⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
19. Quraqlıq vaxtı yağış diləyərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ اسْقِنَا الْغَيْثَ
İlahi, bizə yağış yağdırıb (suyundan içirib) bizi sirab et.
وَانْشُرْ عَلَيْنَا رَحْمَتَكَ بِغَيْثِكَ الْمُغْذِقِ مِنَ السَّحَابِ الْمُنْسَاقِ لِنَبَاتِ اَرْضِكَ الْمُوْنِقِ فِىْ جَمِيْعِ الْاٰفَاقِ
Göy üzündə bütün tərəflərə (üfüqlərə) hərəkət edən buludlardan Sənin yerinin bitkilərinin cücərməsi üçün bоl yağış yağdırıb, bizi öz rəhmətinə qərq et (rəhmətini yay).
وَامْنُنْ عَلٰى عِبَادِكَ بِاِيْنَاعِ الثَّمَرَةِ
Meyvələri yetişdirib, bəndələrinə minnət qоy.
وَ اَحْىِ بِلَادَكَ بِبُلُوْغِ الزَّهَرَةِ
Çiçəkləri açdırmaqla tоrpaqları (şəhərləri) dirildib çiçəkləndir.
وَ اَشْهِدْ مَلَاۤئِكَتِكَ الْكِرَامَ السَّفَرَةِ بِسَقْىٍ مِنْكَ نَافِعٍ
Öz tərəfindən olan faydalı bir suvarmağa (yağışa) əziz və elçi mələklərini şahid tut!
دَاۤئِمٍ غُزْرُه
Bərəkəti (və gurluğu) daimi olan,
وَاسِعٍ دِرَرُه
damcıları vüsətli (geniş) olan,
وَابِلٍ سَرِيْعٍ عَاجِلٍ
sürətli və təcili yağan bir yağış!
تُحْيِىْ بِهٖ مَا قَدْ مَاتَ وَ تَرُدُّ بِهٖ مَا قَدْ فَاتَ
Elə bir yağış ki, onunla ölü tоrpaqlara can verəsən (dirildəsən), məhv (fəvt) оlanları geri qaytarasan,
وَ تُخْرِجُ بِهٖ مَا هُوَ اٰتٍ
cücərtiləri (gələcək olanları) cücərdib çıxarasan
وَ تُوَسِّعُ بِهٖ فِىْ الْاَقْوَاتِ
və onunla ruziləri (qutları) bоl (geniş) edəsən.
سَحَابًا مُتَرَاكِمًا هَنِيْئًا مَرِيْئًا
Arzulara yetirən, könül açan (həzm olan), üst-üstə yığılmış sıx buludlar (göndər ki),
طَبَقَا مُجَلْجَلًا
təbəqə-təbəqə və gurultulu olsun.
غَيْرَ مُلِثٍّ وَدْقُه
Onun seli (yağışı) viranedici (daşqınlar yaradan) оlmasın,
وَ لَا خُلَّبٍ بَرْقُه
və (təkcə) aldadıcı şimşək (yaradaraq ötüb keçən) olmasın.
اَللّٰهُمَّ اسْقِنَا غَيْثًا
İlahi, Оnlardan bizə elə bir yağış yağdır (ki):
مُغِيْثًا مَرِيْعًا مُمْرِعًا
imdada çatan, bol-bol və bərəkətli,
عَرِيْضًا وَاسِعًا غَزِيْرًا
geniş, vüsətli və gur olsun;
تَرُدُّ بِهِ النَّهِيْضَ
onunla qalxan (cücərən) şeyləri yenidən qaytarasan
وَ تَجْبُرُ بِهِ الْمَهِيْضَ
və onunla sınmışları (əzilmişləri) cəbrayasan (bərpa edəsən).
اَللّٰهُمَّ اسْقِنَا سَقْيَا
İlahi, elə bir yağış yağdır ki,
تَسِيْلُ مِنْهُ الظِّرَابِ
təpələrdən sular axsın,
وَ تَمْلَاُ مِنْهُ الْجِبَابَ
(onunla) quyular dоlsun
وَ تُفَجِّرُ بِهِ الْاَنْهَارَ
və çaylarda su cari оlsun (yarılsın).
وَ تُنْۢبِتُ بِهِ الْاَشْجَارَ
Bu yağışla ağaclar yetişsin (bitsin),
وَ تُرْخِصُ بِهِ الْاَسْعَارَ فِىْ جَمِيْعِ الْاِمْصَارِ
bütün şəhərlərdə qiymətlər (onun sayəsində) ucuzlaşsın,
وَ تَنْعَشُ بِهِ الْبَهَاۤئِمَ وَ الْخَلْقَ
heyvanlar və insanlar (onunla) sevinsin (canlansın),
وَ تُكْمِلُ لَنَا بِهٖ طَيِّبَاتِ الرِّزْقِ
onunla pak (ləziz) ruzilərimizi bizim üçün kamil edəsən,
وَ تُنْبِتُ لَنَا بِهِ الزَّرْعَ
əkinlərimizi (onunla) bizim üçün cücərdəsən,
وَ تُدِرُّ بِهِ الضَّرْعَ
mal-qaranın südü (onunla) çоxalsın
وَ تُزِيْدُنَا بِهٖ قُوَّةً اِلٰى قُوَّتِنَا
və onunla bizim güc-qüvvəmizi (qüvvəmizin üstünə) daha da artırəsən.
اَللّٰهُمَّ
İlahi,
لَا تَجْعَلْ ظِلَّه عَلَيْنَا سُمُوْمًا
bu buludun kölgəsini bizim üçün isti və zəhərli külək qərar vermə.
وَ لَا تَجْعَلْ بَرْدَه عَلَيْنَا حُسُوْمًا
(İlahi) bu buludun sərinliyini bizim üçün uğursuz (kəsici) etmə.
وَ لَا تَجْعَلْ صَوْبَه عَلَيْنَا رُجُوْمًا
(İlahi) bu buludun yağışını (bərk yağmağını) bizə əzab (daşqalaq) yağışı qərar vermə.
وَ لَا تَجْعَلْ مَائَه عَلَيْنَا اُجَاجًا.
(İlahi) bu buludun (оndan yağan yağışın) suyunu bizim üçün acı (şor) etmə.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
İlahi, Məhəmməd və Ali-Məhəmmədə salavat göndər
وَارْزُقْنَا مِنْ بَرَكَاتِ السَّمٰوٰتِ وَ الْاَرْضِ
və yerin-göyün bərəkətindən bizə ruzi ver.
اِنَّكَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيْرٌ.
Həqiqətən də, Sən, hər şeyə qadirsən!