مناجات المتوسّلين
TƏVƏSSÜL EDƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Dərgahına çatmaq üçün mərhəmətindən qeyri bir vəsiləm yoxdur. Dərgahına çatmaq üçün şöhrət qazanmış rəhmətindən və Peyğəmbərinin – o, rəhmət peyğəmbəri və ümməti qəm-kədərdən nicat verəndir – şəfaətindən qeyri bir yolum yoxdur. Elə isə, bu ikisini əfvinə çatmaq üçün vəsilə və razılığına çatmaq üçün səbəb qərar ver. Çünki ümidim kərəminin hüdudlarında yer almış və ürəyimin diləyi səxavətinin hüdudlarında yerə enmişdir. Elə isə, arzumu Özün barədə gerçəkləşdir və işimi xeyirə tamamla. Məni seçilmişlərindən qərar ver; o kəslər ki, onlara Cənnətinin ortasında yer vermisən, kəramətin evində məskunlaşdırmısan, Səninlə görüş günündə camalına nəzər salmaqla gözlərini aydın etmisən, Öz yanında sədaqət mənzillərini onlara bəxş etmisən. Ey o kəs ki, qonaq gedənlər Səndən kəriminə qonaq gedə bilməzlər və axtaranlar Səndən mehribanını tapa bilməzlər! Ey tənha qalanların xəlvət etdiyi ən üstün kəs! Ey fərarilərin sığındığı ən mehriban kəs! Əfvinin vüsətinə əl açmış və kərəm ətəyindən yapışmışam. Elə isə, məhrumiyyəti mənə hakim etmə və məni naümidliyə, ziyana düçar etmə. Ey duaları eşidən (ey rəhimlilərin ən rəhimlisi)!
اِلٰهِىْ لَيْسَ لِىْ وَسِيْلَةٌ اِلَيْكَ اِلَّا عَوَاطِفُ رَاْفَتِكَ،
وَلَا لِىْ ذَرِيْعَةٌ اِلَيْكَ اِلَّا عَوَارِفُ رَحْمَتِكَ، وَ شَفَاعَةُ نَبِيِّكَ نَبِىِّ الرَّحْمَةِ،
وَ مُنْقِذِ الْاُمَّةِ مِنَ الْغُمَّةِ، فَاجْعَلْهُمَا لِىْ سَبَبًا اِلٰى نَيْلِ غُفْرَانِكَ،
وَ صَيِّرْهُمَا لِىْ وُصْلَةً اِلىَ الْفَوْزِ بِرِضْوَانِكَ، وَ قَدْ حَلَّ رَجَاۤئِىْ بِحَرَمِ كَرَمِكَ،
وَ حَطَّ طَبَعِىْ بِفِنَاۤءِ جُوْدِكَ، فَحَقِّقْ فِيْكَ اَمَلِىْ،
وَاخْتِمْ بِالْخَيْرِ عَمَلِىْ، وَاجْعَلْنِىْ مِنْ صَفْوَتِكَ، الَّذِيْنَ اَحْلَلْتَهُمْ بُحْبُوْحَةَ جَنَّتِكَ،
وَ بَوَّاتَهُمْ دَارَ كَرَامَتِكَ، وَ اَقْرَرْتَ اَعْيُنَهُمْ بِالنَّظَرِ اِلَيْكَ يَوْمَ لِقَاۤئِكَ،
وَ اَوْرَثْتَهُمْ مَنَازِلَ الصِّدْقِ فِىْ جَوَارِكَ. يَا مَنْ لَا يَفِدُ الْوَافِدُوْنَ عَلٰى اَكْرَمَ مِنْهُ،
وَلَا يَجِدُ الْقَاصِدُوْنَ اَرْحَمَ مِنْهُ، يَا خَيْرَ مَنْ خَلَا بِهٖ وَحِيْدٌ، وَ يَا اَعْطَفَ مَنْ اَوٰى اِلَيْهِ طَرِيْدٌ،
اِلٰى سَعَةِ عَفْوِكَ مَدَدْتُ يَدِىْ، وَ بِذَيْلِ كَرَمِكَ اَعْلَقْتُ كَفِىْ، فَلَا تُوْلِـنِىْ الْحِرْمَانَ،
وَلَا تُبْلِنِىْ بِالْخَيْبَةِ وَالْخُسْرَانِ، يَا سَمِيْعَ الدُّعَاۤءِ ،يَا اَرْحَمَ الرَّاحِمِيْنَ.