⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
Mərhum Seyid ibni Tavus buyurur: Böyük fəqih Əbu Əli Fəzl ibni Həsən Təbərsinin yazdığı "Kunuzun-həcah" kitabında gördüm ki, mövlamız həzrət Höccətdən (ə.f) belə nəql olunmuşdur: Hüseyn ibni Məhəmməd Bəzufəri deyir: İmam Zamanın (ə.f) Müqəddəs Nahiyəsindən belə bir xəbər sadir olunmuşdur: Hər kəsin Allah dərgahında bir hacəti olsa, cümə axşamı gecənin yarısından sonra qüsl edib, öz namaz qıldığı yerə getsin, iki rəkət namaz qılsın. Birinci rəkətdə Fatihə surəsini oxuyub "iyyəkə nə'budu və iyyəkə nəstə'in" ayəsinə çatanda onu yüz dəfə təkrar etsin, sonra surəni oxuyub axıra çatdırsın, sonra bir dəfə İxlas surəsini oxusun, sonra rüku və səcdələri yerinə yetirsin, onların zikrlərini yeddi dəfə təkrarlasın. ikinci rəkəti də eynilə birinci rəkət kimi qılsın, sonra (aşağıda qeyd olunan) bu duanı oxusun. Sonra hər bir hacəti olsa - yalnız qohum-əqrəba ilə sileyi-rəhimi kəsməkdən başqa - Allahdan istəsin, Allah-Təala onun hacətini hökmən rəva qılar.
O dua belədir:
اَللّٰهُمَّ اِنْ اَطَعْتُكَ فَالْمَحْمَدَةُ لَكَ، وَاِنْ عَصَيْتُكَ فَالْحُجَّةُ لَكَ، مِنْكَ الرَّوْحُ وَمِنْكَ الْفَرَجُ، سُبْحَانَ مَنْ اَنْعَمَ وَشَكَرَ، سُبْحَانَ مَنْ قَدَرَ وَغَفَرَ۔
اَللّٰهُمَّ اِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ، فَاِنِّي قَدْ اَطَعْتُكَ فِيْ اَحَبَّ الْاَشْيَاۤءِ اِلَيْكَ وَهُوَ الْاِيْمَانُ بِكَ، لَمْ اَتَّخِذْ لَكَ وَلَدًا، وَلَمْ اَدْعُ لَكَ شَرِيْكًا، مَنًّا مِنْكَ بِهِ عَلَيَّ لَا مَنًّا مِنِّيْ بِهِ عَلَيْكَ، وَقَدْ عَصَيْتُكَ يَا اِلٰهِيْ عَلٰى غَيْرِ وَجْهِ الْمُكَابَرَةِ، وَلَا الْخُرُوْجِ عَنْ عُبُوْدِيَّتِكَ، وَلَا الْجُحُوْدِ لِرُبُوْبِيَّتِكَ، وَلٰكِنْ اَطَعْتُ هَوَايَ، وَاَزَلَّنِيْ الشَّيْطَانُ، فَلَكَ الْحُجَّةُ عَلَيَّ وَالْبَيَانُ، فَاِنْ تُعَذِّبْنِيْ فَبِذُنُوْبِيْ غَيْرَ ظَالِمٍ، وَاِنْ تَغْفِرْ لِيْ وَتَرْحَمْنِيْ، فَاِنَّكَ جَوَادٌ كَرِيْمٌ، يَا كَرِيْمُ يَا كَرِيْمُ
Bu kəlmələri bir nəfəs miqdarında təkrarlasın, sonra belə desin:
يَا اٰمِنًا مِنْ كُلِّ شَيْ ءٍ، وَكُلُّ شَيْ ءٍ مِنْكَ خَاۤئِفٌ حَذِرٌ، اَسْاَلُكَ بِاَمْنِكَ مِنْ كُلِّ شَيْ ءٍ، وَخَوْفِ كُلِّ شَيْ ءٍ مِنْكَ، اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ، وَاَنْ تُعْطِيَنِيْ اَمَانًا لِنَفْسِيْ وَاَهْلِيْ وَوَلَدِيْ، وَسَاۤئِرِ مَا اَنْعَمْتَ بِهِ عَلَيَّ، حَتَّى لَا اَخَافَ اَحَدًا، وَلَا اَحْذَرَ مِنْ شَيْ ءٍ اَبَدًا، اِنَّكَ عَلٰى كُلِّ شَيْ ءٍ قَدِيْرٌ، وَحَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيْلُ، يَا كَافِيَ اِبْرَاهِيْمَ نُمْرُوْدَ، يَا كَافِيَ مُوْسٰى فِرْعَوْنَ، اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ، وَاَنْ تَكْفِيَنِيْ شَرَّفُلَانِ بْنِ فُلَانٍ
Ey hər bir şeydən amanda olan və hər bir şeyin Ondan qorxub çəkindiyi kəs! Hər bir şeydən amanda olmağın və hər bir şeyin Səndən qorxması hörmətinə Səndən istəyirəm ki, Məhəmməd və Məhəmməd ailəsinə salavat göndərəsən. Özümə, ailəmə, övladıma və mənə verdiyin digər nemətlərə elə bir əmin-amanlıq bəxş et ki, heç kəsdən qorxmayım və əsla heç bir şeydən çəkinməyim. Həqiqətən, Sən hər şeyə qadirsən. Allah bizə bəsdir və O, nə gözəl vəkildir. Ey İbrahimə Nəmrud qarşısında kifayət edən, ey Musaya Firon qarşısında kifayət edən! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmməd ailəsinə salavat göndərəsən və filankəs oğlu filankəsin şərini məndən uzaq edəsən (mənə kifayət edəsən).
"Fulan ibni fulan" sözünün yerinə şərindən qorxduğu adamın adını desin, Allah-Təala, inşaallah, onu həmin şəxsin şərindən hifz edəcəkdir.
Sonra səcdəyə gedib öz hacətini desin və Allah dərgahında təzərrə və ah-nalə etsin. Çünki elə bir mömin kişi və ya qadın yoxdur ki, bu namazı qılıb, xalis niyyətlə dua etdikdə asimanın qapıları onun hacətinin rəva olunması üçün açılmasın və həmin gecədə istədiyi hacətlər yerinə yetirilər. Bu da Allah-Təalanın bizə və camaata etdiyi fəzl və mərhəmətidir.