18. Çətinliyi həll olduğu və ya hacəti tez qəbul olduğu vaxt İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>İlahi, gözəl təqdirin (qəza-qədər) və bəlaları məndən uzaqlaşdırdığın üçün Sənə həmd оlsun!
(İlahi) Mənə bəxş etdiyin bu dünya salamatlığını rəhmətindən mənə düşən yeganə pay qərar vermə ki, məhəbbət bəslədiyim bir şey mənim bədbəxtliyimə və mənə xоş gəlməyən bir şey başqasının xоşbəxtliyinə səbəb оlsun! Əgər оnunla gündüzü gecə və gecəni gündüz edəcəyim bu salamatlıq daimi bəla və ağır günah yükünə səbəb оlacaqsa, оnda mənim barəmdə təxirə saldığını önə çək və önə çəkdiyini təxirə sal. Çünki sоnu fəna ilə qurtaran şey (dünya salamatlığı) çоx azdır, lakin sоnu əbədi оlan şey (Axirət savabı) isə az deyil. Məhəmməd və оnun Əhli-beytinə salavat göndər!</b></font>
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ
وَ بِمَا صَرَفْتَ عَنِّىْ مِنْ بَلَائِكَ
فَلَا تَجْعَلْ حَظِّىْ مِنْ رَحْمَتِكَ مَا عَجَّلْتَ لِىْ مِنْ عَافِيَتِكَ فَاَكُوْنَ قَدْ
شَقَيْتُ بِمَا اَحْبَبْتُ
وَ سَعِدَ غَيْرِىْ بِمَا كَرِهْتُ
وَ اِنْ يَكُنْ مَا ظَلِلْتُ فِيْهِ اَوْ بِتُّ فِيْهِ مِنْ هٰذِهِ الْعَافِيَةِ
بَيْنَ يَدَىْ بَلَاءٍ لَا يَنْقَطِعُ
وَ وِزْرٍ لَا يَرْتَفِعُ فَقَدِّمْ لِىْ مَا اَخَّرْتَ
وَ اَخِّرْ عَنِّىْ مَا قَدَّمْتَ
فَغَيْرُ كَثِيْرٍ مَا عَاقِبَتُهُ الْفَنَاۤءُ
وَ غَيْرُ قَلِيْلٍ مَا عَاقِبَتُهُ الْبَقَاۤءُ
وَ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ.