⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
38. Camaatın haqqına qarşı səhlənkarlığa görə üzrxahlıq edərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
اَللّٰهُمَّ اِنِّىْٓ اَعْتَذِرُ اِلَيْكَ
İlahi, Səndən üzr diləyirəm:
مِنْ مَظْلُوْمٍ ظُلِمَ بِحَضْرَتِىْ فَلَمْ اَنْصُرْهُ
mənim qarşımda zülm edilənə kömək etmədiyimə görə,
وَ مِنْ مَعْرُوْفٍ اُسْدِىَ اِلَىَّ فَلَمْ اَشْكُرْهُ
mənə olunan yaxşılıqlar müqabilində təşəkkür etmədiyimə görə,
وَ مِنْ مُسِىْۤءٍ اعْتَذَرَ اِلَىَّ فَلَمْ اَعْذِرْهُ
məndən üzr istəyənin üzrünü qəbul etmədiyimə görə,
وَ مِنْ ذِىْ فَاقَةٍ سَئَلَنِىْ فَلَمْ اُوْثِرْهُ
məndən köməklik istəyən yoxsulu özümdən öndə tutmadığıma görə,
وَ مِنْ حَقِّ ذِىْ حَقٍّ لَزِمَنِىْ لِمُؤْمِنٍ فَلَمْ اُوَفِّرْهُ
boynumda haqqı olan möminin haqqını ödəmədiyimə görə,
وَ مِنْ عَيْبِ مُؤْمِنٍ ظَهَرَ لِىْ فَلَمْ اَسْتُرْهُ
eybini bildiyim möminin eybini örtmədiyimə görə,
وَ مِنْ كُلِّ اِثْمٍ عَرَضَ لِىْ فَلَمْ اَهْجُرْهُ
və qarşıma çıxan bütün günahlardan çəkinmədiyimə görə.
اَعْتَذِرُ اِلَيْكَ يَا اِلٰهِىْ مِنْهُنَّ وَ مِنْ نَظَاۤئِرِهِنَّ
İlahi, bütün bunlara və buna oxşar əməllərə görə Səndən üzr istəyirəm.
اعْتِذَارَ نَدَامَةٍ يَكُوْنُ وَاعِظًا لِمَا بَيْنَ يَدَىَّ مِنْ اَشْيَاهِهِنَّ
Elə bir peşmançılıq üzrü ki, gələcəkdə qarşıma çıxacaq bu kimi işlərdən məni qorusun.
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ وَاجْعَلْ
Bəs Peyğəmbərə və onun Əhli-beytinə salavat göndər və qərar ver:
نَدَامَتِىْ عَلٰى مَا وَ قَعْتُ فِيْهِ مِنَ الزَّلَّاتِ
düçar olduğum xətalara görə olan bu peşmançılığımı,
وَ عَزْمِىْ عَلٰى تَرْكِ مَا يَعْرِضُ لِىْ مِنَ السَّيِّئٰاتِ
və qarşıma çıxacaq günahları tərk etmək qərarımı,
تَوْبَةً تُوْجِبُ لِىْ مَحَبَّتَكَ
Səni sevməyimə bais olacaq bir tövbə kimi!
يَا مُحِبَّ التَّوَّابِيْنَ.
Ey tövbə edənləri sevən!