İMAM ƏLİNİN (Ə) KUFƏ MƏSCİDİNDƏ MİNACATI
اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ الْاَمَانَ
Ey Allahım, pak qəlblə Allah dərgahında hazır olan kəsdən savayı malın və övladın bir faydası olmayacaq gündə Səndən aman istəyirəm. Zalımın hər iki əlini dişləyib: "Ey kaş, Peyğəmbərlə birlikdə (itaət) yolunu tutub gedəydim!" – dediyi gündə Səndən aman istəyirəm. Günahkarların simalarından tanındığı və (əzab məmurlarının) onların başlarının qabaq hissəsindəki saçlardan və ayaqlarından tutub (Cəhənnəmə atdıqları) gündə Səndən aman istəyirəm. Atanın övladın yerinə və övladın ata yerinə cəzalandırılmayacağı gündə Səndən aman istəyirəm. Heç şübhəsiz, Allahın vədi haqdır. Zalımların üzrxahlığının bir fayda verməyəcəyi gündə Səndən aman istəyrəm. Allahın lənəti və (Cəhənnəmdəki) pis məkan onlar üçündür. Kimsənin kimsə üzərində iqtidarı olmadığı gündə Səndən aman istəyirəm. Həmin gün işlər Allahın əlindədir (Allaha aiddir). İnsanın öz qardaşından, anasından, atasından, yoldaşından və övladlarından qaçdığı gündə Səndən aman istəyirəm. Həmin gün hər kəs öz işi ilə məşğul olar. Günahkarın (dünyada) onu himayə edən övladlarını, yoldaşını, qardaşını, qəbiləsini və yer üzündıki bütün insanları o günün əzabından nicat tapmaq üçün fəda etmək istədiyi gündə Səndən aman istəyirəm. Lakin o, əsla nicat tapmaz və şölələnən alov əli, ayağı, dəri və başı qoparıb aparar.
Mənim Mövlam, ey mənim Mövlam! Sən mövlasan və mən bəndəyəm. Bəndəyə mövlasından qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən maliksən və mən maliki olan şəxsəm. Maliki olan şəxsə malikindən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən izzətlisən və mən zəliləm. Zəlilə izzətlidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən xaliqsən və mən məxluqam. Məxluqa xaliqindən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən əzəmətlisən və mən həqirəm. Həqirə əzəmətlidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən qüvvətlisən və mən zəifəm. Zəifə qüvvətlidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən ehtiyacsızsan və mən möhtacam. Möhtaca ehtiyacsızdan qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən əta edənsən və mən dilənənəm. Dilənənə əta edəndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən dirisən və mən ölüyəm. Ölüyə diridən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən baqisən və mən faniyəm. Faniyə baqidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən daimisən və mən zəvala uğrayanam. Zəvala uğrayana daimidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən ruzi vernsən və mən ruzi yeyənəm. Ruzi yeyənə ruzu verəndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən səxavətlisən və mən paxılam. Paxıla səxavətlidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən şəfa verənsən və mən xəstəyəm. Xəstəyə şəfa verəndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən böyüksən və mən kiçiyəm. Kiçiyə böyükdən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən hidayət eədnsən və mən azğınam. Azğına hidayət eədndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən mərhəmətlisən və mən mərhəmətə ehtiyacı olanam. Mərhəmətə ehtiyacı olana mərhəmətlidən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən hökmdarsan və giriftaram. Giriftara hökmdardan qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən yol gösətərnsən və mən sərgərdan qalanam. Sərgərdan qalana yol göstərəndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən bağışlayansan və mən günahkaram. Günahkara bağışlayandan qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən qalibsən və mən məğlubam. Məğluba qalibdən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən bəsləyənsən (rəbsən) və mən bəslənilənəm. Bəslənilənə bəsləyəndən qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Sən şəni ucasan və mən boyun əyənəm. Boyun əyənə şəni ucadan qeyri kim rəhm edər?
Mənim Mövlam, ey mənim Mövlam! Rəhmətinə xatir mənə rəhm et. Bəxşişinə, kərəminə və fəzlinə xatir məndən razı qal. Ey bəxşiş, yaxşılıq, qüdrət və imtinan sahibi! Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَ لَا بَنُوْنَ
اِلَّا مَنْ اَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيْمٍ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ يَعَضُّ الظَّالِمُ عَلٰى يَدَيْهِ
يَقُوْلُ يَا لَيْتَنِيْ اتَّخَذْتُ مَعَ الرَّسُوْلِ سَبِيْلًا
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ يُعْرَفُ الْمُجْرِمُوْنَ بِسِيْمَاهُمْ
فَيُؤْخَذُ بِالنَّوَاصِيْ وَ الْاَقْدَامِ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ لَا يَجْزِيْ وَالِدٌ عَنْ وَلَدِهِ
وَ لَا مَوْلُوْدٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا
اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِيْنَ مَعْذِرَتُهُمْ
وَ لَهُمُ اللَّعْنَةُ وَ لَهُمْ سُوۤءُ الدَّارِ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا
وَ الْاَمْرُ يَوْمَئِذٍ لِلّٰهِ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ اَخِيْهِ
وَ صَاحِبَتِهِ وَ بَنِيْهِ،
لِكُلِّ امْرِىۤءٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيْهِ
وَ اَسْاَلُكَ الْاَمَانَ يَوْمَ يَوَدُّ الْمُجْرِمُ
لَوْ يَفْتَدِيْ مِنْ عَذَابِ يَوْمَئِذٍ بِبَنِيْهِ
وَ صَاحِبَتِهِ وَ اَخِيْهِ
وَ فَصِيْلَتِهِ الَّتِيْ تُؤْوِيْهِ
وَ مَنْ فِي الْاَرْضِ جَمِيْعًا ثُمَّ يُنْجِيْهِ
اَنْتَ الْمَوْلٰى وَ اَنَا الْعَبْدُ
وَ هَلْ يَرْحَمُ الْعَبْدَ اِلَّا الْمَوْلٰى
اَنْتَ الْمَالِكُ وَ اَنَا الْمَمْلُوْكُ
وَ هَلْ يَرْحَمُ الْمَمْلُوْكَ اِلَّا الْمَالِكُ
اَنْتَ الْعَزِيْزُ وَ اَنَا الذَّلِيْلُ
وَ هَلْ يَرْحَمُ الذَّلِيْلَ اِلَّا الْعَزِيْزُ
اَنْتَ الْخَالِقُ وَ اَنَا الْمَخْلُوْقُ
وَ هَلْ يَرْحَمُ الْمَخْلُوْقَ اِلَّا الْخَالِقُ
اَنْتَ الْعَظِيْمُ وَ اَنَا الْحَقِيْرُ
وَ هَلْ يَرْحَمُ الْحَقِيْرَ اِلَّا الْعَظِيْمُ
اَنْتَ الْقَوِيُّ وَ اَنَا الضَّعِيْفُ
وَ هَلْ يَرْحَمُ الضَّعِيْفَ اِلَّا الْقَوِيُّ
اَنْتَ الْغَنِيُّ وَ اَنَا الْفَقِيْرُ
وَ هَلْ يَرْحَمُ الْفَقِيْرَ اِلَّا الْغَنِيُّ
اَنْتَ الْمُعْطِيْ وَ اَنَا السَّاۤئِلُ
وَ هَلْ يَرْحَمُ السَّاۤئِلَ اِلَّا الْمُعْطِيْ
اَنْتَ الْحَيُّ وَ اَنَا الْمَيِّتُ
وَ هَلْ يَرْحَمُ الْمَيِّتَ اِلَّا الْحَيُّ
اَنْتَ الْبَاقِيْ وَ اَنَا الْفَانِيْ
وَ هَلْ يَرْحَمُ الْفَانِيَ اِلَّا الْبَاقِيْ
اَنْتَ الدَّاۤئِمُ وَ اَنَا الزَّاۤئِلُ
وَ هَلْ يَرْحَمُ الزَّاۤئِلَ اِلَّا الدَّاۤئِمُ
اَنْتَ الرَّازِقُ وَ اَنَا الْمَرْزُوْقُ
وَ هَلْ يَرْحَمُ الْمَرْزُوْقَ اِلَّا الرَّازِقُ
اَنْتَ الْجَوَادُ وَ اَنَا الْبَخِيْلُ
وَ هَلْ يَرْحَمُ الْبَخِيْلَ اِلَّا الْجَوَادُ
اَنْتَ الْمُعَافِيْ وَ اَنَا الْمُبْتَلٰى
وَ هَلْ يَرْحَمُ الْمُبْتَلٰى اِلَّا الْمُعَافِيْ
اَنْتَ الْكَبِيْرُ وَ اَنَا الصَّغِيْرُ
وَ هَلْ يَرْحَمُ الصَّغِيْرَ اِلَّا الْكَبِيْرُ
اَنْتَ الْهَادِيْ وَ اَنَا الضَّآلُّ
وَ هَلْ يَرْحَمُ الضَّآلَّ اِلَّا الْهَادِيْ
اَنْتَ الرَّحْمَنُ وَ اَنَا الْمَرْحُوْمُ
وَ هَلْ يَرْحَمُ الْمَرْحُوْمَ اِلَّا الرَّحْمٰنُ
اَنْتَ السُّلْطَانُ وَ اَنَا الْمُمْتَحَنُ
وَ هَلْ يَرْحَمُ الْمُمْتَحَنَ اِلَّا السُّلْطَانُ
اَنْتَ الدَّلِيْلُ وَ اَنَا الْمُتَحَيِّرُ
وَ هَلْ يَرْحَمُ الْمُتَحَيِّرَ اِلَّا الدَّلِيْلُ
اَنْتَ الْغَفُوْرُ وَ اَنَا الْمُذْنِبُ
وَ هَلْ يَرْحَمُ الْمُذْنِبَ اِلَّا الْغَفُوْرُ
اَنْتَ الْغَالِبُ وَ اَنَا الْمَغْلُوْبُ
وَ هَلْ يَرْحَمُ الْمَغْلُوْبَ اِلَّا الْغَالِبُ
اَنْتَ الرَّبُّ وَ اَنَا الْمَرْبُوْبُ
وَ هَلْ يَرْحَمُ الْمَرْبُوْبَ اِلَّا الرَّبُّ
اَنْتَ الْمُتَكَبِّرُ وَ اَنَا الْخَاشِعُ
وَ هَلْ يَرْحَمُ الْخَاشِعَ اِلَّا الْمُتَكَبِّرُ
اِرْحَمْنِيْ بِرَحْمَتِكَ
وَ ارْضَ عَنِّيْ بِجُوْدِكَ
يَا ذَا الْجُوْدِ وَ الْاِحْسَانِ
وَ الطَّوْلِ وَ الْاِمْتِنَانِ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ.
Bu münacatı Həzrət Əli (ə) Kufə məscidində oxuyardı. Münacatın əvvəlində İmam (ə) Qiyamət gününü Quran təbirləri ilə tərif edərək, Allahdan aman istəyir. Daha sonra Allahın əzəməti müqabilində öz kiçikliyini etiraf edərək öz Məşuqu ilə raz-niyaz edir.