ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
3. İmam Sadiqdən (ə) nəql olunan bu duanı oxusun:
اَلسَّلَامُ عَلٰىۤ اَهْلِ الدِّيَارِ مِنَ الْمُؤْمِنِيْنَ وَ الْمُسْلِمِيْنَ
Mömin və müsəlmanlardan olan bu diyarın əhlinə salam olsun. Siz bizdən qabağa düşdünüz və biz də Allah istədiyi vaxt sizə qovuşacağıq.
اَنْتُمْ لَنَا فَرَطٌ
وَ نَحْنُ اِنْ شَاۤءَ اللّٰهُ بِكُمْ لَاحِقُوْنَ۔
4. İmam Hüseyndən (ə) nəql olunur ki, hər kim qəbristanlığa daxil olub bu duanı oxusa, Allah-Təala insanların sayı qədər – Adəmdən Qiyamətədək yer üzündə olmuş və yer üzünə gələcək insanların sayı qədər – ona savab yazar. Dua belədir:
اَللّٰهُمَّ رَبَّ هٰذِهِ الْاَرْوَاحِ الْفَانِيَةِ
Ey Allahım, ey Rəbbim, bu fani ruhlar, çürümüş bədənlər və ovulmuş sümüklər Sənə iman gətirdikləri bir halda dünyadan köçmüşlər. Onlara Öz tərəfindən yeni rəhmət və mənim tərəfimdən salam yetir.
وَ الْاَجْسَادِ الْبَالِيَةِ
وَ الْعِظَامِ النَّخِرَةِ
الَّتِيْ خَرَجَتْ مِنَ الدُّنْيَا وَ هِيَ بِكَ مُؤْمِنَةٌ
اَدْخِلْ عَلَيْهِمْ رُوْحًا مِنْكَ وَ سَلَامًا مِنِّيْ
5. Əmirəl-möminin Əli (ə) buyurub ki, hər kim qəbristanlığa daxil olub bu duanı oxuyarsa, Allah-Təala ona və ata-anasına çoxlu savab yazar:
اَلسَّلَامُ عَلٰىۤ اَهْلِ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
"Lə iləhə illəllah" kəlməsinin ardıcıllarına "Lə iləhə illəllah" kəlməsinin ardıcıllarından salam olsun. Ey "Lə iləhə illəllah" kəlməsinin ardıcılları, "Lə iləhə illəllah" kəlməsinin haqqına xatir, "Lə iləhə illəllah" kəlməsini "Lə iləhə illəllah" kəlməsinin ardıcıllarından necə gördünüz? Ey o Allah ki, Səndən qeyri ilah yoxdur, "Lə iləhə illəllah" kəlməsinə xatir, "Lə iləhə illəllah" deyənləri bağışla və bizi "Lə iləhə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah" deyənlərin dəstəsində məhşur et.
مِنْ اَهْلِ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
يَا اَهْلَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
بِحَقِّ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
كَيْفَ وَجَدْتُمْ قَوْلَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مِنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
يَا لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
بِحَقِّ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
اِغْفِرْ لِمَنْ قَالَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ احْشُرْنَا فِيْ زُمْرَةِ مَنْ قَالَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مُحَمَّدٌ رَسُوْلُ اللّٰهِ
عَلِيٌّ وَلِيُّ اللّٰهِ۔
6. Başqa bir rəvayətə görə, qəbiristanlığın yanından keçəndə deyiləcək ən yaxşı şey, orada dayandıqdan sonra bu sözlərdir:
اَللّٰهُمَّ وَلِّهِمْ مَا تَوَلَّوْا
Allahım, onları üz tutduqları şeyə tərəf yönəlt və sevdikləri şəxslər ilə görüşdür.
وَ احْشُرْهُمْ مَعَ مَنْ اَحَبُّوْا۔
7. "Misbah əz-Zair" kitabında Seyid ibn Tavus deyir: Möminlərin qəbrini ziyarət etmək istədikdə, cümə axşamı edin; alınmasa başqa bir gündə də onları ziyarət edə bilərsiniz. Bunu etmək üçün üzünüzü qibləyə çevirin, əlinizi məzarın üstünə qoyub bu duanı deyin:
اَللّٰهُمَّ ارْحَمْ غُرْبَتَهُ
Allahım. onun qəribliyinə rəhm et, tənhalığını aradan qaldır, təcridliyinə əyləncə qat, qorxularından qoru, öz mərhəmətini ona göstər, elə bir mərhəmət ki, başqa heç kəsin mərhəməti ona Səninki qədər kömək edə bilməz. Sevdiyi şəxslərə onu qovuşdur.
وَ صِلْ وَحْدَتَهُ
وَ اٰنِسْ وَحْشَتَهُ
وَ اٰمِنْ رَوْعَتَهُ
وَ اَسْكِنْ اِلَيْهِ مِنْ رَحْمَتِكَ
رَحْمَةً يَسْتَغْنِيْ بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ
وَ اَلْحِقْهُ بِمَنْ كَانَ يَتَوَلَّاهُ
Daha sonra yeddi dəfə Qədr surəsini oxuyun.
8. Cümə axşamı günü (pəncşənbə günü) möminlərin qəbrini ziyarət etməyin xüsusi fəziləti vardır. Hədislərə istinadən, qəbirləri ziyarət etmək üçün ən yaxşı vaxt günəş çıxmazdan bir saat əvvəldır. Gecə vaxtı qəbirləri ziyarət etməyin kərahəti vardır, belə ki, "Də'vat-i Ravəndi"də Həzrət Rəsulallahın (s) Əbuzərə belə tövsiyə etdiyi qeyd olunmuşdur.
9. İbn Quləvəyh yazır ki, Səfvan Cəmmal İmam Sadiqin (ə) belə buyurduğunu belə nəql edir: "Rəsulallah bir dəstə səhabəsi ilə birlikdə daim cümə axşamı günü əsr vaxtı "Bəqi" məzarlığına daxil olar, qəbir əhlinə üç dəfə "əs-Sələmu ələykum yə əhləd-diyər" (Salam olsun sizə ey bu diyar əhli) və üç dəfə "Rəhiməkumullah" (Allah sizə rəhmət etsin) deyərdi."
10. Hədislərdə qeyd olunur ki, hər kim bir qəbristanlıqdakı möminlər üçün on bir dəfə İxlas surəsini oxusa, Allah oradakı qəbirlərin sayı qədər ona savab verər.
11. Əgər Quran oxumaq istəsən, Yasin surəsini oxuya bilərsən, çünki həm qəbristanlıq əhlinə güzəşt olunmasına səbəb olur, həm də onu oxuyana qəbristanlıqdakı ölülərin sayı qədər savab yazılır.
12. Məhəmməd ibn Muslim deyir: Mən İmam Sadiqə (ə) ərz etdim: "Ölüləri ziyarət edəkmi?" İmam Sadiq (ə): "Bəli" – deyə buyurdu. Mən soruşdum: "Onlar bizim onları ziyarət etdiyimizi başa düşürlərmi?" İmam Sadiq (ə) buyurdu: "Bəli, and olsun Allaha ki, onlar başa düşürlər və şad olurlar, sizinlə ünsiyyətdə olurlar." Mən soruşdum: "Biz onları ziyarət etdikdə nə deyək?" İmam Sadiq (ə) buyurdu: Belə de:
اَللّٰهُمَّ جَافِ الْاَرْضَ عَنْ جُنُوْبِهِمْ
Ey Allahım, onların böyürlərini (sıxmaqda) bu torpağı boşalt (yəni yer onları sıxmasın), onların ruhlarını Özünə tərəf qaldır, onları Öz razılığından bəhrələndir, onların tənhalıqlarını aradan qaldıran və qoxduqları vaxt onlara həmdəm olan rəhmətini onların kənarında et, çünki Sən hər şeyə qadirsən.
وَ صَاعِدْ اِلَيْكَ اَرْوَاحَهُمْ
وَ لَقِّهِمْ مِنْكَ رِضْوَانًا
وَ اَسْكِنْ اِلَيْهِمْ مِنْ رَحْمَتِكَ
مَا تَصِلُ بِهِ وَحْدَتَهُمْ
وَ تُوْنِسُ بِهِ وَحْشَتَهُمْ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ۔