْتَنِيْۤ اَوْ طَرَدْتَنِيْ
Ey mənim Məbudum! Əgər məni məyus etsən və ya qovsan,
فَمَنْ ذَا الَّذِيْۤ اَرْجُوْ وَ مَنْ ذَا اُشَفِّعُ
onda mən kimə ümid bəsləyim və kimi şəfaətçi edim?
اِلٰهِيْۤ اَجِرْنِيْ مِنْ عَذَابِكَ اِنَّنِيْۤ
Ey mənim Məbudum! Əzabından mənə pənah ver (məni qoru), çünki mən həqiqətən,
اَسِيْرٌ ذَلِيْلٌ خَاۤئِفٌ لَكَ اَخْضَعُ
Sənin dərgahında əyilmiş bir əsir, xar və qorxmuşam.
اِلٰهِيْ فَاٰنِسْنِيْ بِتَلْقِيْنِ حُجَّتِيْۤ
Ey mənim Məbudum! Dəlilimi mənə təlqin etməklə mənə həmdəm ol,
اِذَا كَانَ لِيْ فِيْ الْقَبْرِ مَثْوًى وَ مَضْجَعٌ
o vaxt ki, qəbir mənim üçün məskən və yataq (yeri) olacaq.
اِلٰهِيْ لَئِنْ عَذَّبْتَنِيْۤ اَلْفَ حِجَّةٍ
Ey mənim Məbudum! Əgər mənə min il (min dəfə) əzab versən belə,
فَحَبْلُ رَجَاۤئِيْ مِنْكَ لَا يَتَقَطَّعُ
yenə də Səndən olan ümid ipim qırılmayacaqdır (Səndən ümidimi kəsməyəcəyəm).
اِلٰهِيْۤ اَذِقْنِيْ طَعْمَ عَفْوِكَ يَوْمَ
Ey mənim Məbudum! Əfvinin dadını mənə dadızdır o gün ki,
لَا بَنُوْنَ وَ لَا مَالٌ هُنَالِكَ يَنْفَعُ
övladların və malın (sərvətin) orada heç bir faydası olmayacaqdır.
اِلٰهِيْ لَئِنْ لَمْ تَرْعَنِيْ كُنْتُ ضَاۤئِعًا
Ey mənim Məbudum! Əgər (Sən) mənə rəayət etməsən (tərəf baxmasan), məhv olaram (zay olaram),
وَ اِنْ كُنْتَ تَرْعَانِيْ فَلَسْتُ اُضَيَّعُ
və əgər Sən mənə rəayət etsən (baxsan), məhv olmaram (zay olmaram).
اِلٰهِيْۤ اِذَا لَمْ تَعْفُ عَنْ غَيْرِ مُحْسِنٍ
Ey mənim Məbudum! Əgər yalnız yaxşı əməl sahiblərini əfv edirsənsə (yaxşılardan başqasını əfv etməsən),
فَمَنْ لِمُسِيْۤءٍ بِالْهَوٰى يَتَمَتَّعُ
onda həvayi-nəfsinə itaət (tamah) edən günahkarı kim bağışlasın?
اِلٰهِيْ لَئِنْ فَرَّطْتُ فِيْ طَلَبِ التُّقٰى
Ey mənim Məbudum! Əgər təqvaya yiyələnməkdə səhlənkarlıq etmişəmsə,
فَهَاۤ اَنَا اِثْرَ الْعَفْوِ اَقْفُوْ وَ اَتْبَعُ
bax mən (indi) əfv və güzəştin ardınca düşür (axtarır) və onu izləyirəm.
اِلٰهِيْ لَئِنْ اَخْطَأْتُ جَهْلًا فَطَالَمَا
Ey mənim Məbudum! Əgər nadanlığım ucbatından xəta etmişəmsə, amma çoxdandır ki,
رَجَوْتُكَ حَتّٰى قِيْلَ مَا هُوَ يَجْزَعُ
Sənə ümid bəsləmişəm, hətta elə bir (ümid) ki, mənim barəmdə deyiblər: "O heç (heç vaxt) narahat olmur (qorxmur)!"
اِلٰهِيْ ذُنُوْبِيْ بَذَّتِ الطَّوْدَ وَ اعْتَلَتْ
Ey mənim Məbudum! Günahlarım dağı (Dağları) da keçmiş və ucalmışdır,
وَ صَفْحُكَ عَنْ ذَنْبِيْۤ اَجَلُّ وَ اَرْفَعُ
Lakin Sənin mənim günahımdan keçməyin (güzəştin) daha böyük və daha ucadır.
اِلٰهِيْ يُنَجِّي ذِكْرُ طَوْلِكَ لَوْعَتِيْ
Ey mənim Məbudum! Sənin nemətini (ehsanını) zikr etmək qəlbimin yanğısını sakitləşdirir,
وَ ذِكْرُ الْخَطَايَا الْعَيْنَ مِنِّيْ يُدَمِّعُ
səhvlərimi (xətalarımı) xatırlamaq isə gözlərimi yaşla doldurur.
اِلٰهِيْۤ اَقِلْنِيْ عَثْرَتِيْ وَ امْحُ حَوْبَتِيْ
Ey mənim Məbudum! Sapqınlıqlarıma (sürüşmələrimə) göz yum və günahlarımı məhv et,
فَاِنِّيْ مُقِرٌّ خَاۤئِفٌ مُتَضَرِّعٌ
çünki mən (günahlarımı) iqrar (etiraf) edir, qorxur və ah-nalə edirəm (yalvarıram).
اِلٰهِيْۤ اَنِلْنِيْ مِنْكَ رَوْحًا وَ رَاحَةً
Ey mənim Məbudum! Məni Öz tərəfindən sevinc (ruh) və asayişə (rahatlığa) çatdır,
فَلَسْتُ سِوٰۤى اَبْوَابِ فَضْلِكَ اَقْرَعُ
çünki mən Sənin lütf qapılarından qeyri bir qapını döymürəm.
اِلٰهِيْ لَئِنْ اَقْصَيْتَنِيْۤ اَوْ اَهَنْتَنِيْ
Ey mənim Məbudum! Əgər məni uzaqlaşdırsan və ya mənə laqeyd olsan (təhqir etsən),
فَمَا حِيْلَتِيْ يَا رَبِّ اَمْ كَيْفَ اَصْنَعُ
ey Rəbbim, nədir mənim çarəm və (ya) mən necə edim?
اِلٰهِيْ حَلِيْفُ الْحُبِّ فِي اللَّيْلِ سَاهِرٌ
Ey mənim Məbudum! Sənin məhəbbətinin həmpeymanı gecə vaxtı oyaqdır,
يُنَاجِيْ وَ يَدْعُوْ وَ الْمُغَفَّلُ يَهْجَعُ
O raz-niyaz və dua edir, qafil insan isə yatır.
اِلٰهِيْ وَ هٰذَا الْخَلْقُ مَا بَيْنَ نَاۤئِمٍ
Ey mənim Məbudum! Bu məxluqatın (xalqın) bəzisi yatır,
وَ مُنْتَبِهٍ فِيْ لَيْلِهِ يَتَضَرَّعُ
bəzisi isə gecə oyaqdır və ah-nalə (yalvarış) edir.
وَ كُلُّهُمْ يَرْجُوْ نَوَالَكَ رَاجِيًا
Və onların hamısı Sənin bəxşişinə (nemətinə) ümid edərək,
لِرَحْمَتِكَ الْعُظْمٰى وَ فِيْ الْخُلْدِ يَطْمَعُ
Sənin böyük rəhmətinə ümidvardır və əbədi Cənnətə (Əbədiyyətə) tamah (göz) dikiblər.
اِلٰهِيْ يُمَنِّيْنِيْ رَجَاۤئِيْ سَلَامَةً
Ey mənim Məbudum! Ümidim məni salamatlığa (salamat qalmağıma) arxayın edir,
وَ قُبْحُ خَطِيْۤئَاتِيْ عَلَيَّ يُشَنِّعُ
lakin xətalarımın çirkinliyi məni rüsvay edir (qınayır).
اِلٰهِيْ فَاِنْ تَعْفُوْ فَعَفْوُكَ مُنْقِذِيْ
Ey mənim Məbudum! Əgər əfv etsən, Sənin əfvin mənim xilaskarımdır (nicatıma bais olar),
وَ اِلَّا فَبِالذَّنْبِ الْمُدَمِّرِ اُصْرَعُ
yoxsa (əgər bağışlamasan) mən o həlak edici günahlar vasitəsilə əldən düşərəm (yıxılaram).
اِلٰهِيْ بِحَقِّ الْهَاشِمِيِّ مُحَمَّدٍ
Ey mənim Məbudum! Haşimi olan Məhəmmədin haqqına xatir,
وَ حُرْمَةِ اَطْهَارٍ هُمُ لَكَ خُضَّعٌ
və Sənin qarşında əyilmiş pakların hörməti xatirinə!
اِلٰهِيْ بِحَقِّ الْمُصْطَفٰى وَ ابْنِ عَمِّهِ
Ey mənim Məbudum! Seçilmiş (Məhəmməd) və onun əmisi oğlu (Əli) haqqına xatir,
وَ حُرْمَةِ اَبْرَارٍ هُمُ لَكَ خُشَّعٌ
və Sənin qarşında təvazökar olan yaxşıların (əbrarların) hörməti xatirinə!
اِلٰهِيْ فَاَنْشِرْنِيْ عَلٰى دِيْنِ اَحْمَدٍ
Ey mənim Məbudum! Məni Əhmədin (Məhəmmədin) dini üzrə dirilt (ayağa qaldır);
مُنِيْبًا تَقِيًّا قَانِتًا لَكَ اَخْضَعُ
tövbəkar, təqvalı, itaətkar (qanit) və Sənin qarşında əyilmiş (xaze) olduğum halda.
وَ لا تَحْرِمَنِّيْ يَاۤ اِلٰهِيْ وَ سَيِّدِيْ
Və məni məhrum etmə, ey mənim Məbudum və Sərvərim,
شَفَاعَتَهُ الْكُبْرٰى فَذَاكَ الْمُشَفَّعُ
onun o böyük şəfaətindən, çünki o şəfaət edəndir (şəfaəti qəbul ediləndir).
وَ صَلِّ عَلَيْهِمْ مَا دَعَاكَ مُوَحِّدٌ
Onlara salam göndər, nə qədər ki, müvəhhidlər Səni çağırır,
وَ نَاجَاكَ اَخْيَارٌ بِبَابِكَ رُكَّعٌ
və xeyirli insanlar Sənin dərgahında rüku halında Səninlə raz-niyaz edirlər.
ƏMİRƏL-MÖMİNİN ƏLİ İBNİ ƏBU TALİBİN (Ə) MİNACATINDAN ÜÇ ALİ MƏZMUNLU CÜMLƏ:
اِلٰهِيْ كَفٰى بِيْ عِزًّا اَنْ اَكُوْنَ لَكَ عَبْدًا
Ey mənim Məbudum! Sənin bəndən olmaq mənə izzət (şərafət) olaraq yetər!
وَ كَفٰى بِيْ فَخْرًا اَنْ تَكُوْنَ لِيْ رَبًّا
Və Sənin mənim Rəbbim olmağın mənə iftixar olaraq yetər!
اَنْتَ كَمَاۤ اُحِبُّ فَاجْعَلْنِيْ كَمَا تُحِبُّ
Sən mən istədiyim (sevdiyim) kimisən. Onda məni də Özün istədiyin (sevdiyin) kimi et!