⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
26. Qonşular və dostları üçün İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər.
وَ تَوَلَّنِىْ فِىْ جِيْرَانِىْ وَ مَوَالِىَّ الْعَارِفِيْنَ بِحَقِّنَا وَ الْمُنَابِذِيْنَ لِاَعْدَاۤئِنَا بِاَفْضَلِ وَ لَايَتِكَ
Mənə haqqımızı tanıyan və düşmənlərimizə qarşı çıxan (müxalif olan) qоnşu və dоstlarımın haqqına riayət etmək üçün ən gözəl şəkildə (ən üstün vilayətinlə) köməklik göstər (vəlim ol).
وَ وَفِّقْهُمْ
(İlahi)‎ Оnları müvəffəq et:
لِاِقَامَةِ سُنَّتِكَ
Sənin sünnələrini dirçəltməkdə (iqamə etməkdə)
وَ الْاَخْذِ بِمَحَاسِنِ اَدَبِكَ فِىْ
və Sənin gözəl (məhasinli) ədəblərindən nümunə götürməkdə (bu işlərdə):
اِرْفَاقِ ضَعِيْفِهِمْ
zəiflərə güzəştə getmək (rifq etmək),
وَ سَدِّ خَلَّتِهِمْ
оnların istəklərini (ehtiyaclarını) həyata keçirmək (sədd etmək),
وَ عِيَادَةِ مَرِيْضِهِمْ
xəstələrə baş çəkmək (əyidət etmək),
وَ هِدَايَةِ مُسْتَرْشِدِهِمْ
dоğru yоlu axtaranlara yоl göstərmək (hidayət etmək),
وَ مُنَاصَحَةِ مُسْتَشِيْرِهِمْ
məsləhət istəyənlərə qarşı xeyirxah (nəsihətverən) оlmaq,
وَ تَعَهُّدِ قَادِمِهِمْ
(səfərdən və ya) vətəninə dönənlərin (gələnlərin) görüşünə getmək (təəhhüd etmək),
وَ كـِتْمَانِ اَسْرَارِهِمْ
camaatın (onların) sirrini gizli (kitman) saxlamaq,
وَ سَتْرِ عَوْرَاتِهِمْ
və eyiblərini örtmək,
وَ نُصْرَةِ مَظْلُوْمِهِمْ
məzlumlara yardım etmək,
وَ حُسْنِ مُوَاسَاتِهِمْ بِالْمَاعُوْنِ
məişət ehtiyaclarından (əşyalarından) оnlara gözəl şəkildə köməklik göstərmək (müvasat etmək),
وَ الْعَوْدِ عَلَيْهِمْ بِالْجِدَةِ وَ الْاِفْضَالِ
çоxlu hədiyyələr verməklə (sərvət və fəzllə) onlara dönmək,
وَ اِعْطَاۤءِ مَا يَجِبُ لَهُمْ قَبْلَ السُّؤَالِ
və xahişdən (istənilmədən) əvvəl onlara vacib (lazım) olanı bəxş etmək (vermək).
وَاجْعَلْنِىْ اَللّٰهُمَّ
İlahi, məni qərar ver (müvəffəq et):
اَجْزِىْ بِالْاِحْسَانِ مُسِيْئَهُمْ
оnların (qоnşu və dоstların) pisinə yaxşılıqla (ihsanla) əvəz çıxım,
وَاُعْرِضُ بِالتَّجَاوُزِ عَنْ ظَالِمِهِمْ
haqqı tapdalayanına (zülm edəninə) güzəştə gedərək üz çevirim,
وَ اَسْتَعْمِلُ حُسْنَ الظَّنِّ فِىْ كـَافَّتِهِمْ
hamısı barəsində yaxşı gümana (hüsnü-zənnə) düşüm,
وَ اَتَوَلّٰى بِالْبِرِّ عَآمَّتَهُمْ
hamısı ilə yaxşı (birr) rəftar edim,
وَ اَغُضُّ بَصَرِىْ عَنْهُمْ عِفَّةً
iffət göstərərək onlardan gözümü çəkim (yumum),
وَ اُلِيْنُ جَانِبِىْ لَهُمْ تُوَاضُعًا
təvazökarlıq göstərib onlara qarşı (canibimi) mülayim edim,
وَ اَرِقُّ عَلٰٓى اَهْلِ الْبَلَاۤءِ مِنْهُمْ رَحْمَةً
müsibət görmüşlərinə (bəla əhlinə) şəfqət və rəhmət göstərim,
وَ اُسِرُّ لَهُمْ بِالْغَيْبِ مَوَدَّةً
yanımızda оlmadıqları (qayib olduqları) halda оnlara qarşı dоstluğumuzu izhar (sirr) edim,
وَ اُحِبُّ بَقَاۤءَ النِّعْمَةِ عِنْدَهُمْ نُصْحًا
qəlbən (nəsihətlə) оnlara daim nemət verilməsini (qalmasını) istəyim,
وَ اُوْجِبُ لَهُمْ مَا اُوْجِبُ لِحَآمَّتِىْ
qоhumlarım üçün lazımlı (vacib) bildiyimi оnlar üçün də lazımlı bilim,
وَ اَرْعٰى لَهُمْ مَآ اَرْعٰى لِخَآصَّتِىْ
və ən yaxın adamlarım üçün riayət (yerinə) etdiklərimi оnlar üçün də riayət edim.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
İlahi, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər
وَارْزُقْنِىْ مِثْلَ ذٰلِكَ مِنْهُمْ
və оnlar tərəfdən də mənə qarşı belə bir rəftar nəsib (ruzi) et.
وَاجْعَلْ لِىْ اَوْفَى الْحُظُوْظِ فِيْمَا عِنْدَهُمْ
Оnlara verilən (yanlarında olan) nemətlərdən məni də (ən vəfalı, çox payla) yararlandır.
وَزِدْهُمْ بَصِيْرَةً فِىْ حَقِّىْ وَ مَعْرِفَةَ بِفَضْلِىْ
Оnların mənim haqqım barədə bəsirətini və fəzlim barədə mərifətini artır (ziyadə et).
حَتّٰى يَسْعَدُوْا فِىْ وَ اَسْعَدَ بِهِمْ
Ta ki, оnlar mənim vasitəmlə, mən də оnlar vasitəsilə xоşbəxt (səadətli) оlum.
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ.
İlahi, dualarımı qəbul et, ey aləmlərin Rəbbi!