ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ÖLÜLƏRƏ PAY GÖNDƏRMƏK
1. Tövsiyə olunur ki, varislər öz ölülərini unutmasınlar. Çünki onlar artıq xeyir əməllər yerinə yetirə bilmir və bu səbəbdən bizim ehsanımıza, dualarımıza möhtacdırlar.
2. Mərhum Əllamə Məclisi yazır: "Ölülər üçün xüsusilə gecə namazlarında və hər vacib namazdan sonra, müqəddəs məkanlarda dua etmək yaxşıdır. Ata və ana üçün daha çox dua etmək və onlara xeyir əməllər hədiyyə etmək lazımdır. Ata və ana üçün ən başlıca xeyir əməl onların borclarını verməkdir, istər Allahın borcu olsun, istərsə də insanların.
3. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Ölüləriniz üçün hədiyyə göndərin!" Soruşdular: "Onlara hədiyyə nədir?" Həzrət (s) buyurdu: "Sədəqə və dua."
4. Hz.Peyğəmbər (s) buyurub ki, hər kim qəbrin kənarında üç dəfə bu cümləni desə, Allah o qəbirdəki şəxsdən Qiyamət əzabını götürər:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ
Allahım! Səndən Məhəmməd və Ali-Məhəmmədin haqqı xatirinə diləyirəm ki, bu vəfat etmiş şəxsi əzaba düçar etməyəsən.
بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
اَنْ لَا تُعَذِّبَ هٰذَا الْمَيِّتَ
5. Həmçinin Həzrət Rəsulallah (s) buyurub: "Möminlərin ruhu hər cümə dünya səmasında öz evlərinin üstünə gələrlər və qəmli səslə deyərlər: "Ey bizim ailəmiz, ey övladlarımız, ey ata-anamız, ey qohumlarımız! Bizə mərhəmət göstərin və bizim sizin əlinizdə olan malımızdan bir dirhəm pul, bir çörək və bir paltar verməklə bizə mərhəmət göstərin, ta Allah sizə cənnət libasları geyindirsin." Həzrət Rəsulallah (s) bu cümlələri deyib ağladı, səhabələr də onunla birlikdə ağladılar...
6. Yenə də Həzrət Rəsulallah (s) buyurub: "Ölülər üçün verilən hər bir sədəqəni bir mələk nurdan olan tabaqa qoyub qəbrin kənarına aparar və deyər: "Salam olsun sizə, ey qəbir əhli. Bu hədiyyəni sizin ailəniz sizə göndərmişdir." O meyit bu hədiyyəni alar və qəbrinə daxil edər, beləcə qəbrində onun üçün rahatlığa səbəb olar."
7. Mərhum Əllamə Məclisi yazır: "Səhih bir hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) hər gecə öz övladı üçün və hər gündüz öz ata-anası üçün iki rəkət namaz qılardı (və bu namazı onlara hədiyyə edərdi). Namazın birinci rəkətində Qədr surəsini, ikinci rəkətində Kövsər surəsini oxuyardı."
8. Qeyd etmək lazımdır ki, ölülər üçün xeyir əməl yerinə yetirməyin özünün böyük savabı vardır. İmam Sadiq (ə) buyurub: "Ölülər üçün yerinə yetirilən xeyir əməlin savabı həm ölüyə, həm də onu yerinə yetirənə yazılar."