ƏRƏFƏ GÜNÜ İMAM HÜSEYNİN (Ə) ZİYARƏTİ
Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barədə saysız hədislər nəql olunmuşdur. Mühəddis Qumminin sözü ilə desək, bu hədislər saya gəlmir. Biz burada təkcə üç hədisi qeyd etməklə kifayətlənirik:
1. Bir çox mötəbər hədislərdə nəql olunur ki, Ərəfə günü Sübhan Allah Ərəfədə qalan hacılara nəzər salmazdan öncə İmam Hüseynin (ə) zəvvarlarına Öz rəhmət nəzərini salar.
2. Başqa bir mötəbər hədisdə nəql olunur ki, Rufaə dedi: "İmam Sadiq (ə) mənə buyurdu: "Bu il həccə getdinmi?" Mən dedim: "Sənə fəda olum, həccə getmək üçün pulum yox idi, amma Ərəfə günü İmam Hüseynin (ə) qəbri kənarında idim." O həzrət buyurdu: "Ey Rufaə, Mina əhlinin etdiklərindən əskik bir iş etmədin. Əgər camaatın həcci tərk edəcəyindən qorxmasaydım, sənə bir hədis deyərdim ki, onu eşitdikdən sonra İmam Hüseynin (ə) qəbrini ziyarət etməyi əsla tərk etməzdin." O həzrət bir qədər sükut etdikdən sonra buyurdu: "Atam mənə xəbər verdi ki, hər kim İmam Hüseynin (ə) haqqını tanıyaraq və təkəbbürlük etmədən o həzrətin qəbrinin ziyarətinə gedərsə, min mələk sağ tərəfdən və min mələk sol tərəfdən onu müşayiət edər. Ona Peyğəmbərlə (s) və ya Peyğəmbərin (s) canişini ilə yerinə yetirilən min həcc və min umrənin savabı yazılar."
3. Davud Riqqi deyir: "Mən İmam Sadiqdən (ə), İmam Kazimdən (ə) və İmam Rzadan (ə) eşitdim ki, belə buyurdular: "Hər kim Ərəfə günü İmam Hüseynin (ə) ziyarətinə gedərsə, Allah onun qəlbinə aramlıq bəxş edər."
Ərəfə günü İmam Hüseyni (ə) ziyarət etməyin qaydası belədir:
İmam Hüseyni (ə) ziyarət etmək istədikdə, imkan olduğu təqdirdə Fəratın suyu ilə, imkan olmadığı təqdirdə isə əldə olan su ilə qüsl et və ən təmiz paltarını geyin. Təmkinlə və vüqarla hərəmə tərəf hərəkət et. Hərəmin qapısına çatdıqda de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür!
اَللّٰهُ اَكْبَرُ كَبِيْرًا
Allah çox-çox böyükdür. Saysız həmd-səna Allaha məxsusdur. Hər səhər-axşam Allaha təsbih deyirəm. Həmd-səna o Allaha məxsusdur ki, bizi buna (bu qədər nemətlərə) yönəltdi və əgər Allah bizi yönəltməsəydi, bizim bunlara əlimiz çatmazdı. Həqiqətən bizim Rəbbimizin tərəfindən gələn elçilər haqqı gətirmişlər. Salam olsun Rəsulallaha. Salam olsun Əmirəl-mömininə. Salam olsun dünya qadınlarının sərvəri Fatimə-Zəhraya. Salam olsun Həsənə və Hüseynə. Salam olsun Əli ibn Hüseynə. Salam olsun Məhəmməd ibn Əliyə. Salam olsun Cəfər ibn Məhəmmədə. Salam olsun Musa ibn Cəfərə. Salam olsun Əli ibn Musaya. Salam olsun Məhəmməd ibn Əliyə. Salam olsun Əli ibn Məhəmmədə. Salam olsun Həsən ibn Əliyə. Salam olsun o ləyaqətli canişinə ki, onun zühurunun intizarını çəkirlər. Salam olsun sənə ey Əba Əbdillah. Salam olsun sənə ey Rəsulallahın övladı. Sənin qulun, sənin qulunun və kənizinin övladı, dostlarının dostu və düşmənlərinin düşməni sənin şəhadət məkanına sığınmış və sənə tərəf gəlməklə Allaha yaxınlaşmaq istəmişdir. Həmd olsun o Allaha ki, məni sənin dostluğuna yönəltmiş, məni sənin ziyarətin üçün seçmiş və bu ziyarəti mənə asan etmişdir.
وَ الْحَمْدُ لِلّٰهِ كَثِيْرًا
وَ سُبْحَانَ اللّٰهِ بُكْرَةً وَ اَصِيْلًا
وَ الْحَمْدُ لِلّٰهِ الَّذِيً هَدَانَا لِهٰذَا
وَ مَا كُنَّا لِنَهْتَدِيَ لَوْ لَاۤ اَنْ هَدَانَا اللّٰهُ
لَقَدْ جَاۤءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ
اَلسَّلَامُ عَلٰى رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَلسَّلَامُ عَلٰى اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلٰى فَاطِمَةَ الزَّهْرَاۤءِ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ
اَلسَّلَامُ عَلٰى عَلِيِّ بْنِ الْحُسَيْنِ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِيٍّ
اَلسَّلَامُ عَلٰى جَعْفَرِ بْنِ مُحَمَّدٍ
اَلسَّلَامُ عَلٰى مُوْسَى بْنِ جَعْفَرٍ
اَلسَّلَامُ عَلٰى عَلِيِّ بْنِ مُوْسٰى
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَلِيٍّ
اَلسَّلَامُ عَلٰى عَلِيِّ بْنِ مُحَمَّدٍ
اَلسَّلَامُ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ
اَلسَّلَامُ عَلَى الْخَلَفِ الصَّالِحِ الْمُنْتَظَرِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ وَ ابْنُ اَمَتِكَ
وَ تَقَرَّبَ اِلَى اللّٰهِ بِقَصْدِكَ
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ هَدَانِيْ لِوِلَايَتِكَ
وَ خَصَّنِيْ بِزِيَارَتِكَ
وَ سَهَّلَ لِيْ قَصْدَكَ۔
Sonra hərəmə daxil ol və o həzrətin qəbrinin baş tərəfində dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyi Adəmin varisi. Salam olsun sənə ey Allahın peyğəmbəri Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey Allahın sevimlisi Məhəmmədin varisi. Salam olsun sənə ey Əmirəl-mömininin varisi. Salam olsun sənə ey Fatimə-Zəhranın varisi. Salam olsun sənə ey Məhəmməd Mustəfanın övladı. Salam olsun sənə ey Əli Murtəzanın övladı. Salam olsun sənə ey Fatimə-Zəhranın övladı. Salam olsun sənə ey Xədicə-Kübranın övladı. Salam olsun sənə ey o kəsin övladı ki, sizin qanınızın intiqamını alan Allahdır və o yeganə kəs ki, qanının intiqamı alınmamışdır. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-menkər etdin, Allaha itaət etdin, ta ki ölümün çatdı. Allah lənət etsin səni qətlə yetirən, sənə zülm edən və bunu eşidib razı qalan camaata. Ey mövlam, ey Əba Əbdillah, Allahı, Onun mələklərini, peyğəmbərlərini və elçilərini şahid tuturam ki, məni sizə imanım vardır; dinimin qanunları və əməlimin aqibəti vasitəsi ilə sizin dönüşünüzə əminəm; mənim qayıdışım Allaha tərəfdir. Elə isə Allahın salamları olsun sizə, sizin ruhlarınıza və bədənlərinizə, sizin hazırınıza və qaibinizə, sizin zahirdə olanınıza və batində olanınıza. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusunun və canişinlərin sərvərinin övladı; təqvalıların öndəri və üzüağları nemətlə dolu cənnət bağlarına yönəldən imamın övladı. Niyə də belə olmayasan?! Bir halda ki, sən hidayət qapısı, təqvalıların öndəri, (hidayətin) möhkəm ipi, dünya əhlinə hüccət, "Kisa əhlinin" beşincisi, rəhmət peyğəmbərinin əlindən çörək yeyən, imanla dolu sinədən süd içən və İslamın ətəyində tərbiyyə alan bir kəssən. Odur ki, ürək səndən ayrılmağa razı deyildir və sənin sağ olmağına qəlbi şəkk-şübhəsi yoxdur. Allahın salamı olsun sənə, sənin atana və övladlarına. Salam olsun sənə ey torpaq üstünə düşən kəs ki, sənin üçün göz yaşları tökülür; (salam olsun sənə ey) ardıcıl müsibətlərin həmdəmi. Allah lənət etsin sənin hörmətinə riayət etməyən camaata. (Allah lənət etsin sənin barəndə İslamın hörmətinə təcavüz edən camaata.) Sən qətlə yetirildin. Allahın salamı olsun sənə ondan ötrü ki, zülmə məruz qaldın, Rəsulallahın – Allahın salamı olsun ona və xanidanına – tərəfindən kimsə sənin qanının intiqamını almadı, sənin yoxluğunla Allahın kitabı tərk edildi. Salam olsun sənə, sənin babana və atana, anana və qardaşına, sənin övladlarından olan imamlara, səninlə birlikdə şəhid olanlara, sənin qəbrini əhatəyə alan, zəvvarlarına şahid olan və şiələrinin duasının qəbul olunması üçün amin deyən mələklərə. Salam olsun sənə, Allahın rəhməti və bərəkəti olsun sənə. Atam-anam sənə fəda olsun ey Rəsulallahın övladı. Atam-anam sənə fəda olsun ey Əba Əbdillah. Həqiqətən sənin müsibətin ağrılı oldu. Sənin müsibətin bizə və bütün göy və yer əhlinə böyük oldu. Allah lənət etsin atlarını yəhərləyib cilovlayan və səninlə döyüşə gələn camaata. Ey mövlam, ey Əba Əbdillah, sənin hərəmini qəsd etmiş və şəhid olduğun məkana gəlmişəm. Allahın yanında olan məqamına xatir Ondan istəryirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin; məni dünya və axirətdə Öz lütfünə, bəxşişinə və kərəminə xatir sizinlə birgə qərar versin.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيْبِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ ۟اِلْمُصْطَفٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ ۟اِلْمُرْتَضٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَدِيْجَةَ الْكُبْرٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ
وَ الْوِتْرَ الْمَوْتُوْرَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ اَطَعْتَ اللّٰهَ حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ
يَا مَوْلَايَ يَا اَبَا عَبْدِ اللّٰهِ
اُشْهِدُ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ
وَ اَنْبِيَاۤءَهُ وَ رُسُلَهُ
اَنِّيْ بِكُمْ مُؤْمِنٌ وَ بِاِيَابِكُمْ
مُوْقِنٌ بِشَرَاۤئِعِ دِيْنِيْ وَ خَوَاتِيْمِ عَمَلِيْ
وَ مُنْقَلَبِيۤ اِلٰى رَبِّیْ
فَصَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
وَ عَلٰىۤ اَرْوَاحِكُمْ وَ عَلٰىۤ اَجْسَادِكُمْ
وَ عَلٰى شَاهِدِكُمْ وَ عَلٰى غَاۤئِبِكُمْ
وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ
وَ ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
وَ ابْنَ اِمَامِ الْمُتَّقِيْنَ
وَ ابْنَ قَاۤئِدِ الْغُرِّ الْمُحَجَّلِيْنَ اِلٰى جَنَّاتِ النَّعِيْمِ
وَ كَيْفَ لَا تَكُوْنُ كَذٰلِكَ
وَ الْعُرْوَةُ الْوُثْقٰى
وَ الْحُجَّةُ عَلٰىۤ اَهْلِ الدُّنْيَا
وَ خَامِسُ اَصْحَابِ [اَهْلِ] الْكِسَاۤءِ
غَذَتْكَ يَدُ الرَّحْمَةِ
وَ رُضِعْتَ [رَضَعْتَ] مِنْ ثَدْيِ الْاِيْمَانِ
وَ رُبِّيْتَ فِيْ حِجْرِ الْاِسْلَامِ
فَالنَّفْسُ غَيْرُ رَاضِيَةٍ بِفِرَاقِكَ
وَ لَا شَآكَّةٍ فِيْ حَيَاتِكَ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ
وَ عَلٰىۤ اٰبَاۤئِكَ وَ اَبْنَاۤئِكَ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَرِيْعَ الْعَبْرَةِ السَّاكِبَةِ
وَ قَرِيْنَ الْمُصِيْبَةِ الرَّاتِبَةِ
لَعَنَ اللّٰهُ اُمَّةً اسْتَحَلَّتْ مِنْكَ الْمَحَارِمَ
[وَ انْتَهَكَتْ فِيْكَ حُرْمَةَ الْاِسْلَامِ]
فَقُتِلْتَ صَلَّى اللّٰهُ عَلَيْكَ مَقْهُوْرًا
وَ اَصْبَحَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ بِكَ مَوْتُوْرًا
وَ اَصْبَحَ كِتَابُ اللّٰهِ بِفَقْدِكَ مَهْجُوْرًا
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰى جَدِّكَ وَ اَبِيْكَ
وَ عَلَى الْاَئِمَّةِ مِنْ بَنِيْكَ
وَ عَلَى الْمُسْتَشْهَدِيْنَ مَعَكَ
وَ عَلَى الْمَلَاۤئِكَةِ الْحَآفِّيْنَ بِقَبْرِكَ
وَ الشَّاهِدِيْنَ لِزُوَّارِكَ
الْمُؤَمِّنِيْنَ بِالْقَبُوْلِ عَلٰى دُعَاۤءِ شِيْعَتِكَ
وَ السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ
وَ جَلَّتِ الْمُصِيْبَةُ بِكَ
عَلَيْنَا وَ عَلٰى جَمِيْعِ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرْضِ
فَلَعَنَ اللّٰهُ اُمَّةً اَسْرَجَتْ وَ اَلْجَمَتْ
وَ تَهَيَّاَتْ لِقِتَالِكَ
يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَسْاَلُ اللّٰهَ بِالشَّأْنِ الَّذِيْ لَكَ عِنْدَهُ
وَ بِالْمَحَلِّ الَّذِيْ لَكَ لَدَيْهِ
اَنْ يُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ يَجْعَلَنِيْ مَعَكُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
بِمَنِّهِ وَ جُوْدِهِ وَ كَرَمِهِ۔
Sonra zərihi öp və qəbrin baş tərəfində iki rəkət namaz qıl:
Fatihədən sonra istədiyin "Surə"ni oxuya bilərsən. Namazdan sonra de:
اَللّٰهُمَّ اِنِّي صَلَّيْتُ وَ رَكَعْتُ وَ سَجَدْتُ
Ey Allahım, mən Sənə namaz qıldım, rüku və səcdə etdim. Sən təksən və şərikin yoxdur. Namaz, rüku və səcdə yalnız Sənə məxsusdur. Çünki Sən o Allahsan ki, Səndən qeyri İlah yoxdur. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Mənim ən yaxşı salamımı onlara çatdır və onların da salamını mənə qaytar. Ey Allahım, bu iki rəkət namaz mənim tərəfimdən mövlam, ağam və imamım Hüseyn ibn Əliyə - Onların hər ikisinə salam olsun – hədiyyədir. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və bunu məndən qəbul et. Bunun əvəzində mənə arzu etdiyimdən daha yaxşı və Səndən və Sənin vəlindən umduğum ən yaxşı mükafatı mənə əta et. Ey rəhimlərinin ən rəhimlisi.
لَكَ وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
لِاَنَّ الصَّلَاةَ وَ الرُّكُوْعَ وَ السُّجُوْدَ
لِاَنَّكَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَبْلِغْهُمْ عَنِّيۤ اَفْضَلَ التَّحِيَّةِ وَ السَّلَامِ
وَ ارْدُدْ عَلَيَّ مِنْهُمُ التَّحِيَّةَ وَ السَّلَامَ
اَللّٰهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ
هَدِيَّةٌ مِنِّيۤ اِلٰى مَوْلَايَ وَ سَيِّدِيْ وَ اِمَامِي
الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَلَيْهِمَا السَّلَامُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ تَقَبَّلْ ذٰلِكَ مِنِّيْ وَ اجْزِنِيْ عَلٰى ذٰلِكَ
اَفْضَلَ اَمَلِيْ وَ رَجَاۤئِيْ فِيْكَ وَ فِيْ وَلِيِّكَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra ayağa qalx və Əli ibn Hüseyni (ə) (Əli Əkbəri) ziyarət etmək üçün İmam Hüseynin (ə) qəbrinin ayaq tərəfinə get, de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Allahın peyğəmbərinin övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey şəhid Hüseynin övladı. Salam olsun sənə ey şəhidin övladı şəhid. Salam olsun sənə ey məzlumun övladı məzlum. Allah lənət etsin səni qətlə yetirən və sənə zülm edən və bunu eşidib razı qalan camaata. (Salam olsun sənə ey mövlam.) Salam olsun sənə ey Allahın vəlisi və Allahın vəlisinin övladı. Həqiqətən sənin müsibətin böyük oldu. Sənin müsibətin bizə və bütün möminlərə ağrılı oldu. Allah lənət etsin səni qətlə yetirən camaata. Dünya və axirətdə onlardan Allah dərgahına və sənə şikayət edirəm.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْحُسَيْنِ الشَّهِيْدِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الشَّهِيْدُ ابْنُ الشَّهِيْدِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمَظْلُوْمُ ابْنُ الْمَظْلُوْمِ
لَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ ابْنَ وَلِيِّهِ
لَقَدْ عَظُمَتِ الْمُصِيْبَةُ
وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ
عَلَيْنَا وَ عَلٰى جَمِيْعِ الْمُؤْمِنِيْنَ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ اَبْرَاُ اِلَى اللّٰهِ وَ اِلَيْكَ مِنْهُمْ فِي الدُّنْيَا وَ الْاٰخِرَةِ۔
Sonra digər şəhidlərə üz tut və onları ziyarət etmək üçün de:
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَوْلِيَاۤءَ اللّٰهِ وَ اَحِبَّاۤءَهُ
Salam olsun sizə ey Allahın övliyaları və Allahı sevənlər. Salam olsun sizə ey Allahın seçdikləri və aşiqləri. Salam olsun sizi ey Allahın dininin, Onun peyğəmbərinin, Əmirəl-mömininin və dünya qadınlarının sərvəri Fatimənin köməkçiləri. Salam olsun sizə ey xeyirxah vəli Əba Məhəmməd Həsənin köməkçiləri. Salam olsun sizə ey məzlum şəhid Əba Əbdillah Hüseynin köməkçiləri. Allahın salamı olsun onların hamısına! Atam-anam sizə fəda oldun, siz pakizə oldunuz və sizin dəfn edildiyiniz yer də pakizə oldu. And olsun Allaha, siz böyük nicata nail oldunuz. Ey kaş mən də sizinlə olaydım və sizinlə, şəhidlərlə və ləyaqətli insanlarla birlikdə Cənnətdə nicata çataydım. Onlar necə də gözəl dostlardır! Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَصْفِيَاۤءَ اللّٰهِ وَ اَوِدَّاۤءَهُ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ دِيْنِ اللّٰهِ
وَ اَنْصَارَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ اَنْصَارَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اَبِيْ مُحَمَّدٍ
اَلْحَسَنِ الْوَلِيِّ النَّاصِحِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اَبِيْ عَبْدِ اللّٰهِ
الْحُسَيْنِ الشَّهِيْدِ الْمَظْلُوْمِ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ
بِاَبِيۤ اَنْتُمْ وَ اُمِّيْ
طِبْتُمْ وَ طَابَتِ الْاَرْضُ الَّتِيْ فِيْهَا دُفِنْتُمْ
وَ فُزْتُمْ وَ اللّٰهِ فَوْزًا عَظِيْمًا
يَا لَيْتَنِيْ كُنْتُ مَعَكُمْ فَاَفُوْزَ مَعَكُمْ
فِي الْجِنَانِ مَعَ الشُّهَدَاۤءِ وَ الصَّالِحِيْنَ
وَ حَسُنَ اُوْلٰۤئِكَ رَفِيْقًا
وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra qəbrin baş tərəfinə qayıt və özün, ailən və din qardaşların üçün çox dua et.
Seyid İbn Tavus və Şəhid-əvvəl deyiblər: Sonra Cənab Abbasın müqəddəs hərəminə tərəf hərəkət et. O həzrətin qəbri kənarında dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا الْفَضْلِ
الْعَبَّاسَ ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَوَّلِ الْقَوْمِ اِسْلَامًا
وَ اَقْدَمِهِمْ اِيْمَانًا
وَ اَقْوَمِهِمْ بِدِيْنِ اللّٰهِ
وَ اَحْوَطِهِمْ عَلَى الْاِسْلَامِ
اَشْهَدُ لَقَدْ نَصَحْتَ لِلّٰهِ وَ لِرَسُوْلِهِ وَ لِاَخِيْكَ
فَنِعْمَ الْاَخُ الْمُوَاسِيْ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً اِسْتَحَلَّتْ مِنْكَ الْمَحَارِمَ
وَ انْتَهَكَتْ فِيْ قَتْلِكَ حُرْمَةَ الْاِسْلَامِ
فَنِعْمَ الْاَخُ الصَّابِرُ الْمُجَاهِدُ
وَ الْاَخُ الدَّافِعُ عَنْ اَخِيْهِ
الْمُجِيْبُ اِلٰى طَاعَةِ رَبِّهِ
الرَّاغِبُ فِيْمَا زَهِدَ فِيْهِ غَيْرُهُ
مِنَ الثَّوَابِ الْجَزِيْلِ وَ الثَّنَاۤءِ الْجَمِيْلِ
وَ اَلْحَقَكَ اللّٰهُ بِدَرَجَةِ اٰبَاۤئِكَ
اِنَّهُ حَمِيْدٌ مَجِيْدٌ۔
اَللّٰهُمَّ لَكَ تَعَرَّضْتُ
Ey Allahım, mən Sənin mükafatına rəğbət bəsləyərək, əfvinə və çoxlu ehsanına ümid edərək Sənə üz tutdum və Sənin övliyanın ziyarətini qəsd etdim. Elə isə Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən. Onların vasitəsi ilə ruzimi çoxaldasan, yaşayışımı şad edəsən, ziyarətimi qəbul edəsən və günahlarımı bağışlayasan. Onların vasitəsi ilə məni nicat tapmış, müvəffəq və dualarım qəbul olunmuş halda (vətənimə) qeri qaytarasan; hər zəvvardan və qəsd edəndən daha yaxşı olaraq. Öz rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.
وَ لِزِيَارَةِ اَوْلِيَاۤئِكَ قَصَدْتُ
وَ رَجَاۤءً لِمَغْفِرَتِكَ
فَاَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَجْعَلَ رِزْقِيْ بِهِمْ دَآرًّا
وَ عَيْشِيْ بِهِمْ قَآرًّا
وَ زِيَارَتِيْ بِهِمْ مَقْبُوْلَةً
وَ حَيَاتِيْ بِهِمْ طَيِّبَةً
وَ ذَنْبِيْ بِهِمْ مَغْفُوْرًا
وَ اقْلِبْنِيْ بِهِمْ مُفْلِحًا مُنْجِحًا
بِاَفْضَلِ مَا يَنْقَلِبُ بِهِ اَحَدٌ
مِنْ زُوَّارِهِ وَ الْقَاصِدِيْنَ اِلَيْهِ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra o həzrətin pak zərihini öp və onun yanında – istədiyin qədər - ziyarət namazı qıl.