İMAM HADİNİN (Ə) ZİYARƏTİ
Sağ ayaq ilə hərəmə daxil ol və İmam Hadinin (ə) zərihi kənarında üzü qəbrə və arxan qibləyə tərəf dayan, yüz dəfə de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür.
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا الْحَسَنِ
Salam olsun sənə ey Əbəl-Həsən Əli ibn Məhəmməd: pakizə, rəşid və parlayan nur, Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun sənə ey Allahın seçdiyi. Salam olsun sənə ey Allahın sirdaşı. Salam olsun sənə ey Allahın əmanətdarı. Salam olsun sənə ey Allahla (əlaqə) bağı. Salam olsun sənə ey Allah yolunu gedən. Salam olsun sənə ey Allah tərəfindən seçilən. Salam olsun sənə ey Allahın seçdiyi. Salam olsun sənə ey Allahın haqqı. Salam olsun sənə ey Allahın sevimlisi. Salam olsun sənə ey nurun nuru. Salam olsun sənə ey yaxşıların zinəti. Salam olsun sənə ey yaxşılar zümrəsinin öndəri. Salam olsun sənə ey pakların kökü. Salam olsun sənə ey Rəhmanın hüccəti. Salam olsun sənə ey imanın əsası. Salam olsun sənə ey möminlərin mövlası. Salam olsun sənə ey salehlərin vəlisi. Salam olsun sənə ey hidayət nişanəsi. Salam olsun sənə ey təqvalıların həmdəmi. Salam olsun sənə ey dinin sütunu. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusunun övladı. Salam olsun sənə ey vəsilərin sərvərinin övladı. Salam olsun sənə ey dünya xanımlarının sərvəri Fatimənin övladı. Salam olsun sənə ey əmanətdar və vəfalı. Salam olsun sənə ey razılıq nişanəsi. Salam olsun sənə ey zahid və təqvalı. Salam olsun sənə ey bütün məxluqata olan hüccət. Salam olsun sənə ey Quranı tilavət edən. Salam olsun sənə ey halalı haramdan ayıran. Salam olsun sənə ey xeyirxah vəli. Salam olsun sənə ey aydın yol. Salam olsun sənə ey işıqlı ulduz. Ey mövlam, ey Əbəl-Həsən, şəhadət verirəm ki, həqiqətən sən Allahın məxluqata olan hüccəti, yaradılmışlar arasında Allahın canişini, şəhərlərdə Allahın əmanətdarı və bəndələrinə olan şahidisən. Şəhadət verirəm ki, həqiqətən sən təqva kəlməsi, hidayət qapısı, (Allahla əlaqənin) möhkəm bağı, yer üzündə və torpağın altında olan kəslərə hüccətsən. Şəhadət verirəm ki, həqiqətən sən günahlardan pak və hər eyibdən pakizəsən; Allah yanında giramisən, Allahın hüccəti olmaqla iftixar qazanmısan və Allahın kəlam bəxş etdiyi şəxssən; bəndələrin pənah gətirdiyi və şəhərlərin abadlığına bais olan dayaqsan. Ey mövlam, şəhadət verirəm ki, mən sənə, atalarına və övladlarına yəqinliyim vardır və onları iqrar edirəm; bütün vücudumla sizə, dinimin qanunlarına, əməlimin sonuna, dönüşümə və məskunlaşacağım yerə tabeyəm; həqiqətən mən sizin dostlarınızla dost və düşmənlərinizlə düşmənəm; sizin pünhanda və aşkarda olanınıza, birincinizə və sonuncunuza imanım vardır. Atam-anam sizə fəda olsun. Salam olsun sənə, Allahın rəhməti və bərəkəti olsun sənə.
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سِرَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبْلَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اٰلَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفْوَةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْنَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَقَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبِيْبَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُورَ الْاَنْوَارِ
اَلسَّلَامُ عَلَيْكَ يَا زَيْنَ الْاَبْرَارِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَلِيْلَ الْاَخْيَارِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عُنْصُرَ الْاَطْهَارِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ الرَّحْمٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا رُكْنَ الْاِيْمَانِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَى الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلَمَ الْهُدٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا حَلِيْفَ التُّقٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا عَمُوْدَ الدِّيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاَمِيْنُ الْوَفِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَلَمُ الرَّضِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الزَّاهِدُ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْحُجَّةُ عَلَى الْخَلْقِ اَجْمَعِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا التَّالِيْ لِلْقُرْاٰنِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمُبَيِّنُ لِلْحَلَالِ مِنَ الْحَرَامِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَلِيُّ النَّاصِحُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الطَّرِيْقُ الْوَاضِحُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّجْمُ اللَّاۤئِحُ
اَشْهَدُ يَا مَوْلَايَ يَاۤ اَبَا الْحَسَنِ
اَنَّكَ حُجَّةُ اللّٰهِ عَلٰى خَلْقِهِ
وَ خَلِيْفَتُهُ فِي بَرِيَّتِهِ
وَ اَمِيْنُهُ فِيْ بِلَادِهِ
وَ شَاهِدُهُ عَلٰى عِبَادِهِ
وَ اَشْهَدُ اَنَّكَ كَلِمَةُ التَّقْوٰى
وَ الْعُرْوَةُ الْوُثْقٰى
وَ الْحُجَّةُ عَلٰى مَنْ فَوْقَ الْاَرْضِ
وَ اَشْهَدُ اَنَّكَ الْمُطَهَّرُ مِنَ الذُّنُوْبِ
الْمُبَرَّاُ مِنَ الْعُيُوْبِ
وَ الْمُخْتَصُّ بِكَرَامَةِ اللّٰهِ
وَ الْمَحْبُوُّ بِحُجَّةِ اللّٰهِ
وَ الْمَوْهُوْبُ لَهُ كَلِمَةُ اللّٰهِ
وَ الرُّكْنُ الَّذِيْ يَلْجَاُ اِلَيْهِ الْعِبَادُ
وَ تُحْيَا بِهِ الْبِلَادُ
وَ اَشْهَدُ يَا مَوْلَايَ
اَنِّيْ بِكَ وَ بِاٰبَاۤئِكَ وَ اَبْنَاۤئِكَ مُوْقِنٌ مُقِرٌّ
وَ لَكُمْ تَابِعٌ فِيْ ذَاتِ نَفْسِيْ
وَ مُنْقَلَبِيْ وَ مَثْوَايَ
وَ اَنِّيْ وَلِيٌّ لِمَنْ وَالَاكُمْ
وَ عَدُوٌّ لِمَنْ عَادَاكُمْ
مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلَانِيَتِكُمْ
وَ اَوَّلِكُمْ وَ اٰخِرِكُمْ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ
وَ السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra zərihi öp və üzünün sağ, daha sonra sol tərəfini onun üzərinə qoy, de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Salam göndər vəfalı hüccətinə, pakizə övliyana, razı qaldığın əmininə, seçilmiş hiyadət edənə, düzgün əzəmətli və doğru yola, möminlərin qəlbinin nuruna, təqvalıların vəlisinə, müxləslərin həmdəminə. Ey Allahım, ağamız Məhəmmədə və onun Əhli-beytinə salam göndər. Salam göndər Əli ibn Məhəmmədə: rəşid, sapqınlıqdan pak və hər eyibdən pakizə olan, bütün ümidi Sənə olan imama; fitnələrdə giriftar olan və qəm-qüssə ilə sınağa çəkilənə; gözəl sınaq və şikayətlərə dözümlə imtahana çəkilənə; bəndələrə doğru yolu göstərən, şəhərlərin bərəkəti, rəhmətinin məkanı və hikmətinin əmanətdarına; Cənnətinə tərəf aparana, məxluqatının arasındakı alim və yaradılmışlar arasındakı bələdçiyə; o kəsə ki, ondan razısan, onu seçmisən, ümməti arasında Peyğəmbərinin canişinliyinə onu seçmisən və ona şəriətini qorumağı lazım bilmisən. Beləliklə, o, təkcə özü canişinlik yükünü çiyninə aldı, onun (məsuliyyətini) daşımağı öhdəsinə götürdü. Heç bir çətinlikdə büdrəmədi və heç bir çətin iş qarşısında aciz qalmadı. Əksinə, hər bir kədəri aradan qaldırdı, hər təfriqənin qarşısını aldı və öz vəzifəsini yerinə yetirdi. Ey Allahım, necə ki, Peyğəmbərinin gözünü onunla aydın etmisən, elə isə, onu da Peyğəmbərinin dərəcəsinə çatdır və Öz dərgahında onun mükafatını çox et. Ona salam göndər və bizim tərəfimizdən ona salam çatdır. Onun dostluğu vasitəsilə Öz dərgahından bizə lütf, ehsan, bağışlanma və razılıq əta et. Çünki Sən böyük lütf sahibisən.
وَ صَلِّ عَلٰى حُجَّتِكَ الْوَفِيِّ
وَ اَمِيْنِكَ الْمُرْتَضٰى
وَ صِرَاطِكَ الْمُسْتَقِيْمِ
وَ الْجَآدَّةِ الْعُظْمٰى
وَ الطَّرِيْقَةِ الْوُسْطٰى
نُوْرِ قُلُوْبِ الْمُؤْمِنِيْنَ
وَ وَلِيِّ الْمُتَّقِيْنَ
وَ صَاحِبِ الْمُخْلَصِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
وَ صَلِّ عَلٰى عَلِيِّ بْنِ مُحَمَّدٍ
۟اِلرَّاشِدِ الْمَعْصُوْمِ مِنَ الزَّلَلِ
وَ الطَّاهِرِ مِنَ الْخَلَلِ
وَ الْمُنْقَطِعِ اِلَيْكَ بِالْاَمَلِ
وَ الْمُخْتَبَرِ بِالْمِحَنِ
وَ الْمُمْتَحَنِ بِحُسْنِ الْبَلْوٰى
وَ مُسْتَوْدَعِ حِكْمَتِكَ
وَ الْقَاۤئِدِ اِلٰى جَنَّتِكَ
الْعَالِمِ فِيْ بَرِيَّتِكَ
وَ الْهَادِيْ فِيْ خَلِيْقَتِكَ
الَّذِي ارْتَضَيْتَهُ وَ انْتَجَبْتَهُ
وَ اخْتَرْتَهُ لِمَقَامِ رَسُوْلِكَ فِيْ اُمَّتِهِ
وَ اَلْزَمْتَهُ حِفْظَ شَرِيْعَتِهِ
فَاسْتَقَلَّ بِاَعْبَاۤءِ الْوَصِيَّةِ
وَ مُضْطَلِعًا بِحَمْلِهَا
لَمْ يَعْثُرْ فِيْ مُشْكِلٍ
وَ لَا هَفَا فِيْ مُعْضِلٍ
اَللّٰهُمَّ فَكَمَا اَقْرَرْتَ نَاظِرَ نَبِيِّكَ بِهِ
فَرَقِّهِ [فَارْفَعْ] دَرَجَتَهُ
وَ اَجْزِلْ لَدَيْكَ مَثُوْبَتَهُ
وَ بَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلَامًا
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ مُوَالَاتِهِ فَضْلًا وَ اِحْسَانًا
وَ مَغْفِرَةً وَ رِضْوَانًا
اِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيْمِ۔
Sonra ziyarət namazı qıl. Namazdan sonra de:
يَاۤ ذَا الْقُدْرَةِ الْجَامِعَةِ
Ey Allahım, ey hər şeyi əhatə edən qüdrət, vüsətli rəhmət, davamlı minnət, ardıcıl nemət, əzəmətli ehsan və çoxlu bəxşiş sahibi! Məhəmmədə və doğru danışan Ali-Məhəmmədə salam göndər; istəklərimi mənə əta et, pərakəndə işlərimi qaydaya sal, pərişanlığımı aradan qaldır, əməlimi pakizə et, hidayət olunduqdan sonra qəlbimi (haqq yoldan) azdırma, qədəmlərimi (haqq yoldan) büdrətmə, məni heç vaxt bir göz qırpımı qədər belə öz başıma buraxma, (rəhmətinə olan) ümidimi qırma, eyibimi aşkar etmə, abır pərdəmi yırtma, məni vəhşətə salma və məyus etmə; mənə qarşı mehr-məhəbbətli və mehriban ol, məni hidayət et, məni pakizə və pak et, məni xalis et və seç, məni xilas et və mənə nicat ver, işlərimi qaydaya sal və (əmrlərini yerinə yetirməkdə) məni möhkəm et; məni Öz dərgahına yaxın et və Özündən uzaq etmə, mənə lütf et və cəfa rəva görmə, məni girami et və xar etmə; Səndən dilədiyim istəklərdən məni məhrum etmə və Səndən dilədiklərimi mənim üçün həyata keçir. Rəhmətinə xatir et rəhimlilərin ən rəhimlisi. Səndən istəyirəm kərim zatının hörmətinə xatir, Peyğəmbərin Məhəmmədin – salam olsun ona və xanidanına – hörmətinə xatir, Peyğəmbərininin Əhli-beyti olan Əmirəl-möminin Əlinin, Həsən və Hüseynin, Əlinin, Məhəmmədin, Cəfərin, Musanın, Əlinin, Məhəmmədin, Əlinin, Həsənin və Baqi canişinin – Sənin salamın və bərəkətin olsun onlara – hörmətinə xatir ki, onların hamısına salam göndərəsən; əmrinlə onların Qaiminin fərəcini tezləşdirəsən, ona kömək edəsən, onun köməyi ilə dininə kömək edəsən, bizi onun əli ilə nicat tapanlardan və ona ixlasla itaət edənlərdən qərar verəsən. Onların haqqına xatir Səndən istəyirəm ki, istəyimi qəbul edəsən, diləyimi həyata keçirəsən, arzu və istəklərimi mənə əta edəsən, məni zəhmətə salan dünya və axirət işlərində mənə kifayət edəsən. Ey rəhimlilərin ən rəhimlisi! Ey nur, ey bürhan, ey nur bəxş edən, ey aşkar edən, ey mənim Rəbbim! Məni şər varlıqların şərindən və dövranın bəlalarından qoru. Surun çalındığı gün mənə nicat verməyini Səndən istəyirəm.
وَ الرَّحْمَةِ الْوَاسِعَةِ
وَ الْمِنَنِ الْمُتَتَابِعَةِ
وَ الْاٰلَاۤءِ الْمُتَوَاتِرَةِ
وَ الْاَيَادِي الْجَلِيْلَةِ
وَ الْمَوَاهِبِ الْجَزِيْلَةِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ ۟اِلصَّادِقِيْنَ
وَ لَا تُزِغْ قَلْبِيْ بَعْدَ اِذْ هَدَيْتَنِيْ
وَ لَا تُزِلْ [تُزِلَ] قَدَمِيْ
وَ لَا تَكِلْنِيْ اِلٰى نَفْسِيْ طَرْفَةَ عَيْنٍ اَبَدًا
وَ لَا تُخَيِّبْ طَمَعِيْ
وَ لَا تُوْحِشْنِيْ وَ لَا تُؤْيِسْنِيْ
وَ كُنْ بِيْ رَؤُفًا رَحِيْمًا
وَ اهْدِنِيْ وَ زَكِّنِيْ
وَ طَهِّرْنِيْ وَ صَفِّنِيْ
وَ اصْطَفِنِيْ وَ خَلِّصْنِيْ وَ اسْتَخْلِصْنِيْ
وَ اصْنَعْنِيْ وَ اصْطَنِعْنِيْ
وَ قَرِّبْنِيۤ اِلَيْكَ وَ لَا تُبَاعِدْنِيْ مِنْكَ
وَ الْطُفْ بِيْ وَ لَا تَجْفُنِيْ
وَ اَكْرِمْنِيْ وَ لَا تُهِنِّيْ
وَ مَا اَسْاَلُكَ فَلَا تَحْرِمْنِيْ
وَ مَا لَا اَسْاَلُكَ فَاجْمَعْهُ لِيْ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
وَ اَسْاَلُكَ بِحُرْمَةِ وَجْهِكَ الْكَرِيْمِ
وَ بِحُرْمَةِ نَبِيِّكَ مُحَمَّدٍ
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
وَ بِحُرْمَةِ اَهْلِ بَيْتِ رَسُوْلِكَ
اَمِيْرِ الْمُؤْمِنِيْنَ عَلِيٍّ
وَ الْحَسَنِ وَ الْحُسَيْنِ
صَلَوَاتُكَ وَ بَرَكَاتُكَ عَلَيْهِمْ
اَنْ تُصَلِّيَ عَلَيْهِمْ اَجْمَعِيْنَ
وَ تُعَجِّلَ فَرَجَ قَاۤئِمِهِمْ بِاَمْرِكَ
وَ تَنْصُرَهُ وَ تَنْتَصِرَ بِهِ لِدِيْنِكَ
وَ تَجْعَلَنِيْ فِيْ جُمْلَةِ النَّاجِيْنَ بِهِ
وَ الْمُخْلِصِيْنَ فِيْ طَاعَتِهِ
وَ اَسْاَلُكَ بِحَقِّهِمْ
لَمَّا اسْتَجَبْتَ لِيْ دَعْوَتِيْ
وَ قَضَيْتَ [لِيْ] حَاجَتِيْ
وَ اَعْطَيْتَنِيْ سُؤْلِيْ
وَ كَفَيْتَنِيْ مَا اَهَمَّنِيْ
مِنْ اَمْرِ دُنْيَايَ وَ اٰخِرَتِيْ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا مُنِيْرُ يَا مُبِيْنُ
يَا رَبِّ اكْفِنِيْ شَرَّ الشُّرُوْرِ
يَوْمَ يُنْفَخُ فِيْ الصُّوْرِ۔
Sonra Allahdan öz istəklərini dilə və bu duanı çox oxu:
يَا عُدَّتِيْ عِنْدَ الْعَدَدِ [الْعُدَدِ]
Ey azuqələr arasında mənim azuqəm, ey mənim ümidim və dayağım, ey mənim sığınacaq və söykənəcək yerim, ey yeganə, ey tək, ey o kəs ki, demisən: "Allah təkdir." Ey Allahım, Səndən istəyirəm məxluqatının arasından (seçdiyin) məxluqatın haqqına xatir ki, – belə ki, məxluqatının arasında onlar kimisini qərar verməmisən – onların hamısına salam göndərəsən və mənim barəmdə belə və belə edəsən.
وَ يَا رَجَاۤئِيْ وَ الْمُعْتَمَدَ
وَ يَا كَهْفِيْ وَ السَّنَدَ
وَ يَا قُلْ هُوَ اللّٰهُ اَحَدٌ
اَسْاَلُكَ اللّٰهُمَّ بِحَقِّ مَنْ خَلَقْتَ
مِنْ خَلْقِكَ وَ لَمْ تَجْعَلْ فِيْ خَلْقِكَ مِثْلَهُمْ اَحَدًا
صَلِّ عَلٰى جَمَاعَتِهِمْ...
"Belə və belə" sözünün yerinə öz istəklərini de.
Belə ki, o həzrət buyurmuşdur: "Mən Allahdan istəmişəm ki, mənim hərəmimdə bu duanı oxuyan kəsi naümid geri qaytarmasın."