ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات المريدين
MÜRİDLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Sənə təsbih deyirəm ey Allah! Sənin bələdçilik etmədiyin kəs üçün yollar nə qədər də dardır! Yolu göstərdiyin kəs üçün haqq yol nə qədər də aydındır! Ey mənim Məbudum! Dərgahına çatmaq yolunda bizə bələdçilik et. Dərgahına çatmaq üçün bizə ən yaxın yolu göstər. Uzağı bizim üçün yaxın və çətinliyi bizim üçün asan et. Bizi o bədələrinin sırasına daxil et ki, Sənə doğru yolda önə keçməyə tələsirlər, daim dərgahına ayaq döyürlər, gecə vaxtı Sənə ibadət edirlər, heybətindən qorxurlar. O bəndələr ki, inanclarını xalis etmisən, arzularına çatdırmısan, istəklərini həyata keçirmisən, fəzl və kərəminlə hacətlərini rəva etmisən, qəlblərini Öz məhəbbətinlə doldurmusan, vüsalının zülal şərabından sirab etmisən. Beləliklə, Sənin vasitənlə minacatının ləzzətinə nail olublar və Sənin tərəfindən ən uzaq hədəflərinə çata biliblər. Ey o kəs ki, Sənə üz tutanlara üz tutursan və daim onlara diqqət göstərir, bəxş edirsən. (Ey o kəs ki,) Səni yad etməkdən qafil olanlara qarşı rəhim və rəufsan, onları Öz dərgahına cəzb etməkdə mehribanlıq göstərirsən. Səndən diləyirəm ki, məni onların ən çox bəhrə aparanı, yanındakı məqam baxımından onların ən üstünü, məhəbbətindən ən çox qisməti olanı, mərifətindən ən çox bəhrələnəni qərar verəsən. Çünki himmətim Sənə sonuclanmış və şövqüm Sənə meyil göstərmişdir. Yalnız Sənsən mənim məqsədim. Yalnız Sənə xatirdir gecə ibadətim və oyaq qalmağım. Səninlə görüş gözümün aydınlığı, Sənin vüsalın qəlbimin arzusudur. Şövqüm Sənədir. Sənə məhəbbətdə vurğunam, eşqinlə yanıram. Razılığın arzumdur, Səninlə görüş ehtiyacımdır, Sənə yaxın olmaq dilək və amalımdır. Asayiş və rahatlığım Səninlə minacatdadır. Sənin yanındadır dərdimin dərmanı, qəlbimin yanğısının şəfası, eşqimin atəşinin sakitləşdiricisi və çətinliklərimin həlli. Elə isə, tənhalıqda mənim munisim ol. Xətalarımdan keç, çaşqınlıqlarımı bağışla, tövbəmi qəbul et, diləyimi həyata keçir, pak qalmağımı öhdənə götür, ehtiyaclarımı təmin et. Məni Özündən ayırma və uzaqlaşdırma. Ey mənim xoşbəxtliyim və Cənnətim! Ey mənim dünya və axirətim! (Ey rəhimlilərin ən rəhimlisi!)
سُبْحَانَكَ مَا اَضِيْقَ الطُّرُقَ عَلٰى مَنْ لَمْ تَكُنْ دَلِيْلَهٗ،
وَمَا اَوْضَحَ الْحَقَّ عِنْدَ مَنْ هَدَيْتَهٗ سَبِيْلَهٗ. اِلٰهِىْ فَاسْلُكْ بِنَا سُبُلَ الْوُصُوْلِ اِلَيْكَ،
وَ سَيِّرْنَا فِىْٓ اَقْرَبِ الطُّرُقِ لِلْوُفُوْدِ عَلَيْكَ، قَرِّبْ عَلَيْنَا الْبَعِيْدَ، وَ سَهِّلْ عَلَيْنَا الْعَسِيْرَ الشَّدِيْدَ،
وَ اَلْحِقْنَا بِعِبَادِكَ الَّذِيْنَ هُمْ بِالْبِدَارِ اِلَيْكَ يُسَارِعُوْنَ، وَ بَابَكَ عَلَى الدَّوَامِ يَطْرُقُوْنَ،
وَ اِيَّاكَ فِى اللَّيْلِ وَ النَّهَارِ يَعْبُدُوْنَ، وَهُمْ مِنْ هَيْبَتِكَ مُشْفِقُوْنَ، الَّذِيْنَ صَفَّيْتَ لَهُمُ الْمَشَارِبَ،
وَ بَلَّغْتَهُمُ الرَّغَاۤئِبَ، وَ اَنْجَحْتَ لَهُمُ الْمَطَالِبَ، وَ قَضَيْتَ لَهُمْ مِنْ فَضْلِكَ الْمَآرِبَ،
وَ مَلَأْتَ لَهُمْ ضَمَاۤئِرَهُمْ مِنْ حُبِّكَ، وَ رَوَّيْتَهُمْ مِنْ صَافِىْ شَرِيْكَ، فَبِكَ اِلٰى لَذِيْذِ مُنَاجَاتِكَ،
وَ صَلُوْا وَ مِنْكَ اَقْصٰى مَقَاصِدِهِمْ حَصَّلُوْا، فَيَامَنْ هُوَ عَلَى الْمُقْبِلِيْنَ عَلَيْهِ مُقْبِلٌ،
وَ بِالْعَطْفِ عَلَيْهِمْ عَاۤئِدٌ مُفْضِلٌ، وَ بِالْغَافِلِيْنَ عَنْ ذِكْرِهٖ رَحِيْمٌ رَؤُفٌ، وَ بِجَذْبِهِمْ اِلٰى بَابِهٖ وَدُوْدٌ عَطُوْفٌ.
اَسْئَلُكَ اَنْ تَجْعَلَنِىْ مِنْ اَوْفَرِهِمْ مِنْكَ حَظًّا، وَ اَعْلَاهُمْ عِنْدَكَ مَنْزِلًا،
وَ اَجْزَلِهِمْ مِنْ وُدِّكَ قِسْمًا، وَ اَفْضَلِهِمْ فِىْ مَعْرِفَتِكَ نَصِيْبًا، فَقَدِ انْقَطَعَتْ اِلَيْكَ هِمَّتِىْ،
وَانْصَرَفَتْ نَحْوَكَ رَغْبَتِىْ، فَاَنْتَ لَا غَيْرُكَ مُرَادِىْ، وَ لَكَ لَا لِسِوَاكَ سَهَرِىْ وَ سُهَادِىْ،
وَ لِقَاۤئُكَ قُرَّةُ عَيْنِىْ، وَ وَصْلُكَ مُنٰى نَفْسِىْ، وَ اِلَيْكَ شَوْقِىْ وَ فِىْ مَحَبَّتِكَ وَ لَهِىْ،
وَاِلٰى هَوَاكَ صَبَابَتِىْ وَ رِضَاكَ بُغْيَتِىْ، رُؤْيَتُكَ حَاجَتِىْ، وَ جِوَارُكَ طَلِبَتِيْ،
وَ قُرْبُكَ غَايَةُ سُؤْلِىْ، وَ فِىْ مُنَاجَاتِكَ رُوْحِىْ وَ رَاحَتِىْ، وَ عِنْدَكَ دَوَاۤءُ عِلَّتِىْ،
وَ شِفَاۤءُ غُلَّتِىْ، وَ بَرْدُ لَوْعَتِىْ، وَ كَشْفُ كُرْبَتِىْ، فَكـُنْ اَنِيْسِىْ فِىْ وَحْشَتِىْ،
وَ مُقِيْلُ عَثْرَتِىْ، وَ غَافِرَ زَلَّتِىْ ،وَ قَابِلَ تَوْبَتِىْ، وَ مُجِيْبَ دَعْوَتِىْ، وَ وَلِىَّ عِصْمَتِىْ،
وَ مُغْنِيَ فَاقَتِىْ، وَلَا تَقْطَعْنِىْ عَنْكَ وَلَا تُبْعِدْنِىْ مِنْكَ،
يَا نَعِيْمِىْ وَ جَنَّتِىْ وَ يَا دُنْيَاىَ وَ اٰخِرَتِىْ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.