⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
ƏMİNULLAH ZİYARƏTİ
Əllamə Məclisi bu ziyarəti sənədi baxımından ən səhih ziyarətlərdən hesab edir. Şeyx Abbas Qummi də "Məfatihul-cinan"da onun mötəbər olduğunu vurğulamışdır. Ziyarət belə başlayır:
اَلسَّلَامُ عَلَيْكَ يَا اَمِيْنَ اللهِ فِىۤ اَرْضِهَ
Salam olsun sənə ey yer üzündə Allahın əmini,
وَ حُجَّتَهُ عَلٰى عِبَادِهِ‏
və bəndələrinə olan Allahın hüccəti.
اَشْهَدُ اَنَّكَ جَاهَدْتَ فِىْ اللهِ
Şəhadət verirəm ki, sən Allah yolunda layiqincə cihad etdin.
Cabir Cu'fi nəql edir ki, İmam Məhəmməd Baqir (ə) belə buyurdu: "İmam Zeynul-abidin (ə) Əmirəl-möminin Əlinin (ə) qəbrinin ziyarətinə getdi. Qəbrin kənarında dayanıb ağladı və dedi:
اَلسَّلَامُ عَلَیْكَ یَا اَمِیْنَ اللّٰهِ فِیْ اَرْضِهٖ،
Salam olsun sənə ey yer üzündə Allahın əmini,
وَ حُجَّتَهٗ عَلٰی عِبَادِهٖ.
və bəndələrinə olan Onun hüccəti.
اَلسَّلَامُ عَلَیْكَ یَا اَمِیْرَ الْمُؤْمِنِیْنَ.
Salam olsun sənə ey möminlərin əmiri.
اَشْهَدُ اَنَّكَ جَاهَدْتَ فِی اللّٰهِ حَقَّ جِهَادِهٖ،
Şəhadət verirəm ki, sən Allah yolunda layiqincə cihad etdin,
وَ عَمِلْتَ بِكِتَابِهٖ،
Allahın kitabına əməl etdin,
وَ اتَّبَعْتَ سُنَنَ نَبِیِّهٖ
Onun peyğəmbərinin sünnəsinə tabe oldun,
صَلَّی اللّٰهُ عَلَیْهِ وَ اٰلِهٖ،
– Allahın salamı olsun ona və xanidanına –
حَتّٰی دَعَاكَ اللّٰهُ اِلیٰ جِوَارِهٖ،
ta ki, Allah səni Öz yanına (civarında olmağa) çağırdı,
فَقَبَضَكَ اِلَیْهِ بِاِخْتِیَارِهٖ،
Öz ixtiyarı ilə səni qəbzi-ruh etdi (Özünə tərəf apardı),
وَ اَلْزَمَ اَعْدَاۤئَكَ الْحُجَّۃَ،
düşmənlərini sənin hüccətini qəbul etməyə vadar etdi,
مَعَ مَا لَكَ مِنَ الْحُجَجِ الْبَالِغَۃِ عَلٰی جَمِیْعِ خَلْقِهٖ.
bütün məxluqatına olan başqa aydın hüccətlərinlə birgə.
اَللّٰهُمَّ فَاجْعَلْ نَفْسِیْ مُطْمَئِنَّۃً بِقَدَرِكَ،
Ey Allahım, mənim nəfsimi Sənin təqdiratına əmin (arxayın),
رَاضِیَۃً بِقَضَاۤئِكَ،
qəza-qədərinə razı qərar ver,
مُوْلَعَۃً بِذِكْرِكَ وَ دُعَاۤئِكَ،
zikrinə və duana vurğun (həris) olan,
مُحِبَّۃً لِصَفْوَۃِ اَوْلِیَاۤئِكَ،
övliyalarının seçilmişlərini sevən,
مَحْبُوْبَۃً فِیْ اَرْضِكَ وَ سَمَاۤئِكَ،
yerində və göyündə məhbub (sevilən),
صَابِرَۃًعَلٰی نُزُوُلِ بَلَاۤئِكَ،
bəlalarının nazil olmasına dözümlü (səbirli),
شَاكِرَۃً لِفَوَاضِلِ نَعْمَاۤئِكَ،
fəzilətli nemətlərinə şükür edən,
ذَاكِرَۃً لِسَوَابِغِ اٰلَاۤئِكَ.
firavan (sonsuz) bəxşişlərini yad edən qərar ver.
مُشْتَاقَۃً اِلیٰ فَرْحَتِ لِقَاۤئِكَ،
Fərəh bəxş edən görüşünə (liqana) müştaq olan,
مُتَزَوِّدَۃً التَّقْوٰی لِیَوْمِ جَزَاۤئِكَ،
cəza (haqq-hesab) günü üçün təqvanı azuqə yığan,
مُسْتَنَّۃً بِسُنَنِ اَوْلِیَاۤئِكَ،
övliyalarının sünnəsinə tabe olan,
مُفَارِقَۃً لِاَخْلَاقِ اَعْدَاۤئِكَ،
düşmənlərinin əxlaqından uzaqlaşan (ayrılan),
مَشْغُوْلَۃً عَنِ الدُّنْیَا بِحَمْدِكَ وَ ثَنَاۤئِكَ۔
dünyadan (ayrılıb) Sənə həmd və səna ilə məşğul olan qərar ver.
Sonra o həzrət mübarək yanağını qəbrin üzərinə qoydu və dedi:
اَللّٰهُمَّ اِنَّ قُلُوْبَ الْمُخْبِتِیْنَ اِلَیْكَ وَالِهَۃٌ،
Ey Allahım, həqiqətən Sənə təvazökarlıq edənlərin qəlbləri Sənə valehdir,
وَ سُبُلَ الرَّاغِبِیْنَ اِلَیْكَ شَارِعَۃٌ،
Sənə ürək bağlayanların (rəğbət edənlərin) yolları açıqdır (şari),
وَ اَعْلَامَ الْقَاصِدِیْنَ اِلَیْكَ وَاضِحَۃٌ،
Səni qəsd edənlərin (nişanələri) bayraqları aydındır,
وَ اَفْئِدَۃَ الْعَارِفِیْنَ مِنْكَ فَازِعَۃٌ،
ariflərin qəlbləri (vücudları) Səndən (Sənin qorxundan) iztirabdadır,
وَ اَصْوَاتَ الدَّاعِیْنَ اِلَیْكَ صَاعِدَۃٌ،
Sənə doğru dua edənlərin səsləri ucalmaqdadır,
وَ اَبْوَابَ الْاِجَابَۃِ لَهُمْ مُفَتَّحَۃٌ،
duaların qəbul qapıları onlar üçün açıqdır,
وَ دَعْوَۃَ مَنْ نَاجَاكَ مُسْتَجَابَۃٌ،
Səninlə raz-niyaz edən kəsin duası müstəcabdır (qəbuldur),
وَ تَوْبَۃَ مَنْ اَنَابَ اِلَیْكَ مَقْبُوْلَۃٌ،
Sənə tərəf qayıdanın (inabə edənin) tövbəsi məqbuldur,
وَ عَبْرَۃَ مَنْ بَكٰی مِنْ خَوْفِكَ مَرْحُوْمَۃٌ،
Sənin qorxundan ağlayanın göz yaşına rəhm olunur,
وَ الْاِغَاثَۃَ لِمَنِ اسْتَغَاثَ بِكَ مَوْجُوْدَۃٌ،
Səndən kömək (istəğasə) istəyən kəsə yardım hazırdır (mövcuddur),
وَ الْاِعَانَۃَ لِمَنِ اسْتَعَانَ بِكَ مَبْذُوْلَۃٌ،
Səndən yardım (isti-anə) istəyən kəsə kömək bəxş olunub (məbzuldur),
وَ عِدَاتِكَ لِعِبَادِكَ مُنْجَزَۃٌ،
bəndələrinə verdiyin vədlər yerinə yetirilir (müncəzdir),
وَ زَلَلَ مَنِ اسْتَقَالَكَ مُقَالَۃٌ،
Səndən üzr (istifaq) istəyənin büdrəmələrinə güzəşt edilir (bağışlanır),
وَ اَعْمَالَ الْعَامِلِیْنَ لَدَیْكَ مَحْفُوْظَۃٌ،
əməl edənlərin əməlləri Sənin yanında qorunur,
وَ اَرْزَاقَكَ اِلَی الْخَلَاۤئِقِ مِنْ لَّدُنْكَ نَازِلَۃٌ،
məxluqata olan ruzilərin Sənin tərəfindən nazil olur,
وَ عَوَاۤئِدَ الْمَزِیْدِ اِلَیْھِمْ وَاصِلَۃٌ،
artan (firavan) bəhrələr onlara çatır (vasildir),
وَ ذُنُوْبَ الْمُسْتَغْفِرِیْنَ مَغْفُوْرَۃٌ،
bağışlanma diləyənlərin günahları bağışlanır,
وَ حَوَاۤئِجِ خَلْقِكَ عِنْدَكَ مَقْضِیَّۃٌ،
məxluqatın ehtiyacları (hacətləri) Sənin yanında təmin olunur (rəva edilir),
وَ جَوَاۤئِزَ السَّاۤئِلِیْنَ عِنْدَكَ مُوَفَّرَۃٌ،
diləyənlərin (sailin) mükafatları Sənin yanında boldur (müvəffərdir),
وَ عَوَاۤئِدَ الْمَزِیْدِ مُتَوَاْتِرَۃٌ،
əlavə xeyirlərin ard-arda kəsilmədən gəlir,
وَ مَوَاۤئِدَ الْمُسْتَطْعِمِیْنَ مُعَدَّۃٌ،
ruzi istəyənlərin (təam istəyənlərin) süfrələri hazırdır,
وَ مَنَاهِلَ الظِّمَاۤئِ مُتْرَعَۃٌ.
susayanlar üçün su çeşmələri doludur.
اَللّٰهُمَّ فَاسْتَجِبْ دُعَاۤئِیْ،
Ey Allahım, mənim duamı qəbul et (müstəcab et),
وَ اقْبَلْ ثَنَاۤئِیْ،
mənim tərifimi (sənamı) qəbul et,
وَ اجْمَعْ بَیْنِیْ وَ بَیْنَ اَوْلِیَاۤئِیْ،
məni və mənim övliyalarımı (dostlarımı) bir yerə cəm et,
بِحَقِّ مُحَمَّدٍ وَّ عَلِیٍّ
Məhəmmədin, Əlinin haqqına xatir,
وَ فَاطِمَۃَ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ،
Fatimənin, Həsənin və Hüseynin (haqqına),
اِنَّكَ وَلِیُّ نَعْمَاۤئِیْ،
həqiqətən Sən mənim nemətlərimin vəlisi (sahibi),
وَ مُنْتَهٰی مُنَایَ،
son arzum,
وَ غَایَۃُ رَجَاۤئِیْ، فِیْ مُنْقَلَبِیْ وَ مَثْوَایَ۔
və dönüş yerimdə (axirətdə) və məkanımda son ümidimsən!
Kamiluz-ziyaratda aşağıdakı cümlələr də mövcuddur:
اَنْتَ اِلٰهِیْ وَ سَیَّدِیْ وَ مَوْلَایَ،
Sənsən mənim İlahım, Ağam və Mövlam!
اغْفِرْ لِاَوْلِیَاۤئِنَا،
Bizim dostlarımızı (sevənlərimizi) bağışla,
وَ كُفَّ عَنَّا اَعْدَاۤئَنَا،
düşmənlərimizi bizdən uzaqlaşdır (dəf et),
وَ اشْغَلْهُمْ عَنْ اَذَانَا،
və onları bizi incitməkdən (aza verməkdən) yayındır,
وَ اَظْهِرْ كَلِمَۃَ الْحَقِّ،
haqq kəlməsini aşkar et (zahir et),
وَ اجْعَلْهَا الْعُلْیَا،
və onu ən uca qərar ver,
وَ اَدْحِضْ كَلِمَۃَ الْبَاطِلِ،
batil kəlməsini aradan qaldır (məhv et),
وَ اجْعَلْهَا السُّفْلیٰ.
və onu ən alçaq qərar ver.
اِنَّكَ عَلٰی كُلِّ شَیْئٍ قَدِیْرٌ۔
Həqiqətən Sən hər şeyə qadirsən!
Sonra İmam Baqir (ə) buyurdu: "Bizim şiələrimizdən hər kim bu ziyarəti və duanı Əmirəl-möminin Əlinin (ə), yaxud hər bir İmamın (ə) qəbri kənarında oxuyarsa, Mütəal Allah onun bu ziyarətini və duasını nurdan olan bükülü bir vərəqdə səbt edərək göyə qaldırar və onun üzərinə Həzrət Məhəmmədin (s) möhürü vurular. Beləcə qorunub saxlanar, ta ki Həzrət Qaimə (ə.f) təqdim edilər".
Məzar-Kəbir və "Biharul-ənvar" kitablarına istinadən bu ziyarət həm "mütləq ziyarət", həm Qədir-Xum günündə oxunan "məxsus ziyarət", həm də İmamların (ə) hamısının hərəmində oxunan "Camiə ziyarəti" hesab olunur.
"Məzar-Kəbir" və "Biharul-ənvar" kitablarına istinadən bu ziyarət həm "mütləq ziyarət", həm Qədir-Xum günündə oxunan "məxsus ziyarət", həm də İmamların (ə) hamısının hərəmində oxunan "Camiə ziyarəti" hesab olunur.