ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مناجات المحبّين
ALLAHI SEVƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! O kimdir ki, Sənin məhəbbətinin şirinliyini daddı və sonra Səndən qeyrisini seçdi? O kimdir ki, Sənə yaxın olmağa nail oldu və sonra Səndən üz döndərdi? Ey mənim Məbudum! Bizi o kəslərdən qərar ver ki, onu Özünə yaxın və dost olmaq üçün seçmisən, məhəbbətin üçün xalis etmisən, görüşünə müştaq etmisən, təqdiratına razı etmisən, camalına nəzər etməyi ona əta etmisən, razılığını ona hədiyyə etmisən, hicranından və Səndən uzaq olmaqdan ona pənah vermisən, Öz yanında "sidq" məqamında ona yer vermisən, onu mərifətinə xas etmisən, bəndəliyinə layiq görmüsən, qəlbini Öz istəyinə vurğun etmisən, görüşün üçün seçmisən, üzünü Özünə sarı dördərmisən, qəlbini Öz məhəbbətin üçün boşaltmısan, dərgahında olanlara müştaq etmisən, Öz zikrinlə məşğul etmisən, şükrünü ona nəsib etmisən, onu Öz itaətinə məşğul emisən, məxluqatının ən layiqlisi qərar vermisən, Öz minacatına seçmisən, onu Səndən ayıran hər bir şeydən onu ayrı salmısan. Ey Allahım! Bizi o kəslərdən qərar ver ki, adətləri Sənin dərgahına üz tutub sevinc izhar etmək və ah-zar etməkdir, günləri ah-nalədir, alınları Sənin əzəmətin qarşısında torpağa qoyulmuşdur, gözləri Sənə xidmətdən ötrü oyaqdır, göz yaşları Sənin qorxundan axmaqdadır, qəlbləri Sənin vurğunundur, ürəkləri Sənin heybətindən düşmüşdür. Ey o kəs ki, qüdsiyyətinin nuru Onu sevənlərin gözləri üçün parlaqdır və camalının nuru Onun ariflərinin qəlbi üçün aşkardır. Ey müştaqların qəlbinin ümidi! Ey sevənlərin son amalı! Sənə, Səni sevənlərə və məni Sənə yaxınlaşdıran hər əmələ məhəbbət bəsləməyi Səndən istəyirəm. (Səndən istəyirəm ki,) Özünü mənim üçün hər şeydən sevimli edəsən, Sənə olan məhəbbətimi Cənnətə çatmaq üçün vəsilə və Sənə olan şövqümü Sənə itaətsizlik üçün bir maneə qərar verəsən. Sənə nəzər etməyi mənə minnət qoy, mənə məhəbbət və mehribanlıqla nəzər et, üzünü məndən çevirmə, məni səadətlilərdən və dərgahından bəhrələnənlərdən qərar ver. Ey icabət edən , ey rəhimlilərin ən rəhimlisi!
اِلٰهِىْ مَنْ ذَا الَّذِىْ ذَاقَ حَلَاوَةَ مَحَبَّتِكَ فَرَامَ مِنْكَ بَدَلًا؟
وَّ مَنْ ذَا الَّذىْ اَنِسَ بِقُرْبِكَ فَابْتَغٰى عَنْكَ حِوَلًا؟
اِلٰهِىْ فَاجْعَلْنَا مِمَّنِ اصْطَفَيْتَهٗ لِقُرْبِكَ وَ وِلَايَتِكَ، وَ اَخْلَصْتَهٗ لِوُدِّكَ وَ مَحَبَّتِكَ،
وَ شَوَّقْتَهٗ اِلٰى لِقَاۤئِكَ، وَ رَضَّيْتَهٗ بِقَضَاۤئِكَ، وَ مَنَحْتَهٗ بِالنَّظَرِ اِلٰى وَجْهِكَ،
وَ حَبَوْتَهٗ بِرِضَاكَ، وَ اَعَذْتَهٗ مِنْ هَجْرِكَ وَ قِلَاكَ، وَ بَوَّاتَهٗ مَقْعَدَا لصِّدْقِ فِىْ جَوَارِكَ،
وَ خَصَصْتَهٗ بِمَعْرِفَتِكَ، وَ اَهَّلْتَهٗ لِعِبَادِتِكَ، وَ هَيَّمْتَ قَلْبَهٗ لِاِرَادَتِكَ،
وَاجْتَبَيْتَهٗ لِمُشَاهَدَتِكَ، وَ اَخْلَيْتَ وَجْهَهٗ لَكَ، وَ فَرَّغْتَ فُؤَادَهٗ لِحُبِّكَ،
وَ رَغَّبْتَهٗ فِيْمَا عِنْدَكَ، وَ اَلْهَمْتَهٗ ذِكْرَكَ، وَ اَوْزَعْتَهٗ شُكْرَكَ،
وَ شَغَلْتَهٗ بِطَاعَتِكَ، وَ صَيَّرْتَهٗ مِنْ صَالِحِىْ بَرِيَّتِكَ، وَاخْتَرْتَهٗ لِمُنَاجَاتِكَ،
وَ قَطَعْتَ عَنْهُ كُلَّ شَىْءٍ يَقْطَعُهٗ عَنْكَ. اَللّٰهُمَّ اجْعَلْنَا مِمَّنْ دَابُهُمُ الْاِرْتِيَاحُ اِلَيْكَ وَالْحَنِيْنَ،
وَ دَهْرُهُمُ الزَّفْرَةُ وَالْاَنِيْنَ، جِبَاهُهُمْ سَاجِدَةٌ لِعَظَمَتِكَ، وَ عُيُوْنُهُمْ سَاهِرَةٌ فِىْ خِدْمَتِكَ،
وَ دُمُوْعُهُمْ سَاۤئِلَةٌ مِنْ خَشْيَتِكَ، وَ قُلُوْبُهُمْ مُتَعَلِّقَةٌ بِمَحَبَّتِكَ،
وَ اَفْئِدَتُهُمْ مُنْخَلِعَةٌ مِنْ مَهَابَتِكَ. يَا مَنْ اَنْوَارُ قُدْسِهٖ لِاَبْصَارِ مُحِبِّيْهِ رَاۤئِقَةٌ،
وَ سُبْحَاتُ وَجْهِهٖ لِقُلُوْبِ عَارِفِيْهِ شَاۤئِقَةٌ، يَا مُنٰى قُلُوْبِ الْمُشْتَاقِيْنَ،
وَ يَا غَايَةَ اٰمَالِ الْمُحِبِّيْنَ، اَسْئَلُكَ حُبَّكَ وَ حُبَّ مَنْ يُّحِبُّكَ، وَ حُبَّ كُلِّ عَمَلٍ يُوْصِلُنِىْ اِلٰى قُرْبِكَ،
وَ اَنْ تَجْعَلَكَ اَحَبَّ اِلَيَّ مِمَّا سِوَاكَ، وَ اَنْ تَجَعَلَ حُبِّىْ اِيَّاكَ قَائِدًا اِلٰى رِضْوَانِكَ،
وَ شَوْقِىْ اِلَيْكَ ذَائِدًا عَنْ عِصْيَانِكَ، وَامْنُنْ بِالنَّظَرِ اِلَيْكَ عَلَيَّ،
وَانْظُرْ بِعَيْنِ الْوُدِّ وَالْعَطْفِ اِلَيَّ، وَلَا تَصْرِفْ عَنِّىْ وَجْهَكَ،
وَاجْعَلْنِىْ مِنْ اَهْلِ الْاِسْعَادِ وَالْحُظْوَةِ عِنْدَكَ ،يَا مُجِيْبُ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ.