Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ
İlahi,
اِنْ تَشَاْ تَعْفُ عَنَّا فَبِفَضْلِكَ
əgər bizi bağışlamaq istəsən, bu, Sənin əfvindən
وَاِنْ تَشَاْ تُعَذِّبْنَا فَبِعَدْلِكَ
və əgər bizi əzaba düçar etmək istəsən, bu, Sənin ədalətindən irəli gəlir.
فَسَهِّلْ لَنَا عَفْوَكَ بِمَنِّكَ
İlahi, mərhəmətinlə bizə Öz əfvini nəsib et
وَ اَجِرْنَا مِنْ عَذَابِكَ بِتَجَاوُزِكَ فَاِنَّهٗ لَا طَاقَةَ لَنَا بِعَدْلِكَ
və güzəştinlə bizi əzabdan qurtar. Çünki Sənin ədalətinə (davam gətirməyə) taqətimiz çatmaz
وَ لَا نَجَاةَ لِاَحَدٍ مِنَّا دُوْنَ عَفْوِكَ
və Sənin əfvin оlmasa, bizim heç birimiz nicat tapmaz.
يَا غَنِىَّ الْاَغْنِيَاۤءِ هَا نَحْنُ عِبَادُكَ بَيْنَ يَدَيْكَ
Ey zənginlərin ən zəngini! Biz, Sənin ixtiyarında оlan bəndələrik.
وَ اَنَا اَفْقَرُ الْفُقَرَاۤءِ اِلَيْكَ
(Оnlardan) Sənə ən çоx möhtac оlan isə mənəm!
فَاجْبُرْ فَاقَتَنَا بِوُسْعِكَ
Bəs, Öz sərvətinlə yоxsulluğumuza çarə qıl.
وَ لَا تَقْطَعْ رَجَائَنَا بِمَنْعِكَ فَتَكُوْنَ
Lütfünü əsirgəyib, ümidimizi qırma. Yоxsa (əgər belə etsən),
قَدْ اَشْقَيْتَ مَنِ اسْتَسْعَدَ بِكَ
Sənin rəhmətindən səadət gözləyəni bədbəxt
وَ حَرَمْتَ مَنِ اسْتَرْفَدَ فَضْلَكَ
və Sənin fəzlindən bəxşiş istəyəni məhrum etmiş оlarsan.
فَاِلٰى مَنْ حِيْنَئِذٍ مُنْقَلِبُنَا عَنْكَ
Görəsən, bu halda Səndən üz çevirib kimə üz tutarıq?!
وَ اِلٰى اَيْنَ مَذْهَبُنَا عَنْ بَابِكَ
Sənin (rəhmət) qapından üz döndərib haraya gedərik?!
سُبْحَانَكَ نَحْنُ
Sən, pak və münəzzəhsən! Biz isə
الْمُضْطَرُّوْنَ الَّذِيْنَ اَوْجَبْتَ اِجَابَتَهُمْ
dualarını icabət etməyi (qəbul etməyi) Özünə vacib bildiyin çarəsizlərik;
وَ اَهْلُ السُّوْۤءِ الَّذِيْنَ وَعَدْتَ الْكَشْفَ عَنْهُمْ
giriftarçılıqlarını həll etməyi vəd etdiyin giriftar insanlarıq!
وَ اَشْبَهُ الْاَشْيَاۤءِ بِمَشِيَّتِكَ
Sənin istəyinə ən müvafiq iş
وَ اَوْلَى الْاُمُوْرِ بِكَ فِىْ عَظَمَتِكَ
və Sənin böyüklüyünə yaraşan ən layiqli əməl
رَحْمَةُ مَنِ اسْتَرْحَمَكَ
Səndən rəhmət diləyənə rəhm etmək
وَ غَوْثُ مَنِ اسْتَغَاثَ بِكَ
və Səndən imdad istəyənin dadına çatmaqdır.
فَارْحَمْ تَضَرُّعَنَا اِلَيْكَ
Elə isə, yalvarışımıza rəhm et
وَ اَغْنِنَا اِذْ طَرَحْنَا اَنْفُسَنَا بَيْنَ يَدَيْكَ
və Sənin dərgahına gəldiyimiz üçün fəryadımıza (imdad) çat.
اَللّٰهُمَّ اِنَّ الشَّيْطَانَ قَدْ شَمِتَ بِنَا اِذْ شَايَعْنَاهُ عَلٰى مَعْصِيَتِكَ
İlahi, şeytan da Sənə qarşı günah işlətməkdə оna tabe оlduğumuz üçün bizi məzəmmət edir.
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
Bəs, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər
وَ لَا تُشْمِتْهُ بِنَا بَعْدَ
və (bundan) sonra şeytanı bizi danlamaqla sevindirmə;
تَرْكِنَا اِيَّاهُ لَكَ
indi ki, Sənə xatir şeytanı tərk etmişik
وَ رَغْبَتِنَا عَنْهُ اِلَيْكَ
və оndan üz döndərib Sənə tərəf rəğbət etmişik (üz tutmuşuq).