ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
KƏSRƏ TAVANI
Cənab Salmanı ziyarət etdikdən sonra yaxşı olar ki, hörmətli zəvvar "Kəsra tavanı"nda iki rəkət və ya daha artıq namaz qılsın. Belə ki, Əmirəl-möminin (ə) burada namaz qılmışdır. Əmmar Sabati nəql edir ki, Əmirəl-möminin (ə) Mədainə gəldikdə Kəsra eyvanına gəldi və Duləf ibn Buheyr onunla birlikdə idi. O həzrət burada namaz qıldı, sonra ayağa qalxıb Duləfə xitabən (ibrət dərsi ünvanında) buyurdu: "Kəsranın (o məşhur padşahın) bu məkanda nələri və nələri var idi..." Duləf də deyirdi: "Bəli, Allaha and olsun, buyurduğunuz kimidir, ey mənim ağam və mövlam. Siz bu diyarı o qədər yaxşı tanıyırsınız ki, sanki bu şəhəri siz salmısınız."
Başqa bir rəvayətdə deyilir ki, o həzrət Mədaindən keçərkən və Kəsranın izlərini, xarabalıqlarını müşahidə edərkən o həzrətin yol yoldaşlarından biri bu şeiri oxudu:
"Küləklər onların evlərinin viranəlikləri üstündən əsir, sanki onlar vədəgahda idilər (və getdilər)."
Həzrət Əli (ə) isə buyurdu: "Nə üçün bu ayəni (Duxan surəsi, 25-29) tilavət etmirsən?!:
كَمْ تَرَكُوْا مِنْ جَنَّاتٍ وَ عُيُوْنٍ
Nə qədər bağları və çeşmələri qoyub getdilər; Əkinləri və qiymətli qəsrləri; Digər firavan nemətləri, hansı ki, onların içində sevincə qərq olmuşdular. (Onların əhvalatı) belə olmuşdur və Biz bunları (bu nemələri) digər qövmlərə miras etdik. Nə səma və yer onlara ağladı, nə də onlara möhlət verildi.
وَ زُرُوْعٍ وَ مَقَامٍ كَرِيْمٍ
وَ نِعْمَةٍ كَانُوْا فِيْهَا فَاكِهِيْنَ
كَذٰلِكَ وَ اَوْرَثْنَاهَا قَوْمًا اٰخَرِيْنَ
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاۤءُ وَ الْاَرْضُ وَ مَا كَانُوْا مُنْظَرِيْنَ۔
اِنَّ هٰؤُلاۤءِ كَانُوْا وَارِثِيْنَ فَاَصْبَحُوْا مَوْرُوْثِيْنَ لَمْ يَشْكُرُوْا النِّعْمَةَ فَسُلِبُوْا دُنْيَاهُمْ بِالْمَعْصِيَةِ اِيَّاكُمْ وَ كُفْرَ النِّعَمِ لَا تَحِلُّ بِكُمُ النِّقَمُ۔
Sonra bu dəstə başqalarının varisi oldular, amma çox keçmədi ki, başqaları onların varisi oldular. Allahın nemətinin şükrünü yerinə yetirmədilər, odur ki, günaha görə dünyaları əldən getdi. Nemətləri unutmayın ki, sizə bəla nazil olmasın."