HƏZRƏT RƏSULALLAHIN (S) MÖVLUD GÜNÜNDƏ İMAM ƏLİNİN (Ə) ZİYARƏTİ
Mərhum Əllamə Məclisi Şeyx Mufiddən, Şəhid-əvvəldən və Seyid İbn Tavusdan nəql edir:
Rəvayətə görə İmam Sadiq (ə) Həzrət Rəsulallahın (s) mövlud günündə Əmirəl-möminin Əlini (ə) bu ziyarətlə ziyarət etdi və onu Məhəmməd ibn Muslim Səqəfiyə öyrədib buyurdu: "Əmirəl-mömininin (ə) dəfn olunduğu məkana çatdıqda ziyarət üçün qüsl et, ən təmiz paltarını geyin və ətirlən. Təmkinlə və vüqarla hərəkət et. Pak hərəmin qapısına çatdıqda üzü qibləyə dayan və otuz dəfə təkbir de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür!
اَلسَّلَامُ عَلٰى رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى خِيَرَةِ اللّٰهِ
اَلسَّلَامُ عَلَى الْبَشِيْرِ النَّذِيْرِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَى الطُّهْرِ الطَّاهِرِ
اَلسَّلَامُ عَلَى الْعَلَمِ الزَّاهِرِ
اَلسَّلَامُ عَلَى الْمَنْصُوْرِ الْمُؤَيَّدِ
اَلسَّلَامُ عَلٰى اَبِي الْقَاسِمِ مُحَمَّدٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى اَنْبِيَاۤءِ اللّٰهِ الْمُرْسَلِيْنَ
وَ عِبَادِ اللّٰهِ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلٰى مَلَاۤئِكَةِ اللّٰهِ
الْحَآفِّيْنَ بِهٰذَا الْحَرَمِ
وَ بِهٰذَا الضَّرِيْحِ اللَّاۤئِذِيْنَ بِهِ۔
Sonra qəbrin yaxınlığına get və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَصِيَّ الْاَوْصِيَاۤءِ
Salam olsun sənə ey canişinlərin canişini. Salam olsun sənə ey təqvalıların dayağı. Salam olsun sənə ey vəlilərin vəlisi. Salam olsun sənə ey şəhidlərin sərvəri. Salam olsun sənə ey Allahın böyük nişanəsi. Salam olsun sənə ey Ali-əbanın beşindən biri. Salam olsun sənə ey üzüağ təqvalıların rəhbəri. Salam olsun sənə ey övliyaların isməti. Salam olsun sənə ey seçilmiş yeganəpərəstlərin zinəti. Salam olsun sənə ey (Allah) dostlarının ən xalisi. Salam olsun sənə ey əmin imamların atası. Salam olsun sənə ey (Kövsər) hovuzunun sahibi və İslamın bayraqdarı. Salam olsun sənə ey Cənnəti və Cəhənnəmi bölən. Salam olsun sənə ey o kəs ki, Məkkəyə və Minaya şərafət bəxş etmisən. Salam olsun sənə ey elm dəryası və fəqirlərin hamisi. Salam olsun sənə ey o kəs ki, Kəbədə dünyaya gəlmisən, göy aləmində qadınların sərvəri ilə nikahın kəsilib və nikah şahidləri seçilmiş mələklər olub. Salam olsun sənə ey işıq saçan çıraq. Salam olsun sənə ey o kəs ki, Peyğəmbər ona böyük bəxşişi aid etdi. Salam olsun sənə ey o kəs ki, gecə Xatəmul-ənbiyanın yatağında yatdın və canınla onu düşmənlərin şərindən qorudun. Salam olsun sənə ey o kəs ki, günəş sənə xatir geri qaytarıldı və sən Şəmun Səfadan üstün oldun. Salam olsun sənə ey o kəs ki, Nuhun gəmisi təlatümə gəlmiş sularda təhlükədə olarkən Allah sənin və sənin qardaşının (Rəsulallahın) adı ilə ona nicat verdi. Salam olsun sənə ey o kəs ki, Adəm (Cənnətdən) məhrum edildiyi vaxt Allah onun tövbəsini sənə və qardaşına xatir qəbul etdi. Salam olsun sənə ey nicat gəmisi; bu gəmiyə minən nicat tapar və yerdə qalan həlak olar. Salam olsun sənə ey o kəs ki, çöllüyün ilan və qurdunu müxatəb qərar verdin. Salam olsun sənə ey Əmirəl-möminin, Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun ey kafirlərə və (küfrdən) tövbə edənlərə Allahın hüccəti. Salam olsun sənə ey əql sahiblərinin rəhbəri. Salam olsun sənə ey elm mədəni və ədalətli hakim. Salam olsun sənə ey o kəs ki, ilahi kitab elmi sənin yanındadır. Salam olsun sənə sorğu-sual gününün mizanı. Salam olsun sənə ey təyinedici hökmün (sahibi) və haqqı deyən. Salam olsun sənə ey mehrabda üzük sədəqə verən. Salam olsun sənə ey o kəs ki, Allah Əhzab günü möminləri sənin əlinlə döyüşdən ehtiyacsız etdi. Salam olsun sənə ey o kəs ki, yeganəliyi ixlasla Allah üçün qərar verdin və Ona tərəf qayıtdın. Salam olsun sənə ey Xeybər (yəhudilərinin) qatili və qala qapısını yerindən çıxaran. Salam olsun sənə ey o kəs ki, məxluqatın ən üstünü onun yatağında yatmağı səndən istədi və sən ölümə hazır olub onun istəyini qəbul etdin. Salam olsun sənə ey o kəs ki, xöşbəxtlik və gözəl sonluq sənə aiddir. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun sənə ey dini qoruyan və seyidlərin seyidi. Salam olsun sənə ey möcüzələrin sahibi. Salam olsun sənə ey o kəs ki, Adiyat surəsi sənin fəzilətin barədə nazil olub. Salam olsun sənə ey o kəs ki, adın göyün pərdələri üzərində yazılıb. Salam olsun sənə ey qəribəlikləri və nişanələri üzə çıxaran. Salam olsun sənə ey (Peyğəmbərin iştirak etdiyi) döyüşlərin sərkərdəsi. Salam olsun sənə ey keçmişdən və gələcəkdən xəbər verən. Salam olsun sənə ey çöllüyün qurdunu müxatəb qərar verən (və onu yırtıcılıqdan çəkindirən). Salam olsun sənə ey xırda daşlara möhür vuran və çətinlikləri bəyan edən. Salam olsun sənə ey o kəs ki, döyüşlərdəki hücumlarından göyün mələkləri təəccübə gəlirdilər. Salam olsun sənə ey o kəs ki, Peyğəmbər səninlə pıçıltı ilə söhbət etdi və sən hər dəfə bu söhbətdən qabaq sədəqə verdin. Salam olsun sənə ey yaxşı əməl sahibi və şəni uca imamların atası. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun sənə ey göndərilmiş elçinin ardıcılı. Salam olsun sənə ey ən yaxşı irs qoyanın elminin varisi. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun sənə ey təqvalıların rəhbəri. Salam olsun sənə ey giriftarların harayına çatan. Salam olsun sənə ey möminlərin pənahı. Salam olsun sənə ey dəlilləri aşkara çıxaran. Salam olsun sənə ey Taha və Yasin. Salam olsun sənə ey Allahın möhkəm ipi. Salam olsun sənə ey o kəs ki, üzüyünü namazda sədəqə verdin. Salam olsun sənə ey quyunun ağzından böyük daşı götürən və içməli suyu cari edən. Salam olsun sənə ey Allahın görən gözü, (rəhmətə) açıq əli və bütün məxluqat arasında danışan dili. Salam olsun sənə ey peyğəmbərlərin elminin varisi, əvvəlkilərin və sonrakıların elminin əmanətdarı, həmd-səna bayrağının sahibi, Xatəmul-ənbiyanın hovuzundan dostlarına su verən saqi. Salam olsun sənə ey din başçısı, üzüağların rəhbəri və bəyənilən imamların atası. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun Allahın bəyənilən adına, Onun nurundan olan şüaya, qüdrətindən olan cilvəyə və düz yoluna. Salam olsun təqvalı, ixlaslı və seçilmiş imama. Salam olsun parlayan ulduza. Salam olsun İmam Əbul-Həsən Əliyə. Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun hidayət imamlarına, qaranlıqdakı çıraqlara, təqva nişanələrinə, hidayət çıraqlarına, əql sahiblərinə, insanların pənah yerinə, möhkəm ipə, dünya əhlinə olan (Allah) hüccətinə. Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun nurların nuruna, qadir Allahın hüccətinə, pak imamların atasına, Cənnəti və Cəhənnəmi bölənə, nişanələrdən xəbər verənə, kafirləri məhv edənə, ixlaslı şiələri günahların ağırlığından xilas edənə. Salam olsun seçilmiş Peyğəmbərin qızı, pak və təqvalı qadına (onun zövcü olmağa) layiq görülənə, pərdəli evdə (Kəbədə) dünyaya gələnə, pak imamların anası olan pak, bəyənilən və razı bir qadınla göydə kəbini kəsilənə. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun böyük xəbərə; o xəbər ki, onlar onun barəsində ixtilaf etdilər və bu xüsusda sorğu-suala çəkiləcəklər. Salam olsun Allahın parlayan nuruna və aşkar ziyasına. Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun sənə ey Allahın vəlisi və hüccəti, Allahın xalis və məxsus bəndəsi. Ey Allahın vəlisi və hüccəti, şəhadət verirəm ki, sən Allah yolunda layiqincə cihad etdin, Rəsulallahın – Allahın salamı olsun ona və xanidanına – yolunun davamçısı oldun, Allahın halalını halal və haramını haram bildin, Onun dininin hökmlərini qanun hesab etdin, namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allah yolunda səbirlə, xeyirxahlıqla və ciddi-cəhdlə cihad etdin, bir halda ki, Allah dərgahında olan böyük savaba razı idin, ta ki ölümün çatdı. Allah lənət etsin haqqını səndən alanlara və səni məqamından uzaqlaşdıranlara. Allah lənət etsin bunu bilən və buna razı olanlara. Allahı, Onun mələklərini, peyğəmbərlərini və elçilərini şahid tuturam ki, mən sənin dostlarınla dost və düşmənlərinlə düşmənəm. Salam olsun sənə və Allahın rəhməti, bərəkəti olsun sənə!
اَلسَّلَامُ عَلَيْكَ يَا عِمَادَ الْاَتْقِيَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ الْاَوْلِيَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الشُّهَدَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اٰيَةَ اللّٰهِ الْعُظْمٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا خَامِسَ اَهْلِ الْعَبَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَاۤئِدَ الْغُرِّ الْمُحَجَّلِيْنَ الْاَتْقِيَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عِصْمَةَ الْاَوْلِيَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا زَيْنَ الْمُوَحِّدِيْنَ النُّجَبَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَالِصَ الْاَخِلَّاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَالِدَ الْاَئِمَّةِ الْاُمَنَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَاحِبَ الْحَوْضِ وَ حَامِلَ اللِّوَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَسِيْمَ الْجَنَّةِ وَ لَظٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ شُرِّفَتْ بِهِ مَكَّةُ وَ مِنٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا بَحْرَ الْعُلُوْمِ وَ كَنَفَ [كَهْفَ] الْفُقَرَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ وُلِدَ فِي الْكَعْبَةِ
وَ زُوِّجَ فِي السَّمَاۤءِ بِسَيِّدَةِ النِّسَاۤءِ،
وَ كَانَ شُهُوْدُهَا الْمَلَاۤئِكَةَ الْاَصْفِيَاۤءَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مِصْبَاحَ الضِّيَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ خَصَّهُ النَّبِيُّ بِجَزِيْلِ الْحِبَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ بَاتَ عَلٰى فِرَاشِ خَاتَمِ الْاَنْبِيَاۤءِ
وَ وَقَاهُ بِنَفْسِهِ شَرَّ الْاَعْدَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ رُدَّتْ لَهُ الشَّمْسُ
فَسَامٰى شَمْعُوْنَ الصَّفَا
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ اَنْجَى اللّٰهُ سَفِيْنَةَ نُوْحٍ بِاسْمِهِ وَ اسْمِ اَخِيْهِ
حَيْثُ الْتَطَمَ الْمَاۤءُ حَوْلَهَا وَ طَمٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ تَابَ اللّٰهُ بِهِ وَ بِاَخِيْهِ عَلٰى اٰدَمَ اِذْ غَوٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا فُلْكَ النَّجَاةِ
الَّذِيْ مَنْ رَكِبَهُ نَجَا
وَ مَنْ تَاَخَّرَ عَنْهُ هَوٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ خَاطَبَ الثُّعْبَانَ وَ ذِئْبَ الْفَلَا
اَلسَّلَامُ عَلَيْكَ يَا اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ،
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ عَلٰى مَنْ كَفَرَ وَ اَنَابَ
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ ذَوِي الْاَلْبَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَعْدِنَ الْحِكْمَةِ وَ فَصْلَ الْخِطَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مِيْزَانَ يَوْمِ الْحِسَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا فَاصِلَ الْحُكْمِ النَّاطِقَ بِالصَّوَابِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمُتَصَدِّقُ بِالْخَاتَمِ فِي الْمِحْرَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ كَفَى اللّٰهُ الْمُؤْمِنِيْنَ
الْقِتَالَ بِهِ يَوْمَ الْاَحْزَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ اَخْلَصَ لِلّٰهِ الْوَحْدَانِيَّةَ وَ اَنَابَ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَاتِلَ خَيْبَرَ وَ قَالِعَ الْبَابِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ دَعَاهُ خَيْرُ الْاَنَامِ لِلْمَبِيْتِ عَلٰى فِرَاشِهِ
فَاَسْلَمَ نَفْسَهُ لِلْمَنِيَّةِ وَ اَجَابَ،
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ لَهُ طُوْبٰى وَ حُسْنُ مَاٰبٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ عِصْمَةِ الدِّيْنِ وَ يَا سَيِّدَ السَّادَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَاحِبَ الْمُعْجِزَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ نَزَلَتْ فِي فَضْلِهِ سُوْرَةُ الْعَادِيَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ كُتِبَ اسْمُهُ فِي السَّمَاۤءِ عَلَى السُّرَادِقَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُظْهِرَ الْعَجَاۤئِبِ وَ الْاٰيَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اَمِيْرَ الْغَزَوَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُخْبِرًا بِمَا غَبَرَ وَ بِمَا هُوَاٰتٍ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُخَاطِبَ ذِئْبِ الْفَلَوَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَاتِمَ الْحَصٰى وَ مُبَيِّنَ الْمُشْكِلَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ عَجِبَتْ مِنْ حَمَلَاتِهِ فِي الْوَغٰى مَلَاۤئِكَةُ السَّمَاوَاتِ،
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ نَاجَى الرَّسُوْلَ فَقَدَّمَ بَيْنَ يَدَيْ نَجْوَاهُ الصَّدَقَاتِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَالِدَ الْاَئِمَّةِ الْبَرَرَةِ السَّادَاتِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا تَالِيَ الْمَبْعُوْثِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ خَيْرِ مَوْرُوْثٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّيْنَ [الْمُؤْمِنِيْنَ]
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ الْمُتَّقِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا غِيَاثَ الْمَكْرُوْبِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا عِصْمَةَ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُظْهِرَ الْبَرَاهِيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا طٰهٰ وَ يٰسٓ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبْلَ اللّٰهِ الْمَتِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ تَصَدَّقَ فِي صَلَاتِهِ بِخَاتَمِهِ عَلَى الْمِسْكِيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَالِعَ الصَّخْرَةِ عَنْ فَمِ الْقَلِيبِ
وَ مُظْهِرَ الْمَاۤءِ الْمَعِيْنِ،
اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْنَ اللّٰهِ النَّاظِرَةَ
وَ لِسَانَهُ الْمُعَبِّرَ عَنْهُ فِيْ بَرِيَّتِهِ اَجْمَعِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ النَّبِيِّيْنَ
وَ مُسْتَوْدَعَ عِلْمِ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
وَ صَاحِبَ لِوَاۤءِ الْحَمْدِ
وَ سَاقِيَ اَوْلِيَاۤئِهِ مِنْ حَوْضِ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا يَعْسُوْبَ الدِّيْنِ
وَ قَاۤئِدَ الْغُرِّ الْمُحَجَّلِيْنَ
وَ وَالِدَ الْاَئِمَّةِ الْمَرْضِيِّيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَى اسْمِ اللّٰهِ الرَّضِيِّ
اَلسَّلَامُ عَلَى الْاِمَامِ التَّقِيِّ
اَلسَّلَامُ عَلَى الْكَوْكَبِ الدُّرِيِّ
اَلسَّلَامُ عَلَى الْاِمَامِ اَبِي الْحَسَنِ عَلِيٍّ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى اَئِمَّةِ الْهُدٰى
وَ الْعُرْوَةِ الْوُثْقٰى
وَ الْحُجَّةِ عَلٰىۤ اَهْلِ الدُّنْيَا
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى نُوْرِ الْاَنْوَارِ،
وَ وَالِدِ الْاَئِمَّةِ الْاَطْهَارِ
وَ قَسِيْمِ الْجَنَّةِ وَ النَّارِ
الْمُخْبِرِ عَنِ الْاٰثَارِ
الْمُدَمِّرِ عَلَى الْكُفَّارِ
مُسْتَنْقِذِ الشِّيْعَةِ الْمُخْلِصِيْنَ مِنْ عَظِيْمِ الْاَوْزَارِ
اَلسَّلَامُ عَلَى الْمَخْصُوْصِ بِالطَّاهِرَةِ التَّقِيَّةِ ابْنَةِ الْمُخْتَارِ
الْمَوْلُوْدِ فِي الْبَيْتِ ذِي الْاَسْتَارِ
الْمُزَوَّجِ فِي السَّمَاۤءِ بِالْبَرَّةِ الطَّاهِرَةِ
الرَّضِيَّةِ الْمَرْضِيَّةِ
وَالِدَةِ الْاَئِمَّةِ الْاَطْهَارِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَى النَّبَاِ الْعَظِيْمِ
الَّذِيْ هُمْ فِيْهِ مُخْتَلِفُوْنَ
اَلسَّلَامُ عَلٰى نُوْرِ اللّٰهِ الْاَنْوَرِ
وَ ضِيَاۤئِهِ الْاَزْهَرِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ حُجَّتَهُ
وَ خَالِصَةَ اللّٰهِ وَ خَآصَّتَهُ
اَشْهَدُ اَنَّكَ يَا وَلِيَّ اللّٰهِ [وَ حُجَّتَهُ]
لَقَدْ جَاهَدْتَ فِي سَبِيْلِ اللّٰهِ حَقَّ جِهَادِهِ،
وَ اتَّبَعْتَ مِنْهَاجَ رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ حَلَّلْتَ حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتَ حَرَامَ اللّٰهِ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ اللّٰهِ صَابِرًا نَاصِحًا
مُجْتَهِدًا مُحْتَسِبًا عِنْدَ اللّٰهِ عَظِيْمَ الْاَجْرِ حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
فَلَعَنَ اللّٰهُ مَنْ دَفَعَكَ عَنْ حَقِّكَ
وَ اَزَالَكَ عَنْ مَقَامِكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ بَلَغَهُ ذٰلِكَ فَرَضِيَ بِهِ
اُشْهِدُ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ وَ اَنْبِيَاۤءَهُ وَ رُسُلَهُ
اَنِّيْ وَلِيٌّ لِمَنْ وَالَاكَ
وَ عَدُوٌّ لِمَنْ عَادَاكَ
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra özünü qəbrə yapışdır, onu öp və de:
اَشْهَدُ اَنَّكَ تَسْمَعُ كَلَامِيْ
Şəhadət verirəm ki, sən həqiqətən mənim sözümü eşitdirsən və durumumu bilirsən. Ey Allahın vəlisi, öhdənə düşəni çatdırdığına və onu yerinə yetirdiyinə şəhadət verirəm. Ey Allahın hüccəti, ey Allahın əmini, ey Allahın vəlisi! Mənimlə izzətli və cəlalətli Allah arasında belimi bükən, yuxumu qaçıran və məni daxilən nigaran edən günahlar vardır. Bunlardan izzətli və cəllaətli Allaha və sənə tərəf qaçmışam. Səni öz sirrinin əmanətdarı qərar verənin, məxluqatının işlərinə baxmağı sənə tapşıranın, sənə itaəti özünə itaət və sənin yolunu getməyi onun yolunu getmək qərar verənin haqqına xatir Allah dərgahında mənə şəfaətçi ol, cəhənnəm odundan mənə pənah ver və dövranın çətinliklərində mənə dayaq ol.
وَ اَشْهَدُ لَكَ يَا وَلِيَّ اللّٰهِ بِالْبَلَاغِ وَ الْاَدَاۤءِ
يَا مَوْلَايَ يَا حُجَّةَ اللّٰهِ
يَا اَمِيْنَ اللّٰهِ يَا وَلِيَّ اللّٰهِ
اِنَّ بَيْنِيْ وَ بَيْنَ اللّٰهِ عَزَّ وَ جَلَّ ذُنُوْبًا
وَ مَنَعَتْنِيْ مِنَ الرُّقَادِ
وَ ذِكْرُهَا يُقَلْقِلُ اَحْشَاۤئِيْ
وَ قَدْ هَرَبْتُ اِلَى اللّٰهِ عَزَّ وَ جَلَّ وَ اِلَيْكَ
فَبِحَقِّ مَنِ ائْتَمَنَكَ عَلٰى سِرِّهِ
وَ اسْتَرْعَاكَ اَمْرَ خَلْقِهِ
وَ قَرَنَ طَاعَتَكَ بِطَاعَتِهِ
وَ مُوَالَاتَكَ بِمُوَالَاتِهِ
كُنْ اِلَى اللّٰهِ شَفِيْعًا
وَ مِنَ النَّارِ مُجِيْرًا
وَ عَلَى الدَّهْرِ ظَهِيْرًا۔
Bir daha özünü qəbrə yapışdır, onu öp və de:
يَا وَلِيَّ اللّٰهِ
Ey Allahın vəlisi, ey Allahın hüccəti, ey günahların tökülməsi üçün Allah dərgahı! Səni sevən və səni ziyarət edən, qəbrinə pənah gətirən və bura gəlib dayanan kəs səndən istəyir ki, Allah dərgahında onun diləyinin qəbul olunması, dünya və axirətdə istəklərinə çatması üçün ona şəfaətçi olasan. Çünki Allah dərgahında əzəmətli məqam və qəbul olunan şəfaət sənə aiddir. Elə isə, ey mövlam, mənə nəzər et və məni öz dəstənə daxil et. Salam olsun sənə və sənin kənarında yatan Adəmə və Nuha. Salam olsun sənə və iki övladın Həsən və Hüseynə, nəslindən olan pak imamlara. Allahın rəhməti və bərəkəti olsun sənə!
يَا بَابَ حِطَّةِ اللّٰهِ
وَ اللَّاۤئِذُ بِقَبْرِكَ
وَ النَّازِلُ بِفِنَاۤئِكَ
وَ الْمُنِيْخُ رَحْلَهُ فِيْ جِوَارِكَ
يَسْاَلُكَ اَنْ تَشْفَعَ لَهُ اِلَى اللّٰهِ فِي قَضَاۤءِ حَاجَتِهِ
وَ نُجْحِ طَلِبَتِهِ فِي الدُّنْيَا وَ الْاٰخِرَةِ
فَاِنَّ لَكَ عِنْدَ اللّٰهِ الْجَاهَ الْعَظِيْمَ
وَ الشَّفَاعَةَ الْمَقْبُوْلَةَ
فَاجْعَلْنِيْ يَا مَوْلَايَ مِنْ هَمِّكَ
وَ اَدْخِلْنِيْ فِي حِزْبِكَ
وَ السَّلَامُ عَلَيْكَ وَ عَلٰى ضَجِيْعَيْكَ اٰدَمَ وَ نُوْحٍ
وَ السَّلَامُ عَلَيْكَ وَ عَلٰى وَلَدَيْكَ الْحَسَنِ وَ الْحُسَيْنِ
وَ عَلَى الْاَئِمَّةِ الطَّاهِرِيْنَ مِنْ ذُرِّيَّتِكَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ ۔
Sonra altı rəkət ziyarət namazı qıl: iki rəkət Əmirəl-mömininə (ə), iki rəkət Həzrət Adəmə (ə) və iki rəkət Həzrət Nuha (ə) hədiyyə et. Allaha çox dua et, inşaallah duaların qəbul olar.
Mərhum Əllamə Məclisinin nəzəri budur ki, yuxarıdakı ziyarət "mütləq ziyarət"lərdəndir. Odur ki, onu başqa vaxtlarda da oxumaq olar.