SAHİBƏZ-ZAMANIN (Ə.F) DUASI
Seyid ibn Tavus deyir: İmam Mehdinin (ə) ziyarətgahından çıxmaq istədikdə, müqəddəs sərdabəyə qayıt və orada istədiyin qədər namaz qıl. Sonra ayağa qalxıb üzünü qiblə tərəfə çevir və bu cümləylə başlayan duanı oxu:
اَللّٰهُمَّ ادْفَعْ عَنْ وَلِيِّكَ۔۔۔
Ey Allahım, Öz vəlini,...
Həmin duanı Yunis ibn Əbdur-Rəhman İmam Rzadan (ə) nəql edir: İmam Rza (ə) belə buyurdu: "Sahibəz-Zamana (Həzrət Məhdini) (ə.f) bu dua ilə dua edin:
اَللّٰهُمَّ ادْفَعْ عَنْ وَلِيِّكَ
Ey Allahım, Öz vəlini, xəlifəni, məxluqatına olan hüccətini, danışan dilini, hikmətinlə danışanı, izninlə görən gözləri, bəndələrinə olan şahidi, mücahid şəxsiyyəti, Sənə sığınanı və Sənin dərgahına ibadət edəni müdafiə et; ona yaratdığın, vücuda gətirdiyin, böyütdüyün və surət bəxş etdiyin hər bir şeyin şərindən pənah ver; onu öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan mühafizə et: elə bir mühafizə ki, hər kimi onunla mühafizə etmisənsə mühafizə olunubdur; onu qorumaqla Öz elçini və onun atalarını – hansı ki, onlar Sənin imamlarındır - və dinin dayaqlarını qoru; onu aradan getməyən əmanətlərdə, mühafizəyə ehtiyacı olmayan dərgahında, yenilməz mühafizən və izzətində qərar ver; onu Öz himayəndə qərar ver, elə bir himayə ki, onun altında olanlar sui-qəsdə məruz qalmırlar; onu böyük köməkliyinlə qalib et, qalib qoşunlarınla onu qüvvətləndir, qüdrətinlə onu qüdrətləndir və mələkləri onunla birgə et; dostlarını dost və düşmənlərini düşmən tut; möhkəm zirehini ona geyindir və mələklərlə onun ətrafını yaxşıca əhatə et. Ey Allahım, onun vasitəsilə ixtilafları azalt, təfriqələri aradan qaldır, zülm və sitəmi öldür, ədaləti zahir et, uzun ömrü ilə yer üzünü zinətləndir; köməyinlə onu qüvvətləndir, (düşmənlərinin qəlbində) qorxu yaratmaqla ona kömək et, onun köməkçilərini qüvvətləndir və onu zəiflədənləri xar et; onun düşmənlərini məhv et və ona xəyanət edənlərin kökünü kəs; onun vasitəsilə küfrün tüğyankarlarını, sərkərdələrini və sütunlarını öldür; onun vasitəsilə azğınlıq başçılarını, bidət gətirənləri, sünnəni məhv edənləri və batili gücləndirənləri əz; onun vasitəsilə zorakıları xar et, yerin şərqində və qərbində, quruda və dəryada, dərədə və dağda olan bütün kafirləri və dinsizləri həlak et; ta ki, onlardan kimsəni sağ qoymayasan və izlərini itirəsən. Ey Allahım, Öz şəhərlərini onlardan təmizlə və bəndələrini onların əlindən xilas et; onun vasitəsilə möminlərə izzət bəxş et, peyğəmbərlərin sünnələrini və məhv edilmiş ehkamlarını həyata qaytar; onun vasitəsilə dinindən məhv edilən, unudulan və dəyişdirilən hökmləri yenidən bərpa et; ta ki, onun vasitəsilə və onun əli ilə Öz dinini yeni, xalis və düzgün edəsən, bir halda ki, onda heç bir əyrilik və bidət olmasın; ta ki, onun ədaləti ilə zülmün qaranlıqlarını aydınlaşdırasan, küfr atəşini söndürəsən, haqqın yerini və tanınmaz ədaləti aydınlaşdırasan. Çünki o, Sənin həmin bəndəndir ki, onu Özün üçün xalis etmisən, qeyb aləmin üçün seçmisən, günahlardan məsum etmisən, eyiblərdən uzaq etmisən, çirkinliklərdən pak və pakizə etmisən. Ey Allahım, biz onun üçün Qiyamət günündə və "böyük hadisə"nin baş verdiyi gündə şəhadət veririk ki, həqiqətən o, heç bir günah işlətməmiş, heç bir sapqınlığı olmamış, itaətsizlik etməmiş, heç bir vacibatı tərk etməmiş, heç bir haram işi yerinə yetirməmiş, heç bir fərizəni və qanunu dəyişdirməmişdir; həqiqətən o, hidayət edən, hidayət olunmuş, pakizə, təqvalı, pak, razı qalan və xalisdir. Ey Allahım, onun gözünün aydınlığına və sevincinə səbəb olan hər şeyi ona, xanidanına, övladlarına, nəslinə, ümmətinə və bütün ardıcıllarına əta et; bütün uzaq və yaxın, güclü və zəif ölkələrin hökmranlığını onun üçün cəm et; ta ki, onun hökmünü bütün əmrlərə qalib edəsən və həqqaniyyəti ilə onu batilə qalib edəsən. Ey Allahım, bizi onun əli ilə hidayət və səadət yoluna, qabağa keçənlərin geri qayıtdıqları və geri qalanların özlərini ona çatdırdıqları yola yönəlt; ona itaət etməkdə bizə qüvvə ver və onun kənarında olmaqda bizi sabitqədəm et; onun davamçılarından olmağımızla bizə minnət qoy; bizi onun dəstəsində qərar ver: o dəstə ki, onun əmri ilə qiyam edir, onunla birlikdə səbir edir, onun nəsihəti ilə Sənin razılığını istəyirlər; ta ki, Qiyamət günündə bizi onun köməkçilərinin, yavərlərinin, hökmranlığını qüvvətləndirənlərin zümrəsində məhşur et. Ey Allahım, bütün bunları bizim üçün hər bir şəkk-şübhədən, riyadan və şöhrətpərəstlikdən xalis et; ta ki, bunlar vasitəsilə Səndən qeyrisinə etimad etməyək və Səndən qeyrisini axtarmayaq; ta ki, bizi onun məkanına çatdırasan, bizi Cənnətdə onunla birlikdə edəsən, bizi yorğunluq, əzginlik və süstlükdən uzaq edəsən; bizi Öz dininin yavərlərindən və vəlinin qələbəsinə aşiqlərdən qərar verəsən; bizim yerimizə başqasını gətirmə, çünki bizim yerimizə başqasını gətirmək Sənin üçün asandır, lakin bu iş bizim üçün çox ağırdır. Ey Allahım, onun canişinlərinə və ondan sonrakı imamlara salam göndər; onları arzularına çatdır, ömürlərini uzun et, köməkçilərinə izzət bəxş et, onlara həvalə etdiyin hökumət işlərini kamil et və onların dirəklərini möhkəm et; bizi onların köməkçilərindən və Sənin dininin yavərlərindən qərar ver; çünki onlar Sənin kəlmələrinin xəzinəsi, elminin xəzinədarları, tövhidinin sütunları, dininin dayaqları, hökumətinin məmurları, Sənin xalis bəndələrin, məxluqatının arasından seçdiklərin, Sənin övliyaların və övliyalarının övladları, Sənin Peyğəmbərinin övladları arasından seçdiyin kimsələrdir. Allahın salamı, rəhməti və bərəkəti olsun onlara.
وَخَلِيْفَتِكَ، وَحُجَّتِكَ عَلٰى خَلْقِكَ
وَلِسَانِكَ الْمُعَبِّرِ عَنْكَ
اَلنَّاطِقِ بِحِكْمَتِكَ،
وَعَيْنِكَ النَّاظِرَةِ باِذْنِكَ،
وَشَاهِدِكَ عَلٰى عِبَادِكَ،
الْجَحْجَاحِ الْمُجَاهِدِ،
الْعَاۤئِذِ بِكَ الْعَابِدِ عِنْدَكَ۔
وَاَعِذْهُ مِنْ شَرِّ جَمِيْعِ مَا خَلَقْتَ وَبَرَاْتَ،
وَاَنْشَاْتَ وَصَوَّرْتَ،
وَاحْفَظْهُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ،
وَعَنْ يَمِيْنِهِ وَعَنْ شِمَالِهِ،
وَمِنْ فَوْقِهِ وَمِنْ تَحْتِهِ
بِحِفْظِكَ الَّذِيْ لَايَضِيْعُ مَنْ حَفِظْتَهُ بِهِ،
وَاحْفَظْ فِيْهِ رَسُوْلَكَ وَاٰبَاۤءَهُ،
اَئِمَّتَكَ وَدَعَاۤئِمَ دِيْنِكَ۔
وَاجْعَلْهُ فِيْ وَدِيْعَتِكَ الَّتِيْ لَاتَضِيْعُ،
وَفِيْ جِوَارِكَ الَّذِيْ لَايُخْفَرُ،
وَفِيْ مَنْعِكَ وَعِزِّكَ الَّذِيْ لَايُقْهَرُ،
وَاٰمِنْهُ بِاَمَانِكَ الْوَثِيْقِ،
الَّذِيْ لَايُخْذَلُ مَنْ اٰمَنْتَهُ بِهِ،
وَاجْعَلْهُ فِيْ كَنَفِكَ
الَّذِيْ لَايُرَامُ مَنْ كَانَ فِيْهِ،
وَانْصُرْهُ بِنَصْرِكَ الْعَزِيْزِ،
وَاَيِّدْهُ بِجُنْدِكَ الْغَالِبِ،
وَاَرْدِفْهُ بِمَلَاۤئِكَتِكَ،
وَاَلْبِسْهُ دِرْعَكَ الْحَصِيْنَةَ،
وَحُفَّهُ بِالْمَلَاۤئِكَةِ حَفًّا۔
اَللّٰهُمَّ اشْعَبْ بِهِ الصَّدْعَ،
وَارْتُقْ بِهِ الْفَتْقَ،
وَاَظْهِرْ بِهِ الْعَدْلَ،
وَزَيِّنْ بِطُوْلِ بَقَاۤئِهِ الْاَرْضَ،
وَدَمْدِمْ مَنْ نَصَبَ لَهُ،
وَاقْتُلْ بِهِ جَبَابِرَةَ الْكُفْرِ، وَعَمَدَهُ وَدَعَاۤئِمَهُ،
وَاقْصِمْ بِهِ رُؤُوْسَ الضَّلَالَةِ وَشَارِعَةَ الْبِدَعِ،
وَمُمِيْتَةَ السُّنَّةِ، وَمُقَوِّيَةَ الْبَاطِلِ،
وَذَلِّلْ بِهِ الْجَبَّارِيْنَ،
وَاَبِرْ بِهِ الْكَافِرِيْنَ وَجَمِيْعَ الْمُلْحِدِيْنَ،
فِيْ مَشَارِقِ الْاَرْضِ وَمَغَارِبِهَا،
حَتّٰى لَاتَدَعَ مِنْهُمْ دَيَّارًا،
وَلَاتُبْقِيَ لَهُمْ اٰثارًا۔
اَللّٰهُمَّ طَهِّرْ مِنْهُمْ بِلَادَكَ،
وَاشْفِ مِنْهُمْ عِبَادَكَ،
وَاَعِزَّ بِهِ الْمُؤْمِنِيْنَ،
وَاَحْيِ بِهِ سُنَنَ الْمُرْسَلِيْنَ،
وَدَارِسَ حُكْمِ النَّبِيِّيْنَ،
وَجَدِّدْ بِهِ مَا امْتَحٰى مِنْ دِيْنِكَ،
حَتّٰى تُعِيْدَ دِيْنَكَ بِهِ، وَعَلٰى يَدَيْهِ جَدِيْدًا
غَضًّا مَحْضًا صَحِيْحًا،
لَاعِوَجَ فِيْهِ، وَلَا بِدْعَةَ مَعَهُ،
وَحَتّٰى تُنِيْرَ بِعَدْلِهِ ظُلَمَ الْجَوْرِ،
وَتُطْفِئَ بِهِ نِيْرَانَ الْكُفْرِ،
وَتُوْضِحَ بِهِ مَعَاقِدَ الْحَقِّ
فَاِنَّهُ عَبْدُكَ الَّذِيْ اسْتَخْلَصْتَهُ لِنَفْسِكَ،
وَاصْطَفَيْتَهُ عَلٰى غَيْبِكَ،
وَعَصَمْتَهُ مِنَ الذُّنُوْبِ،
وَبَرَاْتَهُ مِنَ الْعُيُوْبِ،
وَطَهَّرْتَهُ مِنَ الرِّجْسِ،
وَسَلَّمْتَهُ مِنَ الدَّنَسِ۔
اَللّٰهُمَّ فَاِنَّا نَشْهَدُ لَهُ يَوْمَ الْقِيَامَةِ،
وَيَوْمَ حُلُوْلِ الطَّآمَّةِ،
اَنَّهُ لَمْ يُذْنِبْ ذَنْبًا
وَلَمْ يَرْتَكِبْ مَعْصِيَةً،
وَلَمْ يُضَيِّعْ لَكَ طَاعَةً،
وَلَمْ يَهْتِكْ لَكَ حُرْمَةً،
وَلَمْ يُبَدِّلْ لَكَ فَرِيْضَةً،
وَلَمْ يُغَيِّرْ لَكَ شَرِيْعَةً،
وَاَنَّهُ الْهَادِى الْمُهْتَدِيْ
النَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ۔
اَللّٰهُمَّ اَعْطِهِ فِيْ نَفْسِهِ
وَذُرِّيَّتِهِ، وَاُمَّتِهِ
مَا تُقِرُّ بِهِ عَيْنَهُ،
وَتَجْمَعَ لَهُ مُلْكَ الْمُمْلَكَاتِ كُلِّهَا،
قَرِيْبِهَا وَبَعِيْدِهَا،
وَعَزِيْزِهَا وَذَلِيْلِهَا،
حَتّٰى تُجْرِيَ حُكْمُهُ عَلٰى كُلِّ حُكْمٍ،
وَتَغْلِبَ بِحَقِّهِ عَلٰي كُلِّ بَاطِلٍ۔
اَللّٰهُمَّ اسْلُكْ بِنَا عَلٰى يَدَيْهِ
وَالْمَحَجَّةَ الْعُظْمٰى،
وَالطَّرِيْقَةَ الْوُسْطٰى،
الَّتِيْ يَرْجِعُ اِلَيْهَا الْغَالِيْ،
وَيَلْحَقُ بِهَا التَّالِيْ،
وَقَوِّنَا عَلٰى طَاعَتِهِ،
وَثَبِّتْنَا عَلٰى مُشَايَعَتِهِ،
وَامْنُنْ عَلَيْنَا بِمُتَابَعَتِهِ،
وَاجْعَلْنَا فِيْ حِزْبِهِ الْقَوَّامِيْنَ بِاَمْرِهِ،
الطَّالِبِيْنَ رِضَاكَ بِمُنَاصَحَتِهِ،
حَتّٰى تَحْشُرَنَا يَوْمَ الْقِيَامَةِ فِيۤ اَنْصَارِهِ
وَاَعْوَانِهِ وَمُقَوِّيَةِ سُلْطَانِهِ۔
اَللّٰهُمَّ وَاجْعَلْ ذٰلِكَ لَنَا
خَالِصًا مِنْ كُلِّ شَكٍّ وَشُبْهَةٍ
حَتّٰى لَانَعْتَمِدَ بِهِ غَيْرَكَ،
وَلَانَطْلُبَ بِهِ الَّاوَجْهَكَ،
وَحَتّٰى تُحِلَّنَا مَحَلَّهُ،
وَتَجْعَلَنَا فِي الْجَنَّةِ مَعَهُ،
وَاَعِذْنَا مِنَ السَّاْمَةِ وَالْكَسَلِ وَالْفَتْرَةِ،
وَاجْعَلْنَا مِمَّنْ تَنْتَصِرُبِهِ لِدِيْنِكَ،
وَتُعِزُّ بِهِ نَصْرَ وَلِيِّكَ،
وَلَاتَسْتَبْدِلْ بِنَا غَيْرَنَا،
فَاِنَّ اسْتِبْدَالَكَ بِنَا غَيْرَنَا عَلَيْكَ يَسِيْرٌ،
وَهُوَ عَلَيْنَا كَثِيْرٌ۔
اَللّٰهُمَّ صَلِّ عَلٰى وُلَاةِ عَهْدِهِ،
وَالْاَئِمَّةِ مِنْ بَعْدِهِ،
وَبَلِّغْهُمْ اٰمَالَهُمْ،
وَتَمِّمْ لَهُمْ مَاۤ اَسْنَدْتَ اِلَيْهِمْ مِنْ اَمْرِكَ لَهُمْ،
وَثَبِّتْ دَعَاۤئِمَهُمْ،
وَاجْعَلْنَا لَهُمْ اَعْوَانًا،
وَعَلٰى دِيْنِكَ اَنْصَارًا،
فَاِنَّهُمْ مَعَادِنُ كَلِمَاتِكَ
وَاَرْكَانُ تَوْحِيْدِكَ،
وَخَالِصَتُكَ مِنْ عِبَادِكَ،
وَصَفْوَتُكَ مِنْ خَلْقِكَ،
وَاَوْلِيَاۤئُكَ وَسَلَاۤئِلُ اَوْلِيَاۤئِكَ،
وَصَفْوَةُ اَوْلَادِ نَبِيِّكَ،
وَالسَّلَامُ عَلَيْهِ وَ عَلَيْهِمْ
وَرَحْمَةُ اللهِ وَبَرَكاتُهُ۔