ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ƏHD DUASI
İmam Sadiq (ə) buyurmuşdur ki, hər kim qırx gün sübh vaxtı bu duanı oxusa, İmam Zamanın (ə.f) köməkçilərindən olar. Heç şübhəsiz, bu kimi dualar o şəxslər xüsusunda təsirli olar ki, İmam Zamanın (ə.f) əsgəri olmaq üçün lazım gələn şərtləri kəsb etmişlər, özlərini islah etdikdən sonra cəmiyyətin islahı üçün çalışırlar, o həzrətin dostları sırasında olmaq ləyaqətini əldə etmişlər. Sonra da bu duanı oxumaqla İmam Zamanın (ə.f) xidmətində olmaq üçün zəmanət əldə edirlər. Bu dua "Məzar-Kəbir", "Misbahuz-zair" və "Biharul-ənvar"da cüzi fərqlərlə qeyd olunmuşdur.
Biz isə bu duanı geniş yayılan nüsxəyə istinadən nəql edirik:
اَللّٰهُمَّ رَبَّ النُّوْرِ الْعَظِيْمِ
Ey Allahım, ey əzəmətli nurun rəbbi, ey uca kürsinin rəbbi, ey təlatümlü dəryanın rəbbi, ey Tövratı, İncili və Zəburu nazil edən, ey kölgənin və isti küləyin rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, peyğəmbərlərin və elçilərin rəbbi! Ey Allahım, Səndən istəyirəm kərim zatının, nurlu camalının nurunun və qədim hökmranlığının haqqına xatir, ey həyy, ey əbədi; Səndən istəyirəm o adına xatir ki, onunla göylər və yerlər işıqlanmışlar və o adına xatir ki, onunla keçmişdəkilər və gələcəkdəkilər saleh olmuşlar; ey hər diridən öncə diri olan, ey bütün dirilərdən sonra diri olan, ey heç bir diri mövcud olmadığı zaman diri olan, ey ölüləri dirildən və diriləri öldürən, ey o diri ki, Səndən qeyri İlah yoxdur! Ey Allahım, mövlamıza - hidayət edən, hidayət olunmuş və Sənin əmrinlə ayağa qalxan İmama – Allahın salamları olsun ona və onun pak atalarına – yerin şərqində və qərbində, dərələrində və dağlarında, quruda və dəryalarda olan bütün mömin və möminələr tərəfindən, həmçinin mənim və valideynlərim tərəfindən Allahın ərşinin ağırlığı, kəlmələrinin sayı, elmində saya gələn və Kitabının əhatə etdiyi hər şey qədər salamlar göndər. Ey Allahım, mən bu gün sübh və ömrümün ötən günlərində onun mənim boynumda olan əhd-peymanını və beyətini təzələyirəm; ondan əsla üz döndərmərəm və əl çəkmərəm. Ey Allahım, məni onun köməkçilərindən, yavərlərindən, müdafiəçilərindən, onun istəklərini həyata keçirmək üçün tələsənlərdən, əmrlərinə itaət edənlərdən, onu himayə edənlərdən, onun istəklərini yerinə yetirməkdə önə keçənlərdən, onun qarşısında şəhid olmaq istəyənlərdən qərar ver. Ey Allahım, əgər bəndələrin üçün qəti tale qərar verdiyin ölüm mənimlə onun arasında ayrılıq salarsa, onda məni qəbrimdən kəfənlə xaric et və mən sivrilmiş qılınc, hazırlanmış nizə ilə şəhər və kənddə o İmamın çağırışına ləbbeyk deyim. Ey Allahım, o mükəmməl camalı və mədh olunan üzüağı mənə göstər; ona nəzər salmaqla gözlərimi aydın et; onun fərəcini tezləşdir, qiyamını asanlaşdır, yolunu açıq et, məni onun yoluna hidayət et, əmrlərini keçərli et, ona kömək et. Ey Allahım, onun vasitəsilə şəhərləri abad et, bəndələrini dirilt, çünki Sən belə buyurmusan və Sənin sözün haqqdır: "İnsanların əməlləri ucbatından səhralarda və dəryalarda fəsad aşkar oldu." Ey Allahım, Öz vəlini və Sənin elçinlə adı eyni olan, Peyğəmbərinin qızının övladını bizim üçün zahir et. Ta ki, hər batilə qələbə çalsın və batili darmadağın etsin, haqqı haqq sahibinə qaytarsın və bunu həyata keçirsin. Ey Allahım, onu məzlum bəndələrinin sığınacağı, Səndən başqa bir köməyi olmayanların köməyi, Kitabının kənara qoyulmuş hökmlərini yenidən bərpa edən, dinin nişanələrini və Peyğəmbərinin – Allahın salamı olsun ona və xanidanına – sünnəsini möhkəmləndirən qərar ver. Ey Allahım, onu düşmənlərinin təhlükəsindən qoruduğun kəslərdən qərar ver. Ey Allahım, Peyğəmbərini – Allahın salamı olsun ona və xanidanına – və onun dəvətinin ardınca gedənləri onun görüşü ilə sevindir; sonra da bizim bu çarəsizliyimizə rəhm et. Ey Allahım, onun zühuru ilə bu qəm-qüssəni bu ümmətdən uzaqlaşdır, onun zühurunu bizim üçün tezləşdir, (çünki Sən buyurmusan:) "Onlar həmin günü uzaq görürlər və biz onu yaxın görürük." Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ رَبَّ الْكُرْسِيِّ الرَّفِيْعِ
وَ رَبَّ الْبَحْرِ الْمَسْجُوْرِ
وَ مُنْزِلَ التَّوْرَاةِ وَ الْاِنْجِيْلِ وَ الزَّبُوْرِ
وَ رَبَّ الظِّلِّ وَ الْحَرُوْرِ
وَ مُنْزِلَ الْقُرْاٰنِ الْعَظِيْمِ
وَ رَبَّ الْمَلَاۤئِكَةِ الْمُقَرَّبِيْنَ
وَ الْاَنْبِيَاۤءِ وَ الْمُرْسَلِيْنَ
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِوَجْهِكَ الْكَرِيْمِ
وَ بِنُوْرِ وَجْهِكَ الْمُنِيْرِ
وَ مُلْكِكَ الْقَدِيْمِ
يَا حَيُّ يَا قَيُّوْمُ
اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيۤ اَشْرَقَتْ بِهِ السَّمَاوَاتُ وَ الْاَرَضُوْنَ
وَ بِاسْمِكَ الَّذِيْ يَصْلَحُ بِهِ الْاَوَّلُوْنَ وَ الْاٰخِرُوْنَ
يَا حَيًّا قَبْلَ كُلِّ حَيٍّ
وَ يَا حَيًّا بَعْدَ كُلِّ حَيٍّ
وَ يَا حَيًّا حِيْنَ لَا حَيَّ
يَا مُحْيِيَ الْمَوْتٰى وَ مُمِيْتَ الْاَحْيَاۤءِ
يَا حَيُّ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ۔
اَللّٰهُمَّ بَلِّغْ مَوْلَانَاالْاِمَامَ الْهَادِيَ الْمَهْدِيَّ الْقَاۤئِمَ بِاَمْرِكَ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ وَ عَلٰىۤ اٰبَاۤئِهِ الطَّاهِرِيْنَ
عَنْ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
فِيْ مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا
سَهْلِهَا وَ جَبَلِهَا
وَ بَرِّهَا وَ بَحْرِهَا
وَ عَنِّيْ وَ عَنْ وَالِدَيَّ
مِنَ الصَّلَوَاتِ زِنَةَ عَرْشِ اللّٰهِ
وَ مِدَادَ كَلِمَاتِهِ
وَ مَاۤ اَحْصَاهُ عِلْمُهُ وَ اَحَاطَ بِهِ كِتَابُهُ
اَللّٰهُمَّ اِنِّيۤ اُجَدِّدُ لَهُ فِيْ صَبِيْحَةِ يَوْمِيْ هٰذَا
وَ مَا عِشْتُ مِنْ اَيَّامِيْ
عَهْدًا وَ عَقْدًا وَ بَيْعَةً لَهُ فِيْ عُنُقِيْ
لَاۤ اَحُوْلُ عَنْهَا وَ لَا اَزُوْلُ اَبَدًا
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِنْ اَنْصَارِهِ
وَ اَعْوَانِهِ وَ الذَّآبِّيْنَ عَنْهُ
وَ الْمُسَارِعِيْنَ اِلَيْهِ فِيْ قَضَاۤءِ حَوَاۤئِجِهِ
وَ الْمُمْتَثِلِيْنَ لِاَوَامِرِهِ‏
وَ الْمُحَامِيْنَ عَنْهُ
وَ السَّابِقِيْنَ اِلٰۤى اِرَادَتِهِ
وَ الْمُسْتَشْهَدِيْنَ بَيْنَ يَدَيْهِ
اَللّٰهُمَّ اِنْ حَالَ بَيْنِيْ وَ بَيْنَهُ الْمَوْتُ الَّذِيْ جَعَلْتَهُ عَلٰى عِبَادِكَ حَتْمًا مَقْضِيًّا،
فَاَخْرِجْنِيْ مِنْ قَبْرِيْ مُؤْتَزِرًا كَفَنِيْ
شَاهِرًا سَيْفِيْ
مُجَرِّدًا قَنَاتِيْ
مُلَبِّيًا دَعْوَةَ الدَّاعِيْ فِي الْحَاضِرِ وَ الْبَادِيۤ
اَللّٰهُمَّ اَرِنِي الطَّلْعَةَ الرَّشِيْدَةَ
وَ الْغُرَّةَ الْحَمِيْدَةَ
وَ اكْحُلْ نَاظِرِيْ بِنَظْرَةٍ مِنِّيۤ اِلَيْهِ
وَ عَجِّلْ فَرَجَهُ
وَ سَهِّلْ مَخْرَجَهُ
وَ اَوْسِعْ مَنْهَجَهُ
وَ اسْلُكْ بِيْ مَحَجَّتَهُ
وَ اَنْفِذْ اَمْرَهُ
وَ اشْدُدْ اَزْرَهُ
وَ اعْمُرِ اللّٰهُمَّ بِهِ بِلَادَكَ
وَ اَحْيِ بِهِ عِبَادَكَ
فَاِنَّكَ قُلْتَ وَ قَوْلُكَ الْحَقُّ
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَ الْبَحْرِ
بِمَا كَسَبَتْ اَيْدِيْ النَّاسِ
فَاَظْهِرِ اللّٰهُمَّ لَنَا وَلِيَّكَ
وَ ابْنَ بِنْتِ نَبِيِّكَ
الْمُسَمّٰى بِاسْمِ رَسُوْلِكَ،
حَتّٰى لَا يَظْفَرَ بِشَيْ‏ءٍ مِنَ الْبَاطِلِ اِلَّا مَزَّقَهُ
وَ يُحِقَّ الْحَقَّ وَ يُحَقِّقَهُ
وَ اجْعَلْهُ اللّٰهُمَّ مَفْزَعًا لِمَظْلُوْمِ عِبَادِكَ
وَ نَاصِرًا لِمَنْ لَا يَجِدُ لَهُ نَاصِرًا غَيْرَكَ
وَ مُجَدِّدًا لِمَا عُطِّلَ مِنْ اَحْكَامِ كِتَابِكَ
وَ مُشَيِّدًا لِمَا وَرَدَ مِنْ اَعْلَامِ دِيْنِكَ وَ سُنَنِ نَبِيِّكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ اجْعَلْهُ اَللّٰهُمَّ مِمَّنْ حَصَّنْتَهُ مِنْ بَأْسِ الْمُعْتَدِيْنَ
اَللّٰهُمَّ وَ سُرَّ نَبِيَّكَ مُحَمَّدًا
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
بِرُؤْيَتِهِ وَ مَنْ تَبِعَهُ عَلٰى دَعْوَتِهِ
وَ ارْحَمِ اسْتِكَانَتَنَا بَعْدَهُ
اَللّٰهُمَّ اكْشِفْ هٰذِهِ الْغُمَّةَ عَنْ هٰذِهِ الْاُمَّةِ بِحُضُوْرِهِ
وَ عَجِّلْ لَنَا ظُهُوْرَهُ
اِنَّهُمْ يَرَوْنَهُ بَعِيْدًا وَ نَرَاهُ قَرِيْبًا
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra üç dəfə əlini buduna vur və hər dəfədə belə de:
اَلْعَجَلَ اَلْعَجَلَ يَا مَوْلَايَ يَا صَاحِبَ الزَّمَانِ
Tez gəl, tez gəl, ey Ağam, ey Sahib əz-Zəman.