اَللّٰهُمَّ اِنّي اَدِيْنُكَ بِطَاعَتِكَ وَوِلَايَتِكَ، وَوِلَايَةِ مُحَمَّدٍ نَبِيِّكَ، وَوِلَايَةِ اَمِيْرِالْمُؤْمِنِيْنَ حَبِيْبِ نَبِيِّكَ، وَوِلَايَةِ الْحَسَنِ وَالْحُسَيْنِ، سِبْطَيْ نَبِيِّكَ وَسَيِّدَيْ شَبَابِ اَهْلِ جَنَّتِكَ۔
Allahım! Mən Sənə itaət etməklə, Sənin vilayətinə, Peyğəmbərin Məhəmmədin vilayətinə, Peyğəmbərinin həməşəri (sevgilisi) Möminlərin əmirinin vilayətinə, Peyğəmbərinin iki nəvəsi və cənnət cavanlarının ağaları olan Həsən və Hüseynin vilayətinə etiqad bəsləyirəm. Və ey Rəbbim! Əli ibn Hüseynin, Məhəmməd ibn Əlinin, Cəfər ibn Məhəmmədin, Musa ibn Cəfərin, Əli ibn Musanın, Məhəmməd ibn Əlinin, Əli ibn Məhəmmədin, Həsən ibn Əlinin və ağam, mövlam Zamanın sahibinin (İmam Mehdinin) vilayətinə etiqad bəsləyirəm. Ey Rəbbim! Sənin kitabında nazil etdiyin şeylər əsasında, onlara verdiyin üstünlükləri inkar etmədən və təkəbbür göstərmədən, razı halda onlara itaət və vilayətlərini qəbul etməklə Sənə bəndəlik edirəm. Allahım! Məhəmməd və Məhəmməd ailəsinə salavat göndər. Sənin vəlin, xəlifən, dilin, ədalətini bərpa edən, hörmətini uca tutan, Sənin tərəfindən bəyan edən, Sənin hökmünlə danışan, görən gözün, eşidən qulağın, bəndələrinin şahidi, məxluqatın üzərindəki höccətin, Sənin yolunda cihad edən və Sənə itaətdə çalışan kəsi (İmam Mehdini) bəlalardan qoru. Onu Özünün itməyən əmanətində (himayəndə) qərar ver, qalib ordunla ona dayaq ol, ona kömək et və onun tərəfindən (düşmənləri) dəf et. Məni, valideynlərimi, onların övladlarını və mənim övladlarımı dünyada və axirətdə ona kömək edənlərdən və onun vasitəsilə zəfər çalanlardan et. Onun vasitəsilə pərişanlığımızı nizamla və ayrılığımızı birliyə çevir. Allahım! Onun vasitəsilə zülmü məhv et, ona düşmənçilik edənləri darmadağın et, zəlalət başçılarının belini qır; elə ki, yer üzündə onlardan bir nəfər belə qoymayasan.
وَاَدِيْنُكَ يَا رَبِّ بِوِلَايَةِ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَمُحَمَّدِ بْنِ عَلِيٍّ وَجَعْفَرِ بْنِ مُحَمَّدٍ وَمُوْسَى بْنِ جَعْفَرٍ وَعَلِيِّ بْنِ مُوْسٰى وَمُحَمَّدِ بْنِ عَلِيٍّ وَعَلِيِّ بْنِ مُحَمَّدٍ وَالْحَسَنِ بْنِ عَلِيٍّ، وَسَيِّدِيْ وَمَوْلَايَ صَاحِبَ الزَّمَانِ۔
اَدِيْنُكَ يَا رَبِّ بِطَاعَتِهِمْ وَوِلَايَتِهِمْ، وَبِالتَّسْلِيْمِ بِمَا فَضَّلْتَهُمْ، رَاضِيًا غَيْرَ مُنْكِرٍ وَلَا مُسْتَكْبِرٍ، عَلٰى مَا اَنْزَلْتَ فِيْ كِتَابِكَ۔
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ، وَادْفَعْ عَنْ وَلِيِّكَ وَخَلِيْفَتِكَ وَلِسَانِكَ وَالْقَاۤئِمِ بِقِسْطِكَ، وَالْمُعَظِّمِ لِحُرْمَتِكَ، وَالْمُعَبِّرِ عَنْكَ، وَالنَّاطِقِ بِحُكْمِكَ، وَعَيْنِكَ النَّاظِرَةِ، وَاُذُنِكَ السَّامِعَةِ، وَشَاهِدِ عِبَادِكَ، وَحُجَّتِكَ عَلٰى خَلْقِكَ، وَالْمُجَاهِدِ فِيْ سَبِيْلِكَ، وَالْمُجْتَهِدِ فِيْ طَاعَتِكَ۔
وَاجْعَلْهُ فِيْ وَدِيْعَتِكَ الَّتِيْ لَاتَضِيْعُ، وَاَيِّدْهُ بِجُنْدِكَ الْغَالِبِ، وَاَعِنْهُ وَاَعِنْ عَنْهُ، وَاجْعَلْنِيْ وَوَالِدَيَّ وَمَا وَلَدَا وَوُلْدِيْ مِنَ الَّذِيْنَ يَنْصُرُوْنَهُ، وَيَنْتَصِرُوْنَ بِهِ فِي الدُّنْيَا وَالْاٰخِرَةِ، اِشْعَبْ بِهِ صَدْعَنَا، وَارْتُقْ بِهِ فَتْقَنَا۔
اَللّٰهُمَّ اَمِتْ بِهِ الْجَوْرَ، وَدَمْدِمْ بِمَنْ نَصَبَ لَهُ، وَاقْصِمْ رُؤُوْسَ الضَّلَالَةِ حَتَّى لَاتَدَعَ عَلَى الْاَرْضِ مِنْهُمْ دَيَّارًا۔