ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات المفتقرين
MÖHTACLARIN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Kəsrimi lütf və mehribanlığından qeyri bir şey aradan qaldırmaz. Eytiyacımı məhəbbət və ehsanından qeyri bir şey təmin etməz. Nigarançılığımı amanından qeyri bir şey aram etməz. Zillətimi qüdrət və hakimiyyətindən qeyri bir şey izzətə çevirməz. Fəzl və kərəmindən qeyri bir şey məni arzuma çatdırmaz. Ehtiyacımı bəxşişindən qeyri bir şey aradan qaldırmaz. Diləyimi Səndən qeyrisi həyata keçirməz. Çətinliyimi rəhmətindən qeyri bir şey həll etməz. Ziyanımı mehribanlığından qeyri bir şey aradan qaldırmaz. Ətəşimin yanğısını vüsalından qeyri bir şey sakitləşdirməz. Qəlbimin alovunu Səninlə görüşdən qeyri bir şey söndürməz. Görüşünə olan şövqümü camalına nəzər etməkdən qeyri bir şey sirab etməz. Rahatlığım Sənin yanından qeyri bir yerdə olmaz. Qəm-qüssəmi həyat bəxş edən nəsimindən qeyri bir şey aradan qaldırmaz. Xəstəliyim dərmanından qeyri bir şey ilə şəfa tapmaz. Qəmimi dərgahına yaxın olmaqdan qeyri bir şey dağıtmaz. Yaramı güzəştindən qeyri bir şey sağaltmaz. Qəlbimin pasını əfvindən qeyri bir şey cilalandırmaz. Qəlbimin vəsvəsəsini əmrindən qeyri bir şey uzaqlaşdırmaz. Ey arzu edənlərin son arzusu! Ey diləyənlərin son diləyi! Ey axtaranların son mətləbi! Ey müştaqların son istəyi! Ey salehlərin vəlisi, qəyyumu! Ey qorxanların amanı! Ey giriftarların diləyini qəbul edən! Ey ehtiyaclıların azuqəsi! Ey yoxsulların xəzinəsi! Ey dada çağıranların dadına çatan! Ey fəqirlərin və miskinlərin ehtiyaclarını təmin edən! Ey sevimlilərin ən sevimlisi! Ey rəhimlilərin ən rəhimlisi! Təvazökarlığım, diləyim, göz yaşlarım və ah-naləm Sənin dərgahınadır. Səndən diləyirəm ki, razılığının həyat verən nəsimini mənə yetirəsən və böyük nemətlərini mənim üçün davamlı edəsən. İndi mən Sənin kərəm dərgahında dayanmış Sənin yaxşılıqlarının nəsimini diləyirəm, möhkəm ipindən yapışmış və möhkəm bağından tutmuşam. Ey mənim məbudum! Dili lal və əməli az olan təvazökar bəndənə rəhm et! Firavan bəxşişinlə ona minnət qoy! Ona geniş kölgən altında pənah ver! Ey kərim , ey cəmil , ey rəhimlilərin ən rəhimlisi!
اِلٰهِىْ كَسْرِىْ لَا يَجْبُرُهٗ اِلَّا لُطْفُكَ وَ حَنَانُكَ،
وَ فَقْرِىْ لَا يُغْنِيْهِ اِلَّا عَطْفُكَ وَ اِحْسَانُكَ،
وَ رَوْعَتِىْ لَا يُسَكِّنُهَا اِلَّا اَمَانُكَ، وَ ذِلَّتِىْ لَا يُعِزُّهَآ اِلَّا سُلْطَانُكَ،
وَاُمْنِيَّتِىْ لَا يُبَلِّغُنِيْهَآ اِلَّا فَضْلُكَ، وَ خَلَّتِىْ لَا يَسُدُّهَآ اِلَّا طَوْلُكَ،
وَ حَاجَتِىْ لَا يَقْضِيْهَا غَيْرُكَ، وَ كَرْبِىْ لَا يُفَرِّجُهٗ سِوٰى رَحْمَتِكَ،
وَ ضُرِّىْ لَا يَكْشِفُهٗ غَيْرُ رَافَتِكَ، وَ غُلَّتِىْ لَا يُبَرِّدُهَا اِلَّا وَصْلُكَ،
وَ لَوْعَتِىْ لَا يُطْفِيْهَا اِلَّا لِقَاۤؤُكَ، وَ شَوْقِىْ اِلَيْكَ لَا يَبُلُّهٗ اِلَّا النَّظَرُ اِلٰى وَجْهِكَ،
وَ قَرَارِىْ لَا يَقِرُّدُوْنَ دُنُوِّىْ مِنْكَ، وَ لَهْفَتِىْ لَا يَرُدُّهَا اِلَّا رَوْحُكَ،
وَ سُقْمِىْ لَا يَشْفِيْهِ اِلَّا طِبُّكَ، وَ غَمِّىْ لَا يُزِيْلُهٗ اِلَّا قُرْبُكَ،
وَ جُرْحِىْ لَا يُبْرِئُهٗ اِلَّا صَفْحُكَ، وَ رَيْنُ قَلْبِىْ لَا يَجْلُوْهُ اِلَّا عَفْوُكَ،
وَ وَسْوَاسُ صَدْرِىْ لَا يُزِيْحُهٗ اِلَّا اَمْرِكَ، فَيَا مُنْتَهٰى اَمَلِ الْاٰمِلِيْنَ،
وَ يَا غَايَةَ سُؤْلِ السَّاۤئِلِيْنَ، وَ يَا اَقْصٰى طَلِبَةِ الطَّالِبِيْنَ،
وَ يَآ اَعْلٰى رَغْبَةِ الرَّاغِبِيْنَ، وَ يَا وَلِيَّ الصَّالِحِيْنَ، وَ يَا اَمَانَ الْخَاۤئِفِيْنَ،
وَ يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ، وَ يَا ذُخْرَ الْمُعْدِمِيْنَ، وَ يَا كَنْزَ الْبَآسِئِيْنَ،
وَ يَا غِيَاثَ الْمُسْتَغِثِيْنَ، وَ يَا قَاضِيَ حَوَاۤئِجِ الْفُقْرَاۤءِ وَالْمَسَاكِيْنِ، وَ يَا اَكْرَمَ الْاَكْرَمِيْنَ،
وَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ، لَكَ تَخَضُّعِىْ وَ سُؤَالِىْ، وَ اِلَيْكَ تَضَرُّعِىْ وَابْتِهَا لِىْ،
اَسْئَلُكَ اَنْ تُنِيْلَنِىْ مِنْ رَوْحِ رِضْوَانِكَ، وَ تُدِيْمَ عَلَيَّ نِعَمَ امْتِنَانِكَ،
وَ هَا اَنَا بِبَابِ كَرَمِكَ وَاقِفٌ، وَ لِنَفَخَاتِ بِرِّكَ مُتَعَرِّضٌ، وَ بِحَبْلِكَ الشَّدِيْدِ مُعْتَصِمٌ،
وَ بِعُرْوَتِكَ الْوُثْقٰى مُتَمَسِّكٌ. اِلٰهِىْ اِرْحَمْ عَبْدَكَ الذَّلِيْلَ،
ذَا اللِّسَانِ الْكـَلِيْلِ وَالْعَمَلِ الْقَلِيْلِ، وَامْنُنْ عَلَيْهِ بِطَوْلِكَ الْجَزِيْلِ،
وَاكْنُفْهُ تَحْتَ ظِلِّكَ الظَّلِيْلِ، يَا كَرِيْمُ يَا جَمِيْلُ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.